Əli Əsədov Rusiyanın səhiyyə naziri Muraşko ilə görüşüb
Cəmiyyət 13 İyul 2026, 16:56
421
Bu gün Baş nazir Əli Əsədov Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.
Bu barədə Citypost.az Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti vurğulanıb.
Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri kimi dəyərləndirilib.
Həmçinin oxuyun
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində qarşılıqlı faydalı əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Səhiyyə naziri Teymur Musayev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko və universitetin Bakı filialının rektoru Əziz Əliyev görüşdə iştirak ediblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
13 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Yan Sanders ilə görüş keçirib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, beynəlxalq ticarətin asanlaşdırılması, sərhəd təhlükəsizliyi, gömrük sistemlərinin rəqəmsallaşdırılması, qanunsuz ticarətə qarşı mübarizə, təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi və gömrük sahəsində potensialın artırılması məsələləri müzakirə olunub.Nazir Ceyhun Bayramov Azərbaycanın ÜGT ilə səmərəli əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, ölkəmizdə gömrük sahəsində həyata keçirilən islahatlar, tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi...
13 İyul 2026, 18:06
Azərbaycan avarçəkəni Litvada gümüş medal qazanıb
Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Azər İlyasov Litvanın Şaulyay şəhərində keçirilən açıq Litva çempionatında gümüş medal qazanıb.Federasiyadan Citypost.az-a bildirilib ki, hazırda Litvada təlim-məşq toplanışında olan idmançının iştirak etdiyi yarışda yerli avarçəkənlərlə yanaşı, ABŞ, İsveçrə və İsrail təmsilçiləri də mübarizə aparıblar.Azər İlyasov 15 iştirakçının yer aldığı yarımfinal mərhələsini uğurla adlayaraq A finalına vəsiqə qazanıb. Yağışlı və küləkli hava şəraitində keçirilən həlledici yürüşdə təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edib. O, yalnız ev sahibi ölkənin idmançısından geri qalaraq yarışı ikinci pillədə başa vurub və gümüş medala sahib çıxıb....
13 İyul 2026, 17:50
Vüqar Rəhimzadə: Şuşa qlobal media mərkəzinə çevrilib
Şuşa Qlobal Media Forumu: Yeni çağırışların, dünya gündəminin müzakirəsi üçün nüfuzlu platforma44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirlərinin nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı reallıqlardan, qürurverici hadisələrimizdən biri təbii ki, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi, siyasi, humatitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olması, müxtəlif sahələr üzrə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsidir. Bu məqamı da xüsusi vurğulamaq lazımdır ki, bir çox hallarda tədbirlərin keçirilməsi üçün paytaxt Bakı şəhəri nəzərdə tutulsa da iştirakçıların azad edilmiş ərazilərimizə səfərləri təşkil edilir, onlar bu torpaqlarda görülən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar. Prezident İlham Əliyevin...
13 İyul 2026, 17:43
Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Suriya Ərəb Respublikasının informasiya naziri Xalid Favaz Zaarur və nazirin rəqəmsal media işləri üzrə müavini Məhəmməd Tafran ilə görüşüb.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ölkələrimizin əlaqələrinin inkişafında iki ölkənin liderlərinin görüşlərinin və Suriya Prezidentinin Azərbaycana səfərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Həmçinin ölkələrimizin informasiya və media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.Hikmət Hacıyev Suriyanın informasiya nazirinə Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib. O deyib...
13 İyul 2026, 17:13
Azərbaycanlı ekspert Eqmont Qrupunun sədr müavini seçildi
Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi Arzu Xəlilova Eqmont Qrupunun “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun sədr müavini seçilib.Bu barədə Citypost.az-a Xidmətdən bildirilib. Qeyd edilib ki, o, bu vəzifəyə Eqmont Qrupunun 5–10 iyul 2026-cı il tarixlərində Bakıda keçirilən 32-ci plenar iclası və işçi qruplarının görüşləri çərçivəsində seçilib.Eqmont Qrupu çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə kəşfiyyatı orqanları arasında əməkdaşlığı təmin edən beynəlxalq platformadır və hazırda 186 ölkənin maliyyə kəşfiyyatı orqanını birləşdirir.Qeyd edək ki, Arzu Xəlilova Eqmont Qrupunun “Üzvlük, Dəstək və Uyğunluq üzrə İşçi Qrupu”nda fəal iştirak etmiş, Sierra Leone, Konqo Demokratik Respublikası və...
13 İyul 2026, 17:00
Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-i saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək. Citypost.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula iyulun 16-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. Qəbul mərkəzi icra hakimiyyəti orqanları...
13 İyul 2026, 16:00