ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
Cəmiyyət 19 İyun 2026, 14:20
323
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iyunun 19-da Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Zaqatala, Balakən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Citypost.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub.
Həmçinin oxuyun
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çin maşınlarında sürücünü gözləyən təhlükə
“Ümumiyyətlə heç bir avtomobili gün şüasının altında saxlamaq olmaz. Dəfələrlə olub ki, avtomobilə heç bir müdaxilə olmadan alışaraq yanıb”.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə tanınmış avtomobil təmirçisi Tural Rəhmanlı “Youtube”da yayımlanan “Künc Bucaq” verilişində danışıb.O bildirib ki, Çin markalı nəqliyyat vasitələrinin sürücüləri bu məsələdə daha diqqətli olmalıdır: Pepperoni pizza“Adicə maşında dezodorant, alışqan olan zaman partlama baş verə bilir. Ehtiyatsızlıqdan bu cür problemlərin olması mümkündür. Maşın günəşin altında qalanda salonun bəriləri tez sıradan çıxır. Digər tərəfdən Günəş şüaları avtomobilin boyasına da ziyandır. Bu, bütün avtomobillərə aiddir. Lakin Çin avtomobilləri batareya ilə təchiz olunduğu üçün, sürücülərə məsləhət görərdim ki,...
19 İyun 2026, 17:14
Ceyhun Bayramov Almaniya səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkədəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.Tərəflər Azərbaycan ilə Almaniya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialı müzakirə ediblər. Bu çərçivədə Azərbaycan ilə Almaniya arasında biznes dairələri arasında əlaqələrin təşviqinin əhəmiyyəti diqqətə...
19 İyun 2026, 17:02
FHN Astarada dəniz sahilində xilasetmə təlimi keçirdi
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara rayonunun Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.Müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi təlim zamanı şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək ilkin yardım göstərdikdən” sonra aidiyyəti üzrə təhvil veriblər.Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib....
19 İyun 2026, 16:38
Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 4-cü mikrorayon ərazisində növbəti səyyar vətəndaş qəbulunu keçirib.Citypost.az xəbər verir ki, qəbulda şəhər icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri və sakinlər iştirak ediblər.Görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilib, onların müraciət və təklifləri ətraflı araşdırılıb.Sakinlər əsasən məşğulluq imkanları, sosial təminat, abadlıq işləri, kommunal xidmətlər və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlərin icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.Şəhər rəhbəri vətəndaş müraciətlərinə həssas yanaşılmasının vacibliyini vurğulayaraq, sakinlərin rifahının yüksəldilməsi və şəhərin daha da abadlaşdırılması istiqamətində tədbirlərin davam...
19 İyun 2026, 16:20
Ramin Məmmədov Lerikdə vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Lerik rayonunda vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a komitədən məlumat verilib.Qeyd edilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhər mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.Qəbul zamanı Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlar dini təhsil, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib....
19 İyun 2026, 16:06
Azərbaycan və Qəmər Adaları İttifaqı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri Moussa Abderemane ilə görüş keçirib.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.Azərbaycanın beynəlxalq təşkilatlar daxilində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda fəal rolu vurğulanaraq, qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti qeyd edilib. Xüsusilə, 2027-ci ildə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.Tərəflər həmçinin Cənub-Cənub...
19 İyun 2026, 15:28