Bizə yazın

Baku

-°C

USD

-

970 qram civə aşkarlanıb: iki nəfər saxlanılıb

Hadisə 13 İyul 2026, 13:15

413

Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıblar.

City xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə naməlum şəxslərin satışı qadağan edilən zəhərli kimyəvi maddə hesab olunan civəni satmaq istəmələri barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbirlərlə nəticəsində həmin şəxslər – İ.Yusifov və M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onlardan ümumilikdə 970 qram ağır metal olan civə aşkar edilərək götürülüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İ.Yusifov və M.Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar və onlara həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ödəmə terminalından oğurluq edənlər saxlanıldı

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib.Citypost.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar 33 yaşlı Eldar Zeynalov və 30 yaşlı Tahib Əmiraslanov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla məlum olub ki, onlar gecə saatlarında rayonun 28 May qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3 min manatdan artıq vəsaiti talayıblar. Saxlanılan şəxslərin törətdikləri oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.Araşdırmalar davam etdirilir....

13 İyul 2026, 13:00

İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğulub 

İsmayıllıda bədbəxt hadisə baş verib.Citypost.az  hadisə rayonun Talıstan kəndiində qeydə alınıb. Belə ki, 5 yaşlı oğlan uşağı İsmayıllı rayonu Talıstan kəndində yerləşən evin hovuzunda boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.

13 İyul 2026, 10:35

Qubada keçmiş məhkum silahla saxlanılıb 

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Əli Ağabəyov saxlanılıb.Citypost.az xəbər verir ki, onun üzərindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ə.Ağabəyovun barəsində həbs qətimkan tədbiri seçilib.

13 İyul 2026, 10:32

Xaçmazda avtomobil gölə düşüb

Xaçmaz rayonunun Ağyazı Buduq kəndində yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, "Opel" markalı minik avtomobili idarəetməni itirərək gölə düşüb.İlkin məlumata görə, sürücü ölüb.Faktla bağlı araşdırma aparılır.

11 İyul 2026, 13:20

Bakıda məktəbin həyətində bıçaqlanma oldu

Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb.Citypost.az  Teleqrafa-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır

11 İyul 2026, 09:11

Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb

Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb.Citypost.az xəbər  verir, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.

10 İyul 2026, 22:00