Əl Şaraa Livanın xilası üçün "Hizbullah" ilə danışıqlara hazırdır
Dünya 22 İyun 2026, 09:00
973
Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa qonşu Livanda sülh və sabitliyi təmin edə biləcək həll yolunun axtarışı üzərində işləyir.
Citypost.az "Report"a istinadən xəbər verir ki, Şaraa bu barədə BƏƏ-nin "Al Mashhad" telekanalına müsahibəsində bildirib.
"Biz Livan dövlətçiliyinin qorunub saxlanmasına zəmanət vermək üçün [Livanın radikal qruplaşması olan] "Hizbullah"la bağlı məsələni nizama salmağa çalışırıq. Əgər bu bütün tərəflər üçün faydalı olacaqsa, biz danışıqlar prosesinə hazır olduğumuzu bildiririk", - o vurğulayıb.
Həmçinin oxuyun
Suriya lideri qeyd edib ki, uzunmüddətli böhrandan çıxmaq üçün Livanın siyasi razılıq əldə etməyə kəskin ehtiyacı var, çünki ölkədəki vəziyyət qütbləşmənin daha da artmasına tab gətirmək iqtidarında deyil.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Avropanı isti dalğası iflic etdi
Avropanı bürüyən isti hava dalğası bir sıra ölkələrdə ciddi fəsadlara səbəb olub.Citypost.az france24.com-a istinadən xəbər verir ki,Fransa, Belçika və İspaniyada temperaturun 40–44 dərəcəyə çatması fonunda hökumətlər təhlükəsizlik tədbirlərini gücləndirib, məktəblərin bağlanması və qatar reyslərinin ləğvi kimi məhdudiyyətlər tətbiq edilib.Fransada artıq 845 məktəb bağlanıb, minlərlə şagird isə erkən evə buraxılıb. Belçikada bəzi qatarların hərəkəti dayandırılıb, İspaniyada isə ictimai tədbirlər ləğv olunub. Böyük Britaniyada isə yaxın günlərdə rekord istilərin qeydə alınacağı proqnozlaşdırılır.Həkimlər və meteoroloqlar bildirirlər ki, bu miqyasda isti dalğası insan fəaliyyəti nəticəsində güclənən iqlim dəyişikliyi ilə birbaşa bağlıdır. Fransada artıq istilərlə əlaqəli ölüm halları da qeydə alınıb.Mütəxəssislər xəbərdarlıq edirlər ki, yaxın...
22 İyun 2026, 10:47
Senator Qrem ABŞ-ın İranı "məhv edəcəyini" söylədi
Cənubi Karolina ştatından olan Respublikaçı senator Lindsi Qraham bazar günü CBS News-a verdiyi müsahibədə ABŞ-ın İranla diplomatik həll yolu tapmaq cəhdlərinin uğursuzluğa düçar olacağına inandığını bildirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, eyni zamanda, o, diplomatiyadan imtina etməkdənsə, diplomatiyaya üstünlük verəcəyini vurğulayıb."Gəlin diplomatik həll yolu tapmağa çalışaq. Düşünürəm ki, bu, uğursuz olacaq. Bəs sonra?" Qraham dedi.Bu bəyanat, ABŞ və İran arasında İsveçrədə davam edən danışıqlar fonunda verilib. İki ölkə ötən həftə anlaşma memorandumu imzaladıqdan sonra bazar günü 60 günlük danışıqlar dövrünə başlayıb. Bu arada, bölgədə gərginlik yüksək olaraq qalır: İsrail və İranın dəstəklədiyi Hizbullah toqquşmağa davam edir və İran daha...
22 İyun 2026, 10:39
Uşaqlarla ünsiyyət quran robot yaradıldı
ABŞ-da uşaqlarla ünsiyyət qura bilən və operator müdaxiləsi olmadan qərar qəbul edə bilən yeni robot hazırlanıb.Citypost.az “Interesting Engineering” nəşrinə istinadən xəbər verir ki, Sietldə yerləşən robototexnika şirkəti ictimai məkanlar üçün nəzərdə tutulmuş “Codey” adlı humanoid robot təqdim edib. Robot muzeylər, otellər və qalereyalar kimi insanların sıx olduğu yerlərdə istifadə üçün planlaşdırılır.Təxminən 90 santimetr boyunda olan “Codey” ətraf mühitdə müstəqil hərəkət edə, danışa və real vaxt rejimində sadə qərarlar qəbul edə bilir. O, operator idarəsi olmadan işləyərək sensorlar və süni intellekt sistemləri vasitəsilə ətrafı analiz edir.Robotun əsas xüsusiyyətlərindən biri onun dostcasına görünüşü, animasiyalı üz ifadələri və xüsusilə uşaqlarla ünsiyyətə uyğunlaşdırılmış dizaynıdır....
22 İyun 2026, 10:37
194 yaşında Ginnesə düşdü
194 yaşlı Conatan adlı tısbağa Ginnesin Rekordlar Kitabına düşüb.Citypost.az "Unikal" a istinadən xəbər verir ki, planetin ən yaşlı canlı heyvanı Müqəddəs Yelena adasında kəşf edilib. O, adətən 150 il yaşayan Aldabra nəhəng tısbağa növünə aiddir. Conatan 1832-ci ildə anadan olub və 1882-ci ildə Seyşel adalarından Müqəddəs Yelena adasına köçürülüb. Adanın hökumətinin mətbuat xidmətinin məlumatına görə, yaşına baxmayaraq, Conatan ictimai tədbirlərdə iştirak etməyə davam edir.Yeri gəlmişkən, Ginnesin Rekordlar Kitabının ikonası statusu yalnız ən görkəmli rekordçulara və qlobal səhnədə əhəmiyyətli təsir göstərən şəxslərə verilir....
22 İyun 2026, 09:50
Pakistanın Baş naziri: İran və ABŞ münaqişənin sülh yolu ilə həllində maraqlıdır
İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.Məlumata görə, İsveçrədə Tehran və Vaşinqton arasında keçirilən danışıqlarda vasitəçilik edən Şahbaz Şərif İran rəhbərliyinin regionda sülhün təmin olunmasına sadiq qaldığını vurğulayıb.Şahbaz Şərif, həmçinin ABŞ Prezidenti Donald Trampın da qlobal sülhün tərəfdarı olduğunu ifadə edib.
22 İyun 2026, 09:28
Pistorius Trampı Hörmüz boğazı ilə bağlı böhranı qızışdırmaqda ittiham edib
Hörmüz boğazının bir neçə ay davam edən blokadası ilə bağlı böhran məhz Amerika Prezidenti Donald Tramp tərəfindən təhrik edilib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "ARD" telekanalına müsahibəsində bildirib."Sonda Hörmüz boğazının dar keçidinə tıxacı itələyən biz yox, Donald Tramp oldu. İndi isə boğazın yenidən açılmasında maraqlı olan bizik", - o bildirib.Pistorius diqqəti ona yönəldib ki, Hörmüz boğazındakı vəziyyətin nizamlanması Avropa dövlətləri üçün son dərəcə zəruridir, çünki bu, enerji tədarükünün təmin edilməsi və iqtisadiyyatın sağlamlaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir.Xatırladaq ki, İran və ABŞ iyunun 18-ə keçən gecə 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı...
22 İyun 2026, 08:28