Gənc jurnalistlər Nəcəf Nəcəfovu tanıyırmı? – Qulu Məhərrəmli yazır
Söz adamı 25 İyun 2026, 10:15
2780
1988-ci ildə Qarabağ hadisələri başlayanda "Molodyoj Azerbaydjana" qəzeti ölkə həyatını ən dürüst işıqlandıran və milli maraqlar platformasından çıxış
edən ən populyar mətbu orqana çevrildi. Çünki qəzetə rəhbərlik edən şəxs, erməni separatçılarının qarşısına ideoloji sipər çəkən, süstlüyünə görə respublikanın ovaxtkı rəhbərliyini cəsarətlə tənqid edən Nəcəf Nəcəfov idi.
Sonra o, "Azadlıq" qəzetinə keçdi, müstəqil "Turan" agentliyinin yaradılmasında iştirak etdi, o illərdə kükrəyən Xalq hərəkatına qoşuldu, 1990-cı ilin qanlı 20 Yanvarında ışğalçı sovet qoşunlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində dayandı. Milli Məclisə seçildi, parlamentdə "Demblok"un fəallarlndan oldu.
Neçə illər əvvəl rejissor dostum Rüfət Əsədovla birlikdə "Nəcəf Nəcəfov. Məyusluq" adlı film üzərində çalışanda bu insanın böyüklüyünü və düşüncə miqyasını özüm üçün bir daha kəşf etdim.
O, mətbu sözün dəyərini və cəmiyyətdəki yerini müəyyənləşdirmək baxımından yeni bir sima idi. İstər ictimai fəaliyyəti, istər fərdi düşüncəsi, istərsə də demokratik təfəkkürü ilə Zərdabi xəttinin üstündə olan bir şəxsiyyət idi.
Nəcəf bəy öz varlığı ilə təkcə qəzet yaratmırdı, həm də yeni təfəkkürlü bütöv bir jurnalist nəsli yetişdirir, yen
demokratik düşüncə formalaşdırırdı. O, həqiqi mənada yeni milli siması olan əxlaqlı və peşəkar jurnalistikanın təməlini qoyanlardan idi.
Bu gün Nəcəf bəyin doğum günüdür. Böyüklüyünü və millət qarşısında unudulmaz xidmətlərini yad edərək, ona da, həmçinin bu gün doğum günü olan Əbülfəz Elçibəyə də rəhmət diləyirik. Ruhları şad olsun!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ziyalılıq – cəmiyyətin əsas istinadı - Əli Rza Xələfli yazır...
Mən Ceyhunun özündən əvvəl atasını yaxşı tanıyırdım. O, təbiət etibarı ilə gülərüz, ünsiyyətcil, mehriban adam idi. Uzun müddət Cəbrayılda rəhbər vəzifələrdə çalışmışdı. Əgər onun daxili və zahiri harmoniyasını əsas götürsək və haqqında nə danışsaq, bu harmoniyaya istinad etməli olsaq, kimsə etiraz etməzdi. Düşünürəm ki, bir oğul üçün atadan əxz etdiyi ən üstün keyfiyyət mənəvi sağlamlıq olmalıdır. Mən Ceyhunda ata yolunun çox sədaqətli davamçısı obrazını görürəm. Kifayət qədər təvazökardır. Tanrı ona axıracan təmkin gücü bəxş edib. Ən sərt dönüş məqamlarında belə fikrini və sakit təmkinlə izah etmək gücündədir. Ümumiyyətlə, Ceyhun Məmmədov özünü ifadə imkanlarına görə xüsusilə fərqlənən ziyalıdır. Millət vəkili kimi məramı aydın, düşüncələri...
25 İyun 2026, 10:20
Şəmsi Qoca: Təhsil islahata möhtacdır
2025-2026-cı tədris ilinin görünməyən tərəfi: Rəsmi nikbinliyin arxasındakı sistem böhranı, insan istismarı və hüquqi iflasHər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyini gizlətmək artıq mümkün deyil. Dövlətin ən strateji sahəsi olan təhsil bu gün elmi-metodiki yeniliklər, köklü islahatlar və dərslik problemlərinin fundamental həllini gözlədiyi bir vaxtda, Elm və Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin sanki yalnız "Son Zəng" günü məzunlarla rəqs etmək kimi şou xarakterli tədbirlərlə yadda qalması sistemin hara sürükləndiyinin ən acınacaqlı...
24 İyun 2026, 11:54
Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
Dağlar dünyanın tarazlıq mərkəzləridir. Onlar olmasa, dünya əyilər, Yer öz orbitindən çıxar, bəşəriyyət faciə ilə üzləşər. Ancaq biz dağların sadəcə yerin üstündə olan hissəsini görürük. Elm isə hesab edir ki, dağlar yerin üstündəki ucalığı qədər də yerin altında dərinliyə malikdir. İnsanlar da elədir. Elə insanlar var ki, onlar olmasa, cəmiyyətin tarazlığı pozular, mənəvi çökmə baş verər, milli yaddaş qısalar. Ona görə də zaman-zaman dünyaya hidayət verənlər göndərilir. Yəni doğru yol göstərənlər! Onlar da düz dağlar kimi həm uca, həm də dərin olurlar. Tanrının bizlərə həqiqəti, milli yaddaşımızı, zəngin mənəviyyatımızı və mədəniyyətimizi, mentalitetimizin möhtəşəmliyini xatırlatmaq üçün göndərdiyi adamın adı da elə...
24 İyun 2026, 11:16
Kitabı "süni", naziri "orijinal" olan məmləkət
Dünyanın harasında rəqəmsal bir yenilik, süni bir intellekt peyda olursa, bizim hökumətin texnokrat qanadı dərhal qollarını çırmayıb qaçır qabağa. Elə bilirlər ki, dünyanı ağuşuna alan bu texnoloji dalğa məhz bunların canını qurtarmaq üçün icad olunub. Təhsil nazirimiz Emin Əmrullayev də sağ olsun, qayıdıb ki, bəs bəsdirin pulunuzu kitaba, dərsliyə, vərəqə xərclədiniz, onsuz da 3 ildən sonra kitaba ehtiyac qalmayacaq, süni intellekt gəlib hər şeyi əvəz edəcək, lap elə Dilçilik İnstitutunu da bağlaya bilərik, onun da funksiyasını bir dənə alqoritm həll edəcək. Adamın lap ürəyi dağlanır. Elə bilirsən nazir təhsil sistemindəki problemlərdən yox, hansısa elmi-fantastik Hollivud filminin premyerasından danışır. Yəni məktəblərin...
23 İyun 2026, 12:10
Söz sənətinin vurğunu, ədəbiyyatın gözətçisi
60 İllik Yubileyi MünasibətiləƏsəd CahangirSöz sənətinin vurğunu, ədəbiyyatın gözətçisiAltmış il — bir ömrün şəfəq vaxtıdır. İnsan bu illər içərisində ya öz ruhu ilə üz-üzə qalır, ya da sözün sehrli aləmindəki sonsuz dənizə qərq olur. Əsəd Cahangir ikinci yolu seçdi: ömrünü Sözə bağladı, qəlbini ədəbiyyata açdı, hər gecəsini düşüncənin alov saçan ocağında keçirdi.O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Tənqidçi, esseist, şair, ədəbiyyatşünas — bu titulların heç biri tək başına onu tam anlatmaz. Əsəd Cahangir, hər şeydən əvvəl, Sözün sadiq qulluqçusudur.Yaradıcılıq yolu"Söz"dən "Səs"ə, "Səs"dən ƏbədiyyətəƏsəd Cahangirin yaradıcılıq dünyasına daxil olduqda ilk qarşılaşdığınız şey intellektual dərinlikdir. Onun "Söz" essesilə başlayan...
22 İyun 2026, 12:57
Bu dünyada Hidayət Orucov yadigar qalsın - Ramidə Yaqubqızı
Onun haqqında təsəvvürüm ağırtəbiətli, ötkəm və çətin ünsiyyət qurulacaq biri kimi formalaşmışdı. Ta ki, özü ilə tanış olana qədər. Bir görüşlə Hidayət Orucov haqqında olan düşüncələrim tamamilə dəyişdi. Bu böyük şəxsiyyət mənim təfəkkürümdə və təsəvvürümdə olduğu ciddiyyyətin içərisində yumşaq, həlim, xoşxasiyyət insan olaraq yaşadı. 2023-cü ildə çalışdığım “Respublika” qəzetinin baş redaktoru Hümbət Musayevin tövsiyyəsilə bir neçə əməkdaş İrəvan Teatınının yaranma tarixi, inkişafı və keçdiyi yol barədə yazı hazırlamaq tapşırığı aldıq. Mövzunun genişliyi, mahiyyətinin çəkisi və şəxsi marağım o qədər böyük idi ki, qərara aldıq ki, vaxtı ilə teatra rəhbərlik etmiş və bu yolda yaranmış çətinliklərə baxmayaraq böyük uğurlar qazanmış Hidayət Orucovla...
18 İyun 2026, 12:07