Bizə yazın

Baku

-°C

USD

-

Bakıda bu ərazilərdə qiymətlər 15 faiz qalxacaq

Cəmiyyət 22 İyun 2026, 09:18

666

Bakıətrafı qəsəbələrdə yerləşən ev və torpaq sahələrinə olan tələbat kəskin şəkildə artıb.

Citypost.az Modern.az-a istinadən xəbər verir ki, əmlak ekspertləri paytaxtda qəzalı binaların sökülməsi prosesinin bu tendensiyaya ciddi təsir etdiyini bildirirlər.

Belə ki, mərkəzdəki söküntülərdən sonra vətəndaşlar daha çox şəhərdən kənar ərazilərdə ev almağa üstünlük verirlər ki, bu da birbaşa qiymətlərə təsir göstərir.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda Maştağa, Kürdəxanı, Hövsan, Pirşağı, Ramana, Lökbatan və Zığ kimi kənar qəsəbələrdəki ev və torpaq bazarında müəyyən ucuzluq müşahidə olunsa da, aparılan abadlıq işləri fonunda yaxın gələcəkdə qiymət artımı qaçılmaz olacaq.

Ekspert həmçinin qeyd edib ki, söküntü faktorundan əlavə, yay mövsümünün gəlişi ilə əlaqədar bağ evlərinə tələbatın artması da bu qəsəbələrdəki qiymətləri 10-15 faiz civarında bahalaşdıracaq. Lakin payız aylarında bazarda yenidən 5 faizlik bir enişin qeydə alınacağı ehtimal edilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar olub.Agentlikdən Citypost.az-a verilən məlumata görə, əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.Əhəd Məmmədov bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "İngilis dili müəllimliyi" ixtisası üzrə alıb. Hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili" ixtisaslaşması üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlayan Əhəd Məmmədov 2015–2021-ci illərdə müxtəlif təhsil müəssisələrində çalışıb. O, 93 nömrəli tam orta məktəbdə, eləcə də Tərtər şəhər Ə.Məmmədov adına 1 nömrəli tam orta...

22 İyun 2026, 10:26

Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.Citypost.az  xəbər verir ki, bu münasibətlə komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezidentin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb. Komitənin...

22 İyun 2026, 10:10

FHN: Ötən həftə 42 nəfər xilas edilib 

Ötən həftə 593 yanğına çıxış olub.Bu barədə Citypost.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 593 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 42 nəfər xilas edilib, yanğın zamanı 44 nəfər təxliyə olunub, 7 nəfərin meyiti təhvil verilib....

22 İyun 2026, 09:36

Tural İrfan AYNA-nı tənqid etdi: “Avtobuslarda vəziyyət acınacaqlıdır”

Yerüstü ictimai nəqliyyata nəzarətiniz, tənzimləmə, əhaliyə xidmət çox nöqsanlıdır. Bir çox sürücülərinizin hansı formada, sanki sürücülük vəsiqəsi olmadan avtobus idarə etdiyini, sükan arxasında siqaret çəkdiyini, sərnişinlərlə pis davrandığını əgər bilmirsinizsə zəhmət çəkib təğyiri - libas olub bircə dəfə həmin avtomobillərə süvar olun.Citypost.az xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan facebook hesabında yazarkən bildirib.Onun sözlərinəg görə, çoxunda kondisioneri işlətmirlər ki, rəhbərlik icazə vermir. İctimai nəqliyyat elə gündədir ki, bircə nəfər qalstuklu adam avtobusa minmir. İctimai nəqliyyat elə gündədir ki, hamı borcla, kreditlə, sələmlə də olsa şəxsi avtomobil almağa üstünlük verir. Qoca arvadı...

22 İyun 2026, 08:40

Bakıda bu yollarda tixac var - SİYAHI 

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur....

22 İyun 2026, 08:32

Sabah yağış yağacaq 

İyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, gündüz havanın qısa müddətə tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəkŞimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.Dağlıq və dağətəyi rayonlara dolu düşəcəyi ehtimalı varSabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq...

21 İyun 2026, 13:17