Bizə yazın

Baku

-°C

USD

-

Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb 

Cəmiyyət 22 İyun 2026, 16:00

413

Yanvar-may ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qramnarkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilib.

Citypost.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Bildirilib ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 664 kq 289,559 qramını marixuana, 212 kq 587,146 qramını heroin, 88 kq 128,798 qramını tiryək, 214 kq 243,147 qramını həşiş, 7 kq 937,74 qramını digər narkotik vasitələr və 76 kq 346,71 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı 4486 ədəd həbmetadon, 3660 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AYNA: "Koroğlu" NMM yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir 

Yaxın günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ("Piramida" tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.Digər nəqliyyat vasitələri yeni trayektoriya ilə Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.

22 İyun 2026, 17:54

MÜTDA-ya tətbiq edilən cərimə ləğv olunub 

Bakı şəhər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş protokola dair məhkəmə qərarı ləğv edilib. Sözügedən protokola Nərimanov Rayon Məhkəməsində baxılıb.Məhkəmə Agentliyi təqsirli bilərək 2 min manat məbləğində şərti cərimə tətbiq edib və hüquqpozmanın aradan qaldırılması üçün bir aylıq müddət müəyyənləşdirib.Citypost.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, qərardan verilən apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin edərək birinci instansiya məhkəməsinin qərarını ləğv edib və iş üzrə icraata xitam verib.Qeyd edək ki, məlumatı Məktəbəqədər və Ümumi Təhsil...

22 İyun 2026, 17:45

Məcnun Məmmədovun Lerikdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iyunun 30-da Lerik rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı iyulun 3-nə dəyişdirilib.Citypost.az bu barəd nazirliyə istinadən xəbər verir.Məlumata görə, vətəndaşlar əlavə məlumat almaq üçün qurumun Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.

22 İyun 2026, 17:38

Xameneinin nümayəndəsi: Trampı boğanadək sakitləşməyəcəyik 

“Qoy təkəbbürlü qüvvələr bilsinlər ki, nə vaxtsa bu xalqa hökmranlıq etmək arzularını özləri ilə birlikdə məzara aparacaqlar”.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin İnqilab Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacı Sadeqi deyib.ABŞ Prezidenti Donald Trampa müraciət edən Sadeqi qeyd edib:“Ey firon xislətli insan, bil ki, bu xalq səni öz qəzəb dənizində boğana qədər sakitləşməyəcək. Onlarla danışıqlar aparanlar da bilməlidirlər: siz elə bir düşmənlə danışıqlar aparırsınız ki, biz onunla heç vaxt dost olmayacağıq və onu heç vaxt qəbul etməyəcəyik. Biz düşmənçiliyi unutmarıq”....

22 İyun 2026, 17:30

Məsud Pezeşkian sabah Pakistana səfər edəcək 

İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.Citypost.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasi məlumat verib.Abbasi İran Prezidentin səfərinin sabah baş tutacağını və böyük ehtimalla bir gün davam edəcəyini bildirib.Onun sözlərinə görə, səfərin məqsədi əvvəlki ikitərəfli görüşlər zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə etmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq, həmçinin İran Prezidentinin şəxsən ABŞ və İran arasında vasitəçilik səylərinə görə Pakistan rəhbərliyinə öz təşəkkürünü çatdırmaqdır. (APA)...

22 İyun 2026, 17:23

Berdiməhəmmədov: Əməkdaşlıq xalqların maraqlarına xidmət edir

Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək.Citypost.az xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.O qeyd edib ki, bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir.

22 İyun 2026, 16:54