Bizə yazın

Baku

-°C

USD

-

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq 

Cəmiyyət 19 İyun 2026, 13:45

517

Mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət olacaq, yoxlamalar aparılacaq.

Citypost.az  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, PUA-rın istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.

Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.

Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.

Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.

Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir.

Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

- düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;

- hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;

- coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.

Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.

Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Qəmər Adaları İttifaqı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri Moussa Abderemane ilə görüş keçirib.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.Azərbaycanın beynəlxalq təşkilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal rolu vurğulanaraq, qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti qeyd edilib. Xüsusilə, 2027-ci ildə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.Tərəflər həmçinin Cənub-Cənub...

19 İyun 2026, 15:28

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib 

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, iyunun 20-si gündüzdən 22-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.Naxçıvan MR, Bərdə, Tərtər, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Hacıqabul, Samuxda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti...

19 İyun 2026, 15:19

Kats: İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq 

İsrail Müdafiə Ordusu ölkənin şimalındakı yaşayış məntəqələrini "Hizbullah" hərəkatının təhdidlərindən qorumaq üçün Livanın cənubunda öz mövcudluğunu - sahildən Bofort yüksəkliklərinə qədər - qoruyub saxlayacaq."Report" "The Times of Israel" qəzetinə istinadən məlumatına görə, İsrail müdafiə naziri İsrael Kats bu bəyanatı "Hizbullah" qruplaşmasının gecə hücumları nəticəsində ordunun dörd hərbçisinin həlak olması və daha bir neçəsinin yaralanmasından sonra verib."İsrail Müdafiə Qüvvələri şimaldakı yaşayış məntəqələrini qorumaq, təhdidlərin qarşısını almaq və bölgədəki terror infrastrukturunu həm yeraltında, həm də yerüstündə məhv etmək məqsədilə Livandakı təhlükəsizlik zonasında qalacaq (sahil zolağından Bofort yüksəkliklərinədək - red.)", - bəyanatda bildirilib.Nazir həmçinin qeyd edib ki, İsrail öz hərbçilərinə və mülki vətəndaşlarına...

19 İyun 2026, 15:11

Gömrük və Səhiyyə Nazirliyi əməkdaşlığı genişləndirir

Dövlət Gömrük Komitəsinə tibb vasitələri reyestrinə giriş imkanının yaradılması təklif olunub.Citypost.az  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə keçirilən görüşdə bildirilib.Tədbirin məqsədi dərman vasitələri, dərman maddələri və tibb vasitələrinin idxal-ixrac əməliyyatları zamanı həyata keçirilən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi və məlumat mübadiləsinin daha səmərəli təşkili məsələlərinin müzakirəsi olub.Teymur Musayev bildirib ki, əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir:"Dərman və...

19 İyun 2026, 15:06

İlham Əliyev məktəbəqədər təhsillə bağlı Fərman imzalayıb 

Azərbaycanda məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq edilir.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Sənəd məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması məqsədi daşıyır.Fərmana əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin edilir.Nazirlər Kabinetinə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli və digər məsələləri həll etməlidir.Elm və Təhsil Nazirliyi isə hər növbəti maliyyə ili üzrə məktəbəqədər təhsil sahəsində...

19 İyun 2026, 14:42

Prezidentdən sahibkarlar üçün yeni güzəşt

Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.Citypost.az  xəbər verir ki, fərmana əsasən, "Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası" təsdiq edilib.Qaydaya uyğun olaraq, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi ödənişin 50 %-i qədər dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödəniləcək. Fərman indiyə qədər elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilmir.Nazirlər Kabineti subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində...

19 İyun 2026, 14:41