Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Türkmənistan iqtisadi əməkdaşlığa dair protokol imzalayıb 

Cəmiyyət 08 İyul 2026, 17:28

453

Azərbaycan və Türkmənistan arasında iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.

Citypost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O bildirib ki, Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, Azərbyacan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədri Nökərqulı Ataqulıyevlə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib.

"Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsünü vurğuladıq. İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzaladıq",- deyə nazir qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

HHQ və XTQ komandanları təltif olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir qrup hərbi qulluqçunu təltif edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif olunublar.

08 İyul 2026, 18:33

Britaniya səfiri: Şirkətlərimiz Azərbaycan üçün etibarlı tərəfdaşdır

Britaniya şirkətləri Azərbaycan üçün etibarlı tərəfdaşdırlar.Cityppst.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman sosial şəbəkə hesabında paylaşım edib."Britaniya şirkətləri Azərbaycan üçün etibarlı tərəfdaşdırlar. Onların gətirdikləri investisiya, təcrübə və innovasiya iqtisadi artımı, inkişafı və müasir infrastrukturu dəstəkləyir", - o vurğulayıb.D. Norman "JCB" şirkətinin mühəndislik sahəsindəki fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək, bu təcrübənin onun üçün maraqlı olduğunu qeyd edib....

08 İyul 2026, 18:12

İntizam pozuntularına görə 2 vəkilə töhmət verilib

İntizam pozuntularına görə 2 vəkilə töhmət verilib, 1 vəkil barəsində cərimə tədbiri tətbiq olunub və 4 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə riayət etməsi diqqətə çatdırılıb.Bu barədə Citypost.az-a Vəkillər Kollegiyasından məlumat verilib.Bildirilib ki, bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, görülən işlər və qarşıda duran əsas vəzifələr barədə ətraflı məlumat verib.İclasın gündəliyinə uyğun olaraq bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğunda fəaliyyətlərinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətlərinin bərpa olunması, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad...

08 İyul 2026, 17:20

Mingəçevirdə qanunsuz pivə sexi aşkarlandı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Mingəçevir şəhərində qanunsuz pivə istehsalı ilə məşğul olan istehsal obyektini aşkarlayıb.Citypost.az bu barədə DVX-yə istinadən xəbər verir.DVX-dən bildirilib ki, Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin apardığı təhlil və monitorinqlər zamanı Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 1 ünvanında yerləşən istehsal obyektində rəsmi uçotdan kənar pivə istehsalının təşkili və məhsulun qeyri-rəsmi dövriyyəyə çıxarılması ilə bağlı əsaslı şübhələr yaranıb.Təyin olunmuş operativ nəzarət tədbiri zamanı həmin ünvanda fəaliyyət göstərən fərdi sahibkar Tağıyev Xəyyam Aydın oğlunun təsərrüfat subyektini vergi orqanlarında uçota almadan fəaliyyət göstərdiyi müəyyən edilib.Yoxlama zamanı istehsal sahəsində və müxtəlif anbarlarda ümumilikdə 198 min litr...

08 İyul 2026, 17:08

"Qarabağ" – "Vestri": Metro gücləndirilmiş rejimdə çalışacaq

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun iyulun 9-da T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.Bu barədə Citypost.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28...

08 İyul 2026, 16:11

Azərbaycanla Əlcəzair arasında Birgə Komissiyanın tərkibi təsdiqlənib 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalayıb.APA xəbər verir ki, Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilib:Komissiyanın həmsədriAzərbaycan Respublikasının energetika naziriKomissiyanın üzvləriAzərbaycan Respublikası xarici işlər nazirinin müaviniAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müaviniAzərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniAzərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müaviniAzərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müaviniAzərbaycan Respublikası elm və təhsil nazirinin müaviniAzərbaycan Respublikası mədəniyyət nazirinin müaviniAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiƏlət azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədriAzərbaycan Respublikasının Əlcəzair Xalq...

08 İyul 2026, 15:28