Prezident: Nəqliyyat-logistika əməkdaşlığı prioritet sahədir
Cəmiyyət 22 İyun 2026, 16:37
409
Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatında bildirib.
“Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.
Həmçinin oxuyun
Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”, - dövlət başçısı vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
AYNA: "Koroğlu" NMM yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir
Yaxın günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ("Piramida" tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.Digər nəqliyyat vasitələri yeni trayektoriya ilə Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.
22 İyun 2026, 17:54
MÜTDA-ya tətbiq edilən cərimə ləğv olunub
Bakı şəhər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş protokola dair məhkəmə qərarı ləğv edilib. Sözügedən protokola Nərimanov Rayon Məhkəməsində baxılıb.Məhkəmə Agentliyi təqsirli bilərək 2 min manat məbləğində şərti cərimə tətbiq edib və hüquqpozmanın aradan qaldırılması üçün bir aylıq müddət müəyyənləşdirib.Citypost.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, qərardan verilən apellyasiya şikayətinə isə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin edərək birinci instansiya məhkəməsinin qərarını ləğv edib və iş üzrə icraata xitam verib.Qeyd edək ki, məlumatı Məktəbəqədər və Ümumi Təhsil...
22 İyun 2026, 17:45
Məcnun Məmmədovun Lerikdəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iyunun 30-da Lerik rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı iyulun 3-nə dəyişdirilib.Citypost.az bu barəd nazirliyə istinadən xəbər verir.Məlumata görə, vətəndaşlar əlavə məlumat almaq üçün qurumun Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.
22 İyun 2026, 17:38
Xameneinin nümayəndəsi: Trampı boğanadək sakitləşməyəcəyik
“Qoy təkəbbürlü qüvvələr bilsinlər ki, nə vaxtsa bu xalqa hökmranlıq etmək arzularını özləri ilə birlikdə məzara aparacaqlar”.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xameneinin İnqilab Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Hacı Sadeqi deyib.ABŞ Prezidenti Donald Trampa müraciət edən Sadeqi qeyd edib:“Ey firon xislətli insan, bil ki, bu xalq səni öz qəzəb dənizində boğana qədər sakitləşməyəcək. Onlarla danışıqlar aparanlar da bilməlidirlər: siz elə bir düşmənlə danışıqlar aparırsınız ki, biz onunla heç vaxt dost olmayacağıq və onu heç vaxt qəbul etməyəcəyik. Biz düşmənçiliyi unutmarıq”....
22 İyun 2026, 17:30
Məsud Pezeşkian sabah Pakistana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.Citypost.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasi məlumat verib.Abbasi İran Prezidentin səfərinin sabah baş tutacağını və böyük ehtimalla bir gün davam edəcəyini bildirib.Onun sözlərinə görə, səfərin məqsədi əvvəlki ikitərəfli görüşlər zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə etmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq, həmçinin İran Prezidentinin şəxsən ABŞ və İran arasında vasitəçilik səylərinə görə Pakistan rəhbərliyinə öz təşəkkürünü çatdırmaqdır. (APA)...
22 İyun 2026, 17:23
Berdiməhəmmədov: Əməkdaşlıq xalqların maraqlarına xidmət edir
Türkmənistan və Azərbaycan arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək.Citypost.az xəbər verir ki, bu sözləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.O qeyd edib ki, bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir.
22 İyun 2026, 16:54