Bizə yazın

Baku

-°C

USD

-

Ziyalılıq – cəmiyyətin əsas istinadı - Əli Rza Xələfli yazır...

Söz adamı 25 İyun 2026, 10:20

661

Mən Ceyhunun özündən əvvəl atasını yaxşı tanıyırdım. O, təbiət etibarı ilə gülərüz, ünsiyyətcil, mehriban adam idi. Uzun müddət Cəbrayılda rəhbər vəzifələrdə çalışmışdı. Əgər onun daxili və zahiri harmoniyasını əsas götürsək və haqqında nə danışsaq, bu harmoniyaya istinad etməli olsaq, kimsə etiraz etməzdi. 

Düşünürəm ki, bir oğul üçün atadan əxz etdiyi ən üstün keyfiyyət mənəvi sağlamlıq olmalıdır. Mən Ceyhunda ata yolunun çox sədaqətli davamçısı obrazını görürəm. 

Kifayət qədər təvazökardır. Tanrı ona axıracan təmkin gücü bəxş edib. Ən sərt dönüş məqamlarında belə fikrini və sakit təmkinlə izah etmək gücündədir. Ümumiyyətlə, Ceyhun Məmmədov özünü ifadə imkanlarına görə xüsusilə fərqlənən ziyalıdır. 

Millət vəkili kimi məramı aydın, düşüncələri çox durudur. Hər hansı bir məsələdə doğrunun işıq ucu qədər görünən tərəfini vaxtında sezə bilir. 

Belə bir fikir deyirlər ki, filosoflar üçün cavabsız sual yoxdur. Ceyhun Məmmədovu ayrı-ayrı debatlarda, tele müsahibələrdə müşahidə edənlər təsdiqləyər ki, o, kfiayət qədər hazırlıqlı siyasətçi və yetkin bir müdrikdir. 

Ümumiyyətlə, Ceyhun Valeh oğlu kimi adamlar haqqında o, ən çətin məqamda belə haqlını haqsızın ayağına verməz. Səbirlə, sözün həqiqi mənasında doğmalıq ünsiyyəti ilə yanaşması onun ən radikal müsahibini razılaşdırmaq gücündə olduğunu göstərir. 

Ona mürciət edənləri, onunla görüşə can atanları məmnuniyyətlə qəbul edir. Hətta imkanları xaricində olan tələb və xahişləri necə müsbət qarşılamaq yollarını tərəf müqabili ilə müzakirədən qaçmır. Son nəticədə ən azı ağıllı və düzgün məsləhətini əsirgəmir. 

İndi bir çoxları deputatı maddi yardımçı, sosial problemlərin yerində həlledicisi kimi görmək istəyir. Halbuki bu məsələlərin millət vəkilinə birbaşa dəxli yoxdur. Ancaq Ceyhun Məmmədov məhdud imkanları daxilində ona müraciət edənləri cavabsız qoymur. Əlbəttə, Ceyhun Məmmədov sahibkar deyil. Necə deyərlər, əli pulla oynamır. 

Ancaq onun ağıllı məsləhətləri heç də çoxlarının umduğu maddi yardımdan az əhəmiyyətli deyil. Bütün bunlar mənim şəxsi müşahidələrimin nəticəsidir. Mən istəyirəm ki, millət vəkili insanlara yaxın olsun. Adamların əlçatarı məsafəsində dayana bilsin. Məhz Ceyhun Məmmədov bu baxımdan xalqın doğmasıdır. 

Millət vəkili, zənnimcə, gərək vicdani meyar olaraq Allahlı adam olsun. Allahlı adam olan şəxs vicdan meyarından kənara çıxa bilməz. Bir sözlə, onun atasından irs olaraq qəbul etdiyi zahiri və batini harmoniyası şəxsiyyətinin kimliyi haqqında birbaşa informasiya verə bilir. Bütün nitqlərində axıracan məntiqlidir. Sözünün əvvəli ilə axırı bir-birini dəqiq tamamlayır. Vətənsevərdir, Azərbaycançıdır, türk mənəvi dəyərlərinin sağlam daşıyıcısıdır. 

Zənnimcə, artıq millət vəkilliyində kifayət qədər təcrübə toplamış, insanları öyrənmiş, cəmiyyətin maddi və mənəvi problemlərindən xəbərdar olan dövlət xadimi kimi o yenidən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Azərbaycanın Milli Məclisinə üzv seçilmək haqqına layiqdir. 

Ceyhun Valeh oğlu Məmmədov cəbrayıllıdır. Şərqi Zəngəzurun hər kəs tərəfindən hörmətini qazanmış xalq övladıdır. Düşünürəm ki, Cəbrayıldan və Qubadlıdan olan seçiciləri Ceyhun Məmmədovun  millət vəkilliyindən çox məmnundurlar...

Ziyalılıq cəmiyyətin əsas istinadıdır. Ceyhun Valehoğlu xalqımızın yeni dövrdə, yeni Azərbaycan üçün yetirdiyi böyük ziyalıdır. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gənc jurnalistlər Nəcəf Nəcəfovu tanıyırmı? – Qulu Məhərrəmli yazır

1988-ci ildə Qarabağ hadisələri başlayanda "Molodyoj Azerbaydjana" qəzeti ölkə həyatını ən dürüst işıqlandıran və milli maraqlar platformasından çıxışedən ən populyar mətbu orqana çevrildi. Çünki qəzetə rəhbərlik edən şəxs, erməni separatçılarının qarşısına ideoloji sipər çəkən, süstlüyünə görə respublikanın ovaxtkı rəhbərliyini cəsarətlə tənqid edən Nəcəf Nəcəfov idi.Sonra o, "Azadlıq" qəzetinə keçdi, müstəqil "Turan" agentliyinin yaradılmasında iştirak etdi, o illərdə kükrəyən Xalq hərəkatına qoşuldu,  1990-cı ilin qanlı 20 Yanvarında  ışğalçı sovet qoşunlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində dayandı. Milli Məclisə seçildi, parlamentdə "Demblok"un fəallarlndan oldu.   Neçə illər əvvəl rejissor dostum Rüfət Əsədovla birlikdə "Nəcəf Nəcəfov. Məyusluq" adlı film üzərində çalışanda bu insanın...

25 İyun 2026, 10:15

Şəmsi Qoca: Təhsil islahata möhtacdır

2025-2026-cı tədris ilinin görünməyən tərəfi: Rəsmi nikbinliyin arxasındakı sistem böhranı, insan istismarı və hüquqi iflasHər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyini gizlətmək artıq mümkün deyil. Dövlətin ən strateji sahəsi olan təhsil bu gün elmi-metodiki yeniliklər, köklü islahatlar və dərslik problemlərinin fundamental həllini gözlədiyi bir vaxtda, Elm və Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin sanki yalnız "Son Zəng" günü məzunlarla rəqs etmək kimi şou xarakterli tədbirlərlə yadda qalması sistemin hara sürükləndiyinin ən acınacaqlı...

24 İyun 2026, 11:54

Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam 

Dağlar dünyanın tarazlıq mərkəzləridir. Onlar olmasa, dünya əyilər, Yer öz orbitindən çıxar, bəşəriyyət faciə ilə üzləşər. Ancaq biz dağların sadəcə yerin üstündə olan hissəsini görürük. Elm isə hesab edir ki, dağlar yerin üstündəki ucalığı qədər də yerin altında dərinliyə malikdir. İnsanlar da elədir. Elə insanlar var ki, onlar olmasa, cəmiyyətin tarazlığı pozular, mənəvi çökmə baş verər, milli yaddaş qısalar. Ona görə də zaman-zaman dünyaya hidayət verənlər göndərilir. Yəni doğru yol göstərənlər! Onlar da düz dağlar kimi həm uca, həm də dərin olurlar. Tanrının bizlərə həqiqəti, milli yaddaşımızı, zəngin mənəviyyatımızı və mədəniyyətimizi, mentalitetimizin möhtəşəmliyini xatırlatmaq üçün göndərdiyi adamın adı da elə...

24 İyun 2026, 11:16

Kitabı "süni", naziri "orijinal" olan məmləkət 

Dünyanın harasında rəqəmsal bir yenilik, süni bir intellekt peyda olursa, bizim hökumətin texnokrat qanadı dərhal qollarını çırmayıb qaçır qabağa. Elə bilirlər ki, dünyanı ağuşuna alan bu texnoloji dalğa məhz bunların canını qurtarmaq üçün icad olunub. Təhsil nazirimiz Emin Əmrullayev də sağ olsun, qayıdıb ki, bəs bəsdirin pulunuzu kitaba, dərsliyə, vərəqə xərclədiniz, onsuz da 3 ildən sonra kitaba ehtiyac qalmayacaq, süni intellekt gəlib hər şeyi əvəz edəcək, lap elə Dilçilik İnstitutunu da bağlaya bilərik, onun da funksiyasını bir dənə alqoritm həll edəcək. Adamın lap ürəyi dağlanır. Elə bilirsən nazir təhsil sistemindəki problemlərdən yox, hansısa elmi-fantastik Hollivud filminin premyerasından danışır. Yəni məktəblərin...

23 İyun 2026, 12:10

Söz sənətinin vurğunu, ədəbiyyatın gözətçisi  

60 İllik Yubileyi MünasibətiləƏsəd CahangirSöz sənətinin vurğunu, ədəbiyyatın gözətçisiAltmış il — bir ömrün şəfəq vaxtıdır. İnsan bu illər içərisində ya öz ruhu ilə üz-üzə qalır, ya da sözün sehrli aləmindəki sonsuz dənizə qərq olur. Əsəd Cahangir ikinci yolu seçdi: ömrünü Sözə bağladı, qəlbini ədəbiyyata açdı, hər gecəsini düşüncənin alov saçan ocağında keçirdi.O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Tənqidçi, esseist, şair, ədəbiyyatşünas — bu titulların heç biri tək başına onu tam anlatmaz. Əsəd Cahangir, hər şeydən əvvəl, Sözün sadiq qulluqçusudur.Yaradıcılıq yolu"Söz"dən "Səs"ə, "Səs"dən ƏbədiyyətəƏsəd Cahangirin yaradıcılıq dünyasına daxil olduqda ilk qarşılaşdığınız şey intellektual dərinlikdir. Onun "Söz" essesilə başlayan...

22 İyun 2026, 12:57

Bu dünyada Hidayət Orucov yadigar qalsın  - Ramidə Yaqubqızı

Onun haqqında təsəvvürüm ağırtəbiətli, ötkəm və çətin ünsiyyət qurulacaq biri kimi formalaşmışdı. Ta ki, özü ilə tanış olana qədər. Bir görüşlə Hidayət Orucov haqqında olan düşüncələrim tamamilə dəyişdi. Bu böyük şəxsiyyət mənim təfəkkürümdə və təsəvvürümdə olduğu ciddiyyyətin içərisində yumşaq, həlim, xoşxasiyyət insan olaraq yaşadı. 2023-cü ildə çalışdığım “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin tövsiyyəsilə bir neçə əməkdaş İrəvan Teatınının yaranma tarixi, inkişafı və keçdiyi yol barədə yazı hazırlamaq tapşırığı aldıq. Mövzunun genişliyi, mahiyyətinin çəkisi və şəxsi marağım o qədər böyük idi ki, qərara aldıq ki, vaxtı ilə teatra rəhbərlik etmiş və bu yolda yaranmış çətinliklərə baxmayaraq böyük uğurlar qazanmış  Hidayət Orucovla...

18 İyun 2026, 12:07