Bizə yazın

Baku

-°C

USD

-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işıq sürəti: Şəmsi Qoca yazır...

Cəmiyyət 01 İyul 2026, 15:29

1703

Məmləkətdə "istefa mədəniyyəti" adlı bir anlayış olsaydı, yəqin ki, Yaponiya imperatorları kimi hər kiçik idarəçilik qüsurunda harakiri həddinə çatmasalar da, ən azı adamlar xəcalətdən başlarını aşağı salıb o kresloları boşaldardılar. Amma bizdə kresloya elə bir yapışqanla bağlanırlar ki, Ali Məhkəmənin qərarı belə o yapışqanın kimyəvi tərkibini poza bilmir. 

Bizim məmləkətin məktəblərində elm girməyən yerə monitorinq girəndə həmişə maraqlı hekayələr ortaya çıxır. Bu dəfəki qəhrəmanımız Bakı şəhəri, Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Jalə Qədirovadır. Daha doğrusu, hələlik sabiq müavini. Çünki Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir əvəzi Nərminə xanım Hüseynovanın və onun İnsan resursları sektorunun müdiri Aygün xanım Bayramovanın idarəçilik qılıncı o qədər sürətli işləyib ki, ortaya dünya idarəçilik tarixinə düşəcək bir "eksperiment" çıxıb. 

Məsələnin ən ağrılı və həm də ən tragikomik tərəfi də elə burasındadır. Təhsil sistemində rəhbər vəzifələrdə oturan bu xanımların və onların ətrafındakı kadrların xeyli hissəsi ixtisasca hüquqşünasdırlar. Özü də elə-belə yox, bizim cəmiyyətdə populyar dillə desək, "London cocuqları" kateqoriyasına aid olan, Böyük Britaniyada baha başa gələn hüquq təhsili almış, ingilis dilini "yüksək səviyyədə" bildiklərini bar-bar bağıran gənclərdir. Londonun o dumanlı küçələrində, fərdin hüquqlarını dövlətin təməli hesab edən mühazirələrlə böyüyən bu zümrə, Bakıya qayıdıb kresloya əyləşən kimi nədənsə ingilis hüququnu unudub, yerli "cəza aparatının" metodlarına keçid edib.

Hadisənin xronologiyasına baxaq: Jalə xanım bir müddət məktəb direktorunun səlahiyyətlərini icra edib, bura yeni direktor təyin olunduqdan sonra isə tədrisin təşkili və maliyyə fəaliyyətindəki qanun pozuntularından rəsmi orqanlara, o cümlədən DTX-yə şikayətlər yazmağa başlayıb. Cavab? Təbii ki, effektiv tədbir yoxdur, amma effektiv əks-hücum var: dərhal məktəbə monitorinq qrupu göndərilir. 

Monitorinq gəlir və məlum olur ki, sən demə, bu direktor müavini bəzi günlərdə işdən tez qaçıb, bəzi günlər isə işə gəlməyib. Lap yaxşı, bəs bunu necə sübut edək? Keçmiş tarixlərə bir dənə akt tərtib olunur, altında da məktəbin 59 nəfərlik kollektivinin imzası! Bir adamın intizamsızlığını təsdiqləmək üçün bütöv bir alay səfərbər olunub. Amma məhkəmə soruşanda ki, "ay qardaş, bu akt pozuntu baş verən anda yazılmalıdır, siz niyə keçmişə qayıdıb akt yazmısınız?", London təhsilli hüquqşünaslar susur. 

10 may tarixinə aid ittiham isə tam bir şedevrdir. İdarə iddia edir ki, Jalə xanım həmin gün üzrsüz səbəbdən işdə olmayıb. Amma ortalığa rəsmi sənədlər çıxır: sən demə, iddiaçı həmin gün səhər saat 08:00-dan 12:00-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən gülqoyma mərasimində olub! Özü də məktəb direktorunun şəxsən təşkil etdiyi kollektivlə birgə. İdarənin "Londonerləri" deyir ki, "yaxşı, gül qoydun qurtardın, bəs sonra niyə məktəbə qayıtmadın?". Məhkəmə də haqlı olaraq cavab verir: "A kişi, adam günün yarısını sizin tapşırıqla rəsmi tədbirdə olubsa, buna necə 'bütün iş günü işə gəlməmək' maddəsi qoyursunuz?". Yəni, gül qoymaq üzrlü səbəbdir, amma o gülün ətri görünür Təhsil İdarəsinə çatmayıb. 

Və gəlirik qanunsuzluğun pik nöqtəsinə – 4 iyul 2025-ci il tarixinə. İşçinin hüquqlarını qorumalı olan, amma çoxdan arabanın 5-ci təkərinə dönmüş BŞTİ Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Quliyeva saat 16:08-də Jalə xanımı idarənin binasına iclasa çağırır. Həmin gün dərhal tələsik iclas keçirilir, 13 nəfər komitə üzvü heç bir faktı araşdırmadan əl qaldırır və saat 18:00-da artıq işçinin qovulma əmri hazır olur, son haqq-hesabı ödənilir. Toplam iki saatın, cəmi 120 dəqiqənin içində bir insanın 10 illik əməyi, çörəyi hərraca çıxarılır. Jalə xanım məhkəmədə tam bir hüquqi ironiya ilə deyir: "Əgər eksperiment aparıb bir gün ərzində, saat 16:00-dan 18:00-dək bu göstərilən faktları kimsə yaza, iclas keçirə və əmr hazırlaya, əmək haqqı hesablayıb ödəyə  bilsə, mən bu “qəhrəmanlığa” görə iddiadan imtina etməyə hazıram". 

Bir sözlə, bu tələsiklik və idarəçilik harınlığı dumanlı London hüquqşünaslarının ayağına dolaşdı. Nəsimi Rayon Məhkəməsi baxdı ki, əmrdə yazılan ittihamların hamısı sabundur, Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxladı. Təhsil İdarəsi inadından dönməyib işi Ali Məhkəməyə daşıdı. Və nəhayət, Ali Məhkəmənin Mülki kollegiyası son nöqtəni qoydu: Kassasiya şikayəti təmin edilməsin, Jalə xanım işinə bərpa olunsun, məcburi iş buraxma dövrünün pulları da son qəpiyinə qədər ödənilsin! 

Bax, o Londonun dumanı Bakının adi məhkəmə zallarında necə dağıldısa, bizim bəzəkli dildə ötən "diplomlu bülbüllərin" də fəlsəfəsi eləcə puç oldu. Əcnəbi dildə sivilizasiya dərsi keçib, öz vətəndaşına gələndə cəza maşınına çevrilən bu zümrə ən böyük silləni elə Ali Məhkəmədən aldı. Hakimlər onların ingilis şivəsiylə bəzədilmiş, içi boş kassasiya şikayətlərini "əsassız mülahizə" adlandırıb hüququn zibil qutusuna atdılar. 

İndi yəqin idarə otaqlarında çay içə-içə, ingilis dilində yox, xalis yerli dildə bir-birlərinə təsəlli verirlər: "Biz hər şeyi düz eləmişdik, sadəcə qanunlar bizim vizyonumuza mane olur". Çünki hüquqsuzluğun diplomu olmur, onun sadəcə ingiliscə biləyən icraçıları olur. Elm və Təhsil naziri Emin Əmrullayev cənabları da bilməlidir ki, təhsilin sükanını Londonda ingilis dili öyrənib, Bakıda adam qaralamaq texnologiyasını mənimsəyənlərə tapşıranda, Ali Məhkəmə belə adamı tarixin ortasında qanun dərsinə qaldırmağa məcbur olur.

Bəs bu xəcaləti necə yuyacaqlar? Yuyası deyillər. Böyük ehtimalla, növbəti qanunsuz monitorinq aktı idarədən gələn kimi, Sevinc xanım və onun 13 nəfərlik səsvermə robotları yenidən saatlarına baxacaqlar ki, bu dəfə rekordu təzələsinlər, işçini 2 saata yox, 45 dəqiqəyə qovmağa razılıq versinlər.

Məncə bu xəcalətdən sonra həmin 13 nəər səsverən “həmkarlar” başda Sevinc Quliyeva olmaqla tam tərkibdə üzr istəyib istea verməlidirlər. Amma və lakin bu baş verməyəcəkdir. Çünki bu məmləkətdə istefa vermək üçün gərək adamda siyasi və mənəvi məsuliyyət hissi olsun. Bizim bəzi həmkarlar sədrlərində isə hissiyyat yalnız rəhbərliyin otağından gələn siqnalları tutmaq üçün işləyir. Jalə xanımın məhkəmədəki haqlı ironiyası isə tarixin yaddaşında qalacaq: iki saata hüquq fədaisi kəsilənlər, Ali Məhkəmənin qəti qərarı qarşısında indi hansı "qəhrəmanlığı" uyduracaqlar?

Şəmsi Qoca,

şair-publisist, Qərbi Azərbaycan İcması

Mərkəzi Aparatının elmi işçisi

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar 

Sürücülər bu gün ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar."Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) rəsmisi Rüfət Əmiraslanov Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib."Düşünürəm ki, bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Sürücülər bilməlidirlər ki, hər hansı ehtiyat hissəsini alanda onun fəsadları hansı formada baş verə bilər. Yəqin ki, hamımız görmüşük və bilirik ki, son vaxtlar avtomobillərin sırf texniki nasazlıq səbəbindən baş vermiş nəqliyyat qəzalarının fəsadları necə ağır olur. Sürücülər orijinal olmayan saxta malların birbaşa onların həyatına, yəni ölümünə və yaxud ağır yaralanmasına gətirib çıxara biləcəyini dərk etməlidirlər. Bu baxımdan,...

13 İyul 2026, 15:47

Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb 

Prezident İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:#ShushaGlobalMediaForum pic.twitter.com/a2NzqE4Twd— İlham Əliyev (@azpresident) July 13, 2026

13 İyul 2026, 15:15

ÜGT-nin Baş katibi Azərbaycana səfər edib

İyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Saunders Azərbaycana səfərə gəlib.Citypost.az xəbər verir ki, Dövlət Gömrük Komitəsində İan Saunderslə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, əlaqələrin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Baş katibə son dövrərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.Baş katib İan Saunders Dövlət Gömrük Komtəsində gömrük əməkdaşları ilə görüşüb, onlar qarşısında çıxış edərək gömrük işinin inkişafı istiqamətində tətbiq edilən yeni yanaşmalar, müasir çağırışlardan bəhs edib, Ümumdünya Gömrük...

13 İyul 2026, 14:50

Naibə Allahverdiyevanın adından DƏLƏDUZLUQ 

Xalq artisti Naibə Allahverdiyeva onun adından dələduzluq edildiyini açıqlayıb.Citypost.az Redaktor.az-a istinadən xəbər verir ki, aktrisa naməlum şəxslərin süni intellekt vasitəsilə onun səsini təqlid edərək insanlardan kart məlumatlarını əldə etməyə çalışdıqlarını bildirib:"Məni tanıyanlar, dostlarım və qonşularım, diqqətli olun. Bir-iki saat əvvəl aktrisa həmkarlarımdan biri mənə zəng vurdu və dedi ki, guya vatsap vasitəsilə ona yazmışam. Mesajda deyilirdi ki, hansısa mağazanın 22 illik yubileyi münasibətilə dost siyahısında olan insanlara 500-1000 manat hədiyyə edilir. Bunun üçün də mənim adımdan kart məlumatları istənilir. Hətta səsimdən də istifadə ediblər. Süni intellekt vasitəsilə səsimi hazırlayıb göndəriblər. Mənim isə bundan heç bir xəbərim yoxdur. Bəxtəvər başıma, 500...

13 İyul 2026, 14:00

Parlament sabah növbədənkənar sessiyaya yekun vuracaq

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası 14 iyulda keçiriləcək.Citypost.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

13 İyul 2026, 13:36

Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq.Bu barədə Citypost.az  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 24-29° isti olacaq....

13 İyul 2026, 12:54