Özbəkistanda beynəlxalq forumda Allahşükür Paşazadənin kitabı təqdim olunub
Cəmiyyət 09 İyul 2026, 09:20
365
Özbəkistanda I Beynəlxalq İslam Sivilizasiyası Forumunun ikinci günündə - yeni kitabların təqdimatı panelində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin müəllifi olduğu, Azərbaycan və özbək dillərində çap olunmuş "Qardaşlıq və müttəfiqliyin zirvəsi" adlı kitab-albomun təqdimat mərasimi keçirilib.
QMİ-nin Mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, İslam Sivilizasiyası Mərkəzində baş tutan paneldə ICESCO-nun baş direktoru Salim Əl-Malik, IRCICA-nın baş direktoru Mahmut Erol Kılıç və digər rəsmi şəxslər iştirak ediblər.
"Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" adlı kitab-albom Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud qardaşlıq münasibətləri, müttəfiqlik zirvəsinə yüksəlmiş dövlətlərarası münasibətlərin mənəvi əlaqələrimizin inkişafına töhfələri əks olunub.
Azərbaycan Prezidentinin İslam dininin müqəddəs dəyərlərinə, xalqımızın dini-mənəvi irsinə ali diqqət və qayğısı, beynəlxalq müstəvidə İslam həmrəyliyi ideyalarını fəal müdafiə etmək səylərinizə görə duyduğu qürur və minnətdarlıq hissi, Özbəkistan Prezidentinin ali mənəvi dəyərlərə, İslami irsimizə böyük ehtiramı və bu istiqamətdə dünyaya örnək olan fəaliyyətlərini işıqlandırmaq məqsədi daşıyan "Qardaşlıq və Müttəfiqliyin Zirvəsi"adlı kitab-albom 216 səhifədən ibarətdir və "Azərbaycan Nəşriyyatı"nda nəfis şəkildə çap olunub.
Kitabda Azərbaycanda və Özbəkistanda baş tutan səmimi görüşlər, müxtəlif dövrlərdə A.Paşazadənin Azərbaycan və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, konfrans materialları, məktub və məruzələri və fotoşəkillər ehtiva olunur.
Həmçinin oxuyun
A.Paşazadə kitabın Forumda təqdimat mərasimində çıxış edib: "Doğma yurdum Azərbaycanla ikinci vətənim Özbəkistan arasında əbədi qardaşlıq əlaqələrinə ithaf etdiyimiz "Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" adlı nəşrin təqdimat mərasimində sizlərlə bir araya gəlməkdən böyük şərəf duyuram. İki dildə - Azərbaycan və özbək dillərində işıq üzü görən "Qardaşlıq və Müttəfiqliyin Zirvəsi" kitab-albomu iki qardaş xalq, müttəfiq dövlətlərin ən yeni tarixində qüdrətli dövlət rəhbərlərinin səyləri və müdrik addımları sayəsində siyasi müttəfiqlik zirvəsinə yüksəlmiş münasibətlər dönəmində mədəni-mənəvi əlaqələrin, dini dəyərlərin inkişafını əks etdirmək məramı daşıyır.
Özbəkistanla Azərbaycanın əsrlərə dayanan ortaq tarixində bu gün möhtəşəm dövr yaşanır. Mədəniyyətlərarası dialoqa dair 18 illik tarixə malik Bakı Prosesinin müəllifi, İslam Həmrəyliyi və insan qardaşlığı ideyalarının qlobal müstəvidə təşəbbüskarı və ardıcıl müdafiəçisi, İslamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin səyləri hər birimiz üçün fəxr mənbəyidir. Bu gün Mərkəzi Asiyasının mənəvi mərkəzi statusunu daşıyan Özbəkistanın dini dözümsüzlüyə, İslamofobiyaya qarşı İslam dünyasının manifestini BMT tribunasından təqdim edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səy və əməlləri ilə qürur duyuruq".
I Beynəlxalq İslam Forumunun Daşkənddə bağlanış mərasimində A.Paşazadəyə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi hədiyyəsi və Forum adından hədiyyə təqdim olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lənkəran və Yevlaxda külli miqdarda narkotik aşkarlanıb
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Yevlaxda əməliyyat keçirilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, əməliyyatlarla əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib...
09 İyul 2026, 10:21
Ülviyyə Həmzəyeva Xalq artisti Şirzad Abutalıbovu təbrik edib
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovnun doğum günü münasibətilə paylaşım edib.Deputat paylaşımında Şirzad Abutalıbovu ürəkdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.Ülviyyə Həmzəyeva bildirib ki, 1959-cu ildə Naxçıvan şəhərində anadan olan Şirzad Abutalıbov uzun illərdir Azərbaycan teatr sənətinin inkişafına dəyərli töhfələr verir. O, 1976-cı ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərir, teatr səhnəsində müxtəlif klassik və müasir əsərlərdə yaddaqalan obrazlar yaradıb. Şirzad Abutalıbov həmçinin Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifələrində çalışıb.Deputat qeyd edib ki, sənətkarın teatr sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib....
09 İyul 2026, 10:09
XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib
9 iyul - Diplomatik Xidmət Orqanları əməkdaşlarının Peşə Bayramı münasibətilə Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.Citypost.az xəbər verir ki, məzarın üzərinə əklil qoyulub, Ümummilli Liderin ruhu ehtiramla yad edilib.Daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə güllər düzülüb.
09 İyul 2026, 09:58
"Zeytun" aptekləri cərimələndi
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Zeytun Pharmaceuticals" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən protokol tərtib edib.Citypost.az xəbər verir ki, şirkət “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7. maddəsini pozub. Belə ki, "Zeytun Pharmaceuticals" MMC dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər 1 000 - 1 500 manat, hüquqi şəxslər 3 -...
09 İyul 2026, 09:35
Niyazi Bayramov vətəndaşlarla görüşdü
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fizika, riyaziyyat və informatika təmayüllü liseydə sakinlərlə görüşüb. Citypost.az xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.Vətəndaşların müraciətləri sırasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sair məsələlər yer alıb.Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq...
09 İyul 2026, 08:35
Cəlilabadda beş küçəyə şəhidlərin adı verilib
Cəlilabadda beş küçəyə şəhidlərin adı verilib.Citypost.az “report.az”a istinadla xəbər verir ki, bununla bağlı müvafiq işlər yekunlaşdırılıb və şəhidlərin adını daşıyan küçələrdə yeni lövhələr quraşdırılıb.Bu küçələr artıq şəhid Camal Əliyev, şəhid İlqar Zeynalov, şəhid Mirağa Qasımov, şəhid Zeynal İsmiyev və şəhid Elgün Şükürovun adlarını daşıyacaq.Qeyd edək ki, küçələrə Vətən uğrunda canından keçən şəhidlərin adlarının verilməsi onların xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
09 İyul 2026, 08:08