Prezident: SOCAR-dan Özbəkistanda yaxın vaxtda müjdə gözləyirik
Cəmiyyət 13 İyul 2026, 12:05
390
Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır.
Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Özbəkistan Prezidenti Şavkat Miromonoviç mənim aramda olan şəxsi dostluğumuz münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Qarabağın bərpasında bizə birinci yardım edən Özbəkistan Prezidenti olub. Füzuli şəhərində Mirzə Uluqbəy adına gözəl və böyük məktəb inşa edilib, Şavkat Miromonoviçlə birlikdə o məktəbin açılışını həyata keçirdik. Ondan sonra, digər qardaş dövlətlər bizə hədiyyələr ediblər. Qazaxıstan, Qırğızıstan, Türkmənistan. Amma birinci yardım məhz Özbəkistandan gəlib. Hər dəfə Özbəkistanda olanda bir daha əmin oluram ki, xalqlarımız nə qədər bir-birinə yaxındır, bir-birinə bağlıdır. Yazılı sözləri görəndə, heç bir tərcüməyə ehtiyac olmur. Dillərimiz bir-birinə çox bənzəyir. Təbii ki, tələffüzdə bir qədər fərq var, amma prinsipcə hər şey anlaşılır. Çox böyük tarixi əlaqələrimiz bizi birləşdirir. Özbəkistanla əlaqələrin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Onu da bildirməliyəm ki, Özbəkistan təkcə məktəblə öz qardaşlıq missiyasını yekunlaşdırmayıb. Xankəndi şəhərində birinci böyük sənaye müəssisəsi – tikiş fabriki Özbəkistan sərmayəsi hesabına açıldı və yenə də hörmətli Prezident Mirziyoyevlə o fabrikin açılışını həyata keçirmişik. Bir çox iqtisadi sənaye layihələri icra edilir. Biz birgə sərmayə fondu yaratdıq. 500 milyon dollar dəyərində investisiya fondu həm Azərbaycanda, həm Özbəkistanda müxtəlif layihələrin icrası ilə məşğuldur. Bu gün Azərbaycan neft şirkəti SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və ümid edirəm ki, yaxın gələcəkdə bizə müjdə verəcəklər”, - dövlət başçısı qeyd edib.
Həmçinin oxuyun
Azərbaycan Prezidentinin sözlərinə görə, çünki bu gün enerji təhlükəsizliyi məsələləri, xüsusilə qaz təchizatı bir çox ölkələr üçün önəmlidir: “Ümid edirəm ki, Üstyurd yatağındakı kəşfiyyat işləri yaxşı nəticə ilə başa çatacaq. O ki qaldı Azərbaycan-Mərkəzi Asiya formatına. Burada da Prezident Mirziyoyevin xüsusi rolu var. Azərbaycan artıq tamhüquqlu üzv kimi bu məşvərət şurasına qoşuldu. İki dəfə mən fəxri qonaq qismində zirvə görüşlərinə dəvət edilmişdim. Son dəfə isə artıq Azərbaycan+Mərkəzi Asiya vahid Məşvərət Şurası yaradılıb və bu bizi çox qürurlandırır, çox sevindirir. Bu, unikal bir hadisədir. Çünki coğrafi nöqteyi-nəzərdən Cənubi Qafqazda yerləşirik, amma mədəni, tarixi, etnik əlaqələr o qədər güclü və siyasi əlaqələr o qədər çoxşaxəlidir ki, dost Mərkəzi Asiya ölkələri bizi qəbul etməyə qərar verdilər. Bu geosiyasi və geoiqtisadi əlaqələrə də müsbət təsir göstərəcək. Beləliklə, Mərkəzi Asiya Azərbaycanla vahid bir iqtisadi və siyasi məkanda birləşir. Eyni zamanda bağlantılar, nəqliyyat-logistika layihələrinin icrası istiqamətində bunun çox böyük mənası var. Əlbəttə, Prezident Mirziyoyevin uzaqgörənliyi və strateji baxışları burada çox önəmli rol oynayıb. Fürsətdən istifadə edib özbək qardaşlarımızı uğurları münasibətilə təbrik etmək istəyirəm. Mən tez-tez Özbəkistanda oluram, yəqin ki, bu il də olacağam. Hər dəfə orada olanda, yenilikləri görəndə çox sevinirəm. Bilirəm ki, qardaş Özbəkistan xalqı Prezident Mirziyoyevin rəhbərliyi ilə inamla irəliləyir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Parlament sabah növbədənkənar sessiyaya yekun vuracaq
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası 14 iyulda keçiriləcək.Citypost.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
13 İyul 2026, 13:36
Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-18° isti, gündüz 24-29° isti olacaq....
13 İyul 2026, 12:54
Jurnalist: Çimərliklərdə xəbərdarlıq lövhələri qoyulsun
Dənizdə son vaxtlar baş verən boğulma hadisələri yenidən çimərliklərdə təhlükəsizlik məsələsini gündəmə gətirib.Citypost.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən jurnalist Ülkər Abdullayeva bildirib ki, sahilə yaxın ərazilərdə dəniz qumunun qazılması nəticəsində yaranan çuxurlar insanlar üçün ciddi təhlükə yaradır.Onun sözlərinə görə, bu cür çuxurlar dənizə girən şəxsləri qəfil yaxalayır və faciə ilə nəticələnə bilər. Jurnalist qeyd edib ki, bu təhlükə ilə ötən gün həmkarlarından biri də üzləşib və ölüm təhlükəsindən son anda xilas olub.Ülkər Abdullayeva hesab edir ki, tikinti məqsədilə dəniz qumundan istifadə olunsa da, insanların təhlükəsizliyi prioritet olmalıdır. O vurğulayıb ki, təhlükəli ərazilərdə xəbərdarlıq lövhələri quraşdırılmalı, vətəndaşlar əvvəlcədən...
13 İyul 2026, 11:35
Deputatdan mənəvi dəyərlərlə bağlı ÇAĞIRIŞ
Təəssüf ki, bu gün dünyada müşahidə etdiyimiz bir çox mənəvi problemlərin əsas səbəblərindən biri də xoşbəxtliyin yalnız maddi imkanlarla ölçülməsi düşüncəsidir.Bir daha vurğulamaq istəyirəm: pul hər şey deyil. Bəli, pul insanın əsas ehtiyaclarını qarşılamaq üçün vacibdir və həyatımızda mühüm rol oynayır. Lakin əsl xoşbəxtliyi, saf sevgini, mərhəməti, səmimiyyəti, etibarı, vicdan rahatlığını və mənəvi zənginliyi pulla almaq mümkün deyil.Ona görə də çalışın ki, təkcə maddi deyil, mənəvi baxımdan da zənginləşəsiniz. Öz bilik və dünyagörüşünüzü artırın, yaxşı əməllər edin, insanlara faydalı olun və milli-mənəvi dəyərlərinizi daim qoruyun. İnsan məhz mənəvi keyfiyyətləri ilə kamilləşir və cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilir.Unutmayın ki, həqiqi zənginlik...
13 İyul 2026, 11:29
Azərbaycan lideri Monteneqro Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,13 İyul – Dövlətçilik Günü münasibətilə Sizi və Monteneqro xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.Xoş ənənələr üzərində qurulan Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər istiqamətlər üzrə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monteneqro arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da...
13 İyul 2026, 11:19
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb.APA xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.
13 İyul 2026, 11:04