Bizə yazın

Baku

-°C

USD

-

300-dən çox vətəndaşı aldadan “Any Unboxing” şəbəkəsi ifşa olundu

Cəmiyyət 08 İyul 2026, 19:00

460

Son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.

Citypost.az-ın məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb ediblər. Sxemə qoşulan şəxslərə isə müxtəlif məbləğlər müqabilində virtual qutular satılıb. Onlara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan vədlər verilib. Vətəndaşların bu proses zamanı qazandıqları virtual maliyyə vəsaitləri “Any Unboxing” tətbiqində onlar üçün yaradılmış profil hesablarında əks olunsa da, reallıqda həmin gəlirlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb. Bundan başqa, platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonusların veriləcəyi də vəd olunub. Bu yolla təxminən 300 nəfərdən artıq vətəndaş “Any Unboxing” onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları 38 yaşlı Lee Kai Fatt, 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil edilib. Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva, həmçinin 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib. Əməliyyatın davamı olaraq R.Sivadass, A.Musayeva və S.Məmmədov saxlanılıb. Adı çəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.

İş üzrə aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxslərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq gedişi zamanı zərərçəkmişlərin sayının və onlara dəymiş maddi ziyanın məbləğinin artacağı istisna olunmur.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Sivadass, A.Musayeva və S.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Araşdırmalar davam etdirilir. 

Bir daha vətəndaşları onlayn platformalarda qarşılaşdıqları və heç bir iqtisadi əsası olmayan piramida dələduzluq sxemlərinə, həmçinin “Any Unboxing” tipli saxta qazanc vəd edən onlayn tətbiqlərə inanmamağa çağırırıq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Türkiyə zərərvericilərlə mübarizə məqsədilə Azərbaycana 20 min arı göndərib

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qara dəniz Kənd Təsərrüfatı Tədqiqatı İnstitutunda yetişdirilən 20 min “samuray arısı” zərərvericilərə qarşı mübarizəni yaxşılaşdırmaq məqsədilə ölkəmizin Zaqatala və Balakən rayonlarında vəhşi təbiətə buraxılıb.AZƏRTAC xəbər verir ki, Türkiyənin bir qrup kənd təsərrüfatı mühəndisi də bu arı növünün laboratoriya şəraitində yetişdirilməsi üzrə Azərbaycanda təlim kursları təşkil edib.İnstitut zərərvericilərə qarşı mübarizə üçün bioloji metodların geniş tətbiqi də daxil olmaqla Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayıb....

08 İyul 2026, 19:23

Azərbaycan və Özbəkistan dini sahədə əlaqələri genişləndirir

Birinci Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak məqsədilə Daşkənddə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının Dini və Maarifçilik Məsələləri şöbəsinin müdiri Müzəffər Kamilov ilə görüşüb.Dövlət Komitəsindən Citypost.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Özbəkistanın strateji tərəfdaşlıq münasibətlərinin hər iki ölkə rəhbərinin siyasi iradəsi və ardıcıl səyləri nəticəsində dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkə arasında bütün istiqmətlərdə olduğu kimi, dini sahədə də əlaqələr genişlənir və qarşılıqlı etimada, ortaq tarixi-mədəni dəyərlərə əsaslanan bu münasibətlər nümunəvi xarakter daşıyır.Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət...

08 İyul 2026, 19:15

HHQ və XTQ komandanları təltif olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir qrup hərbi qulluqçunu təltif edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif olunublar.

08 İyul 2026, 18:33

Britaniya səfiri: Şirkətlərimiz Azərbaycan üçün etibarlı tərəfdaşdır

Britaniya şirkətləri Azərbaycan üçün etibarlı tərəfdaşdırlar.Cityppst.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman sosial şəbəkə hesabında paylaşım edib."Britaniya şirkətləri Azərbaycan üçün etibarlı tərəfdaşdırlar. Onların gətirdikləri investisiya, təcrübə və innovasiya iqtisadi artımı, inkişafı və müasir infrastrukturu dəstəkləyir", - o vurğulayıb.D. Norman "JCB" şirkətinin mühəndislik sahəsindəki fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək, bu təcrübənin onun üçün maraqlı olduğunu qeyd edib....

08 İyul 2026, 18:12

Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlığa dair protokol imzalayıb 

Azərbaycan və Türkmənistan arasında iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.Citypost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.O bildirib ki, Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Azərbyacan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib."Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsünü vurğuladıq. İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet...

08 İyul 2026, 17:28

İntizam pozuntularına görə 2 vəkilə töhmət verilib

İntizam pozuntularına görə 2 vəkilə töhmət verilib, 1 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 4 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.Bu barədə Citypost.az-a Vəkillər Kollegiyasından məlumat verilib.Bildirilib ki, bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib.İclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa olunması, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad...

08 İyul 2026, 17:20