Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi
Cəmiyyət 13 İyul 2026, 19:28
446
Azərbaycanda 15 qurumun kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə yeni platformanın alınması üçün 2,2 milyon manat vəsait ayrılıb.
Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi açıq tender elan edib.
Məlumata görə, kibertəhlükəsizlik tədbirlərinin effektivliyinin qiymətləndirilməsi və avtomatlaşdırılmış validasiyası platformasının satın alınması üçün ehtimal olunan qiymət 2 milyon 212 min 915,95 manatdır.
Həmçinin oxuyun
Tender sənədinə əsasən, platforma dövlət qurumlarının kibermüdafiə sistemlərini real hücum ssenariləri əsasında avtomatlaşdırılmış şəkildə yoxlamalı, şəbəkə, son nöqtə (endpoint), e-poçt, veb tətbiqlər və bulud mühitlərində təhlükəsizlik nəzarətlərinin effektivliyini qiymətləndirməlidir.
Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi avqustun 7-nə təyin olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirdə ölkəmizdə həyata keçirilən ordu quruculuğuna həsr olunmuş videoçarx nümayiş etdirilib.Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək gənc leytenantları bu əlamətdar gün münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, gələcək xidməti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlardan danışan rektor hərbi qulluqçuların peşəkar inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb. Gənc zabitlərin təhsil müddətində əldə etdikləri...
13 İyul 2026, 19:20
ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini keçib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini keçib.Citypost.az xəbər verir ki, bu barədə QSC-nin Mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, iki aydır ki, Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış SİMA Pay üztanıma ödəniş sistemi gündəlik turniket keçidlərində yeni təcrübə yaradır."İctimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq edilən bu rəqəmsal həll artıq 9 mindən çox sərnişin üçün cəmi iki saniyəyə rahat və təhlükəsiz səfərləri əlçatan edir",-deyə məlumatda bildirilib.Qeyd edək ki, may ayının 15-dən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.Sərnişinlər “ADY Mobile”...
13 İyul 2026, 18:55
Ötən il Azərbaycanda 3,6 mln. video "TikTok"dan silinib
"Azərbaycanda bu ilin ilk yarısında "TikTok"da qaydaları pozduğu müəyyən edilən 600 mindən çox video platformadan silinib".Citypost.az xəbər verir ki, bunu “TikTok”un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.Onun sözlərinə görə, ötən il Azərbaycanda platforma qaydalarının pozulmasına görə ümumilikdə 3,6 milyon video "TikTok"dan silinib.Ryan bildirib ki, platformada məzmunun moderasiyasında süni intellektdən geniş istifadə olunur."Hazırda moderasiya edilən məzmunun 60 faizdən çoxu süni intellekt texnologiyalarının köməyi ilə aşkarlanır və qiymətləndirilir", – o qeyd edib....
13 İyul 2026, 18:45
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş).2. “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. “Kraudfandinq haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və...
13 İyul 2026, 18:15
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
13 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Yan Sanders ilə görüş keçirib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə olunub.Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizdə gömrük sahəsində həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi...
13 İyul 2026, 18:06
Azərbaycan avarçəkəni Litvada gümüş medal qazanıb
Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Azər İlyasov Litvanın Şaulyay şəhərində keçirilən açıq Litva çempionatında gümüş medal qazanıb.Federasiyadan Citypost.az-a bildirilib ki, hazırda Litvada təlim-məşq toplanışında olan idmançının iştirak etdiyi yarışda yerli avarçəkənlərlə yanaşı, ABŞ, İsveçrə və İsrail təmsilçiləri də mübarizə aparıblar.Azər İlyasov 15 iştirakçının yer aldığı yarımfinal mərhələsini uğurla adlayaraq A finalına vəsiqə qazanıb. Yağışlı və küləkli hava şəraitində keçirilən həlledici yürüşdə təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edib. O, yalnız ev sahibi ölkənin idmançısından geri qalaraq yarışı ikinci pillədə başa vurub və gümüş medala sahib çıxıb....
13 İyul 2026, 17:50