Bizə yazın

Baku

-°C

USD

-

Prezidentdən sahibkarlar üçün yeni güzəşt

Cəmiyyət 19 İyun 2026, 14:41

358

Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.

Citypost.az  xəbər verir ki, fərmana əsasən, "Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası" təsdiq edilib.

Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi ödənişin 50 %-i qədər dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödəniləcək. Fərman indiyə qədər elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilmir.

Nazirlər Kabineti subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Qaydaya uyğun olaraq, elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman 1 yanvar 2027-ci ildən qüvvəyə minir və 31 dekabr 2030-cu ilə qədər qüvvədədir.

Subsidiya sahibkarın müraciəti əsasında ödənilir.

Elektrik şəbəkəsinə qoşulmaya görə ödənişlər aşağıdakı şərtlər əsasında subsidiyalaşdırılır:

- hüquqi şəxslərə münasibətdə – nizamnamə kapitalında dövlətin iştirak payı 30 %-dən az olduqda;

- sahibkar Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmadıqda;

- sahibkarın vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmadıqda;

- təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkarlanmadıqda.

Subsidiyalaşdırmanın şamil edildiyi sənaye və kənd təsərrüfatı sahələri aşağıdakılardır:

1. Bitkiçilik və heyvandarlıq, ovçuluq

2. Balıqçılıq və balıqartırma

3. Qida məhsulları istehsalı

4. İçki istehsalı

5. Tütün məmulatları istehsalı

6. Toxuculuq sənayesi

7. Geyim istehsalı

8. Dəri və dəri məmulatları, ayaqqabı istehsalı

9. Mebeldən başqa, ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı, hopdurma və

hörmə materiallar istehsalı

10.Kağız və karton istehsalı

11.Kimya sənayesi

12.Əczaçılıq məhsulları istehsalı

13.Rezin və plastik məmulatlar istehsalı

14.Digər qeyri-metal mineral məhsulların istehsalı

15.Metallurgiya sənayesi

16.Maşın və avadanlıqdan başqa, hazır metal məmulat istehsalı

17.Kompüter, elektron və optik məhsullar istehsalı

18.Elektrik avadanlığı istehsalı

19.Maşın və avadanlıq istehsalı

20.Avtomobil, qoşqu və yarımqoşqu istehsalı

21.Sair nəqliyyat vasitələrinin istehsalı

22.Mebel istehsalı

23.Digər sənaye məhsullarının istehsalı

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Çin maşınlarında sürücünü gözləyən təhlükə 

“Ümumiyyətlə heç bir avtomobili gün şüasının altında saxlamaq olmaz. Dəfələrlə olub ki, avtomobilə heç bir müdaxilə olmadan alışaraq yanıb”.Citypost.az “Yeni Sabah”a istinadən  xəbər verir ki, bu barədə tanınmış avtomobil təmirçisi Tural Rəhmanlı “Youtube”da yayımlanan “Künc Bucaq” verilişində danışıb.O bildirib ki, Çin markalı nəqliyyat vasitələrinin sürücüləri bu məsələdə daha diqqətli olmalıdır: Pepperoni pizza“Adicə maşında dezodorant, alışqan olan zaman partlama baş verə bilir. Ehtiyatsızlıqdan bu cür problemlərin olması mümkündür. Maşın günəşin altında qalanda salonun bəriləri tez sıradan çıxır. Digər tərəfdən Günəş şüaları avtomobilin boyasına da ziyandır. Bu, bütün avtomobillərə aiddir. Lakin Çin avtomobilləri batareya ilə təchiz olunduğu üçün, sürücülərə məsləhət görərdim ki,...

19 İyun 2026, 17:14

Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkədəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.Tərəflər Azərbaycan ilə Almaniya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialı müzakirə ediblər. Bu çərçivədə Azərbaycan ilə Almaniya arasında biznes dairələri arasında əlaqələrin təşviqinin əhəmiyyəti diqqətə...

19 İyun 2026, 17:02

FHN Astarada dəniz sahilində xilasetmə təlimi keçirdi

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara rayonunun Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.Müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi təlim zamanı şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək ilkin yardım göstərdikdən” sonra aidiyyəti üzrə təhvil veriblər.Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib....

19 İyun 2026, 16:38

Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində növbəti səyyar vətəndaş qəbulunu keçirib.Citypost.az xəbər verir ki, qəbulda şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri və sakinlər iştirak ediblər.Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onların müraciət və təklifləri ətraflı araşdırılıb.Sakinlər əsasən məşğulluq imkanları, sosial təminat, abadlıq işləri, kommunal xidmətlər və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.Şəhər rəhbəri vətəndaş müraciətlərinə həssas yanaşılmasının vacibliyini vurğulayaraq, sakinlərin rifahının yüksəldilməsi və şəhərin daha da abadlaşdırılması istiqamətində tədbirlərin davam...

19 İyun 2026, 16:20

Ramin Məmmədov Lerikdə vətəndaşları qəbul edib 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik rayonunda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Qeyd edilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.Qəbul zamanı Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar dini təhsil, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib....

19 İyun 2026, 16:06

Azərbaycan və Qəmər Adaları İttifaqı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri Moussa Abderemane ilə görüş keçirib.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.Azərbaycanın beynəlxalq təşkilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal rolu vurğulanaraq, qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti qeyd edilib. Xüsusilə, 2027-ci ildə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.Tərəflər həmçinin Cənub-Cənub...

19 İyun 2026, 15:28