Gömrük və Səhiyyə Nazirliyi əməkdaşlığı genişləndirir
Cəmiyyət 19 İyun 2026, 15:06
396
Dövlət Gömrük Komitəsinə tibb vasitələri reyestrinə giriş imkanının yaradılması təklif olunub.
Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə keçirilən görüşdə bildirilib.
Tədbirin məqsədi dərman vasitələri, dərman maddələri və tibb vasitələrinin idxal-ixrac əməliyyatları zamanı həyata keçirilən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi və məlumat mübadiləsinin daha səmərəli təşkili məsələlərinin müzakirəsi olub.
Teymur Musayev bildirib ki, əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir:
"Dərman və tibb vasitələrinin ölkəyə idxalı zamanı əhalinin sağlamlığının qorunmasının vacibliyi nəzərə alınaraq nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda proseslərin sadələşdirilməsi və şəffaflığın artırılması üçün aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi vacibdir."
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov vurğulayıb ki, gömrük nəzarətinin effektiv təşkili ilə yanaşı, qanuni ticarətin asanlaşdırılması və rəqəmsal həllərin tətbiqi prioritet məsələlərdəndir:
Həmçinin oxuyun
"Qurumlarımız arasında məlumat mübadiləsinin genişləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və inteqrasiya olunmuş nəzarət mexanizmlərinin tətbiqi həm təhlükəsizliyin təmin olunmasına, həm də sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edəcək".
Tərəflər dərman və tibb vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində idxal icazələrinin verilməsi üçün məlumat mübadiləsinin təkmilləşdirilməsi, elektron inteqrasiya imkanlarının genişləndirilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin gücləndirilməsi və aidiyyəti qurumlar arasında operativ koordinasiyanın artırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin gömrük eyniləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müvafiq reyestrə giriş imkanının yaradılması, idxalı müvafiq dövlət orqanlarının rəyi əsasında həyata keçirilən spesifik malların siyahısında müvafiq dəyişikliklərin hazırlanmasının zəruriliyi vurğulanıb.
Görüşdə tərəflər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əməkdaşlığın daha da genişləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb.Bu barədə Citypost.az ƏƏSMN-dan məlumat verilib.Bildirilib ki, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkənin bölgələrində qeydiyyatda olan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
19 İyun 2026, 17:52
Ağdamda keçirilən növbəti əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası təşkil olunub.Bu barədə Citypost.az nazirlikdən məlumat verilib.Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 20-dək işəgötürən iştirak edib. Yarmarkada əməliyyatçı mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik-qaz qaynaqçısı, ofisiant, çeşidləyici, avtokar sürücüsü, mexanik və s. peşə istiqamətləri üzrə 160-dan çox vakansiya təqdim olunub.Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.Həmçinin, iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib....
19 İyun 2026, 17:40
AYNA İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv qəbul olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (UITP) üzv qəbul olunub.Citypost.az AYNA-ya istinadən xəbər verir ki, məqsəd ictimai nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa töhfə vermək, təşkilata üzvlük çərçivəsində təqdim olunan tərəfdaşların geniş şəbəkəsinə və peşəkar resurslara qoşulmaq, təcrübədən yararlanmaq, məlumat mübadiləsi və aidiyyəti xarici rəsmi qurumlarla əməkdaşlığı gücləndirməkdir.İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzvlüyün ölkəmiz üçün bir sıra üstünlükləri var. Bura dayanıqlı şəhər və ictimai nəqliyyatın təşviqi, şəhər mobilliyi üçün sistemlər və xidmətlərin inkişaf etdirilməsi, mobillik habları və Nəqliyyat Mübadilə Mərkəzləri, taksi fəaliyyətinin planlaşdırılması, təşkili və texniki qulluq, ödəniş sistemləri üzrə bilik...
19 İyun 2026, 17:30
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək.Bu barədə Citypost.az-a Azərbaycan Gimnastika Federasiyasından bildirilib.İlk dəfə Bakıda təşkil olunacaq tədbirə 50 federasiya qatılacaq.Qeyd edək ki, Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci il dekabrın 10-11-də baş tutacaq.
19 İyun 2026, 17:22
Ramin Məmmədov Lerik şəhər Cümə məscidini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik şəhər Cümə məscidini ziyarət edib.Bu barədə Oxu24.com-a komitədən məlumat verilib.Qeyd edilib ki, sədr məsciddə fəaliyyət göstərən dini icmanın üzvləri ilə görüşüb. Söhbət zamanı dini qurumların yerli ictimai mühitdəki rolu, din xadimlərinin cəmiyyətdə sağlam mənəvi atmosferin formalaşdırılmasına dəstəyi və bu sahədəki fəaliyyətin müasir dövrün çağırışları fonunda əhəmiyyəti müzakirə olunub.Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dini etiqad azadlığının təmin olunması, icmaların fəaliyyətinin dəstəklənməsi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Vurğulanıb ki, dini qurumlar cəmiyyətin mənəvi həyatının ayrılmaz hissəsi olmaqla yanaşı, insanları ortaq dəyərlər ətrafında birləşdirən...
19 İyun 2026, 17:21
Çin maşınlarında sürücünü gözləyən təhlükə
“Ümumiyyətlə heç bir avtomobili gün şüasının altında saxlamaq olmaz. Dəfələrlə olub ki, avtomobilə heç bir müdaxilə olmadan alışaraq yanıb”.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə tanınmış avtomobil təmirçisi Tural Rəhmanlı “Youtube”da yayımlanan “Künc Bucaq” verilişində danışıb.O bildirib ki, Çin markalı nəqliyyat vasitələrinin sürücüləri bu məsələdə daha diqqətli olmalıdır: Pepperoni pizza“Adicə maşında dezodorant, alışqan olan zaman partlama baş verə bilir. Ehtiyatsızlıqdan bu cür problemlərin olması mümkündür. Maşın günəşin altında qalanda salonun bəriləri tez sıradan çıxır. Digər tərəfdən Günəş şüaları avtomobilin boyasına da ziyandır. Bu, bütün avtomobillərə aiddir. Lakin Çin avtomobilləri batareya ilə təchiz olunduğu üçün, sürücülərə məsləhət görərdim ki,...
19 İyun 2026, 17:14