Zahid Oruc: “Torpaq məsələsində yeni mərhələ başlayır”
Siyasət 13 İyul 2026, 13:42
2242
Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın mülkiyyət hüquqlarının qorunması, daşınmaz əmlakın elektron reyestrinin yaradılması, qiymətləndirmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və şəffaflığın artırılması istiqamətində mühüm qərarlar qəbul olunur.
Bu sözləri Citypost.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.
Zahid Oruc bildirib ki, ikinci oxunuşda müzakirəyə təqdim olunan qanun layihəsi dövlət mülkiyyətində olan əmlakın (o cümlədən, dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsaslarını yaradır.
Onun sözlərinə görə, həm Torpaq Məcəlləsinə təklif olunan 90-cı maddənin 1.1-ci hissəsi, həm də Mülki Məcəlləyə irəli sürülən 155.5-ci əlavəyə görə dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanları yaranır.
Zahid Oruc qeyd edib ki, müzakirə olunan layihənin aktuallığını təsdiqləyən ən mühüm göstərici ƏMDX-nin rəsmi statistikasıdır.
“Quruma 2025-ci il ərzində 10877.62 ha torpaq sahəsinin kateqoriyasının və məqsədli istifadə təyinatının dəyişdirilməsi ilə bağlı 734 müraciət daxil olub. Yalnız 11 müraciət üzrə 225.60 ha torpaq sahəsinin kateqoriyası Nazirlər Kabinetinin sərəncamı ilə dəyişdirilib”, – deyə deputat bildirib.
O vurğulayıb ki, dövlət torpaqları ilə xüsusi mülkiyyətdə olan torpaq və əmlakın qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi sosial ədaləti və iqtisadi səmərəliliyi təmin edəcək.
“Nəticədə, daşınmaz əmlak bazarında likvidlik artacaq, bank sektorunun girov bazası genişlənəcək, sahibkarların investisiya imkanları artacaq, vergi bazası genişlənəcək, nəhayət, məhkəmələr böyük yükdən azad olur”, – Zahid Oruc qeyd edib.
Deputat bildirib ki, güclü dövlət, ilk növbədə, vətəndaşların hüququnu iqtisadi dəyərə çevirə biləndir.
“İnsanlar illərlə zəhmət çəkərək ev tikirsə, istehsal sahəsi yaradırsa, vergi ödəyirsə, yeni iş yerləri yaradırsa, lakin həmin əmlakı hüquqi baxımdan rəsmiləşdirə bilmirsə, təkcə fərd və ya ailə ziyan çəkmir, iqtisadiyyat da itirir”, – deyə o bildirib.
Zahid Oruc tanınmış iqtisadçı Hernando de Sotoya istinad edərək qeyd edib ki, kapitalın ən böyük düşməni hüquqi qeyri-müəyyənlikdir.
“Əgər on minlərlə insanın malik olduğu torpaq və əmlak hüquqi cəhətdən tanınmırsa, "ölü kapitala" çevrilir. O, nə bank üçün girov olur, nə investisiya cəlb edir, nə də iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilir”, – deputat vurğulayıb.
O bildirib ki, 2023-cü ildə imzalanan "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman cəmiyyətdə təsadüfən "əmlak amnistiyası" kimi qiymətləndirilmədi.
“Onun əsas məqsədi təhlükəsizlik tələblərinə cavab verən, lakin tam rəsmiləşməmiş obyektlərin iqtisadi dövriyyəyə qaytarılması, sahibkarların və vətəndaşların əmlak hüquqlarının tanınması idi”, – deyə o qeyd edib.
Həmçinin oxuyun
Deputatın sözlərinə görə, ƏMDX-nin məlumatı göstərir ki, 2025-ci ilin oktyabr ayınadək cəmi 18 523 müraciət daxil olub, 4 956 obyektin istismarına icazə verilib, 3 931 obyekt dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla təmin edilib.
“Rəqəmlər nəzərdə tutulan 43 min qeyri-yaşayış obyektinin hələ də yarısının rəsmi orqanlara müraciət etmədiyini, yalnız 10 faizinin hüquqi aktlarla təmin olunduğunu göstərir. Fərmanın öz məqsədinə çatması üçün yerdə qalan 90 faiz əmlak da rəsmiləşdirilməlidir”, – Zahid Oruc bildirib.
O qeyd edib ki, 2023-cü il prezident fərmanının icrası ilə bağlı aparılan təhlillər göstərir ki, dövlət mülkiyyətində olan torpaq sahələrində yerləşən qeyri-yaşayış obyektlərinin 41,5 faizi yerli icra hakimiyyəti başçılarının sərəncamları, 40,9 faizi isə icarə müqavilələri əsasında formalaşıb.
“Bələdiyyə torpaqlarında yerləşən obyektlərin 58,7 faizində əsas hüquqi sənəd bələdiyyə qərarı olub. Xüsusi mülkiyyətdə olan torpaqlarda isə obyektlərin 82,6 faizinin çıxarışı mövcuddur. Nəticələr göstərir ki, hüquqi qeyri-müəyyənlik əsasən dövlət və bələdiyyə torpaqları üzərində formalaşan münasibətlərdə cəmləşib”, – deyə deputat bildirib
Zahid Oruc əlavə edib ki, eyni araşdırmaya görə, torpaq hüquqlarını rəsmiləşdirə bilməyən respondentlərin 52,1 faizi bunun səbəbini bürokratik maneələrlə izah edir.
“O qeyd edib ki, sorğu iştirakçılarının 12.6%-nin torpaq sahəsinə dair heç bir sənədin mövcud olmadığını bəyan etməsi qeyri-formal tikinti fəaliyyətinin yüksək olduğunu göstərir.
Deputat bildirib ki, ödəniş haqları ilə bağlı vətəndaşların narazılıqlarını diqqətə alaraq, mənfi nəticələnən müraciətlər üzrə rüsumların tam və ya qismən geri qaytarılması mexanizmləri nəzərdən keçirilə bilər.
Zahid Orucun sözlərinə görə, 2025-ci ilin iyulun 16-da müvafiq prezident fərmanı ilə 105 minə qədər vətəndaş mülkiyyətinin qanuni sənədlərini almaq imkanı qazandı.
“Əlbəttə, əhali arasında torpaq və əmlak amnistisiyası adını alan qərarlar alqışa layiqdir. Lakin hələ də on minlərlə qeydiyyatsız əmlaklar varsa, ölkə iqtisadiyyatında 'ölü kapitalın' ümumi həcmi müəyyənləşməyib. Ona görə də bütün iqtisadi aktivləri dövriyyəyə mütləq qaytarmaq gərəkdir. Çünki cəmi 4 minə qədər rəsmiləşən qeyri-yaşayış obyektləri 500 milyon manatdan çox iqtisadi dəyər yaradıb”, – deyə deputat qeyd edib.
O bildirib ki, növbəti mərhələdə torpaq münasibətlərinin tam inventarlaşdırılması vətəndaşların mülkiyyət hüquqlarının daha da sadələşdirilmiş mexanizmlərlə təmin olunmasına imkan yaradar.
“Yekunda, hazırki layihəni torpaq və əmlak amnistisiyası kursunun davamı kimi qəbul edərək, dövlətimizlə vətəndaşlar arasında ictimai etimadı möhkəmləndirdiyi və xalqımızın istəklərindən irəli gəldiyi üçün ona müsbət səs verəcəyik”, – deyə Zahid Oruc bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev: Azərbaycanı dəstəkləyənlər Rusiyada cəzalandırıldı
Mixail Qusman Azərbaycan xalqının layiqli oğludur.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Özünün də dediyi kimi, təxminən 40 il Rusiyada "ezamiyyətdə" olub, amma bu illər ərzində Azərbaycanla əlaqəsini heç vaxt kəsməyib. O, həmişə bizimlə olub, uğurlarımıza sevinib, çətin günlərimizdə bizimlə birlikdə narahatlıq keçirib.İkinci Qarabağ müharibəsi zamanı faktiki olaraq cəbhə bölgəsində yaşayır, oradan reportajlar hazırlayırdı. Bu, onun xarakterini, xalqına və Vətəninə bağlılığını nümayiş etdirirdi. O, eyni zamanda informasiya blokadasının yarılmasına da ciddi töhfə verdi”, - dövlət başçısı qeyd edib.Prezident İlham Əliyev qeyd edib ki, Mixail Qusman burada müəyyən mənada zərər çəkənlərin adından çıxış edir: “Keçən...
13 İyul 2026, 12:15
Prezidentdən Rusiya ilə münasibətlərə dair AÇIQLAMA
Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərə dair suala cavabında bildirib.“Bir daha qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını da görmüşük. Müəyyən çətinliklərdən danışdınız. Bəli, onların hamısını bilirik. Ancaq əsas odur ki, həmin mərhələ artıq arxada qalıb. Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlərarası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər nazirlikləri, həm də Prezident administrasiyaları...
13 İyul 2026, 11:17
İlham Əliyev: Avropa Şurası ilk addımı atmalıdır
“Azərbaycan Avropa Şurasını tamamilə tərk etsə belə, ölkədə bunu demək olar ki, heç kim hiss etməyəcək”.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“2023-cü ilin sentyabrına qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında heç vaxt hər hansı sanksiya ilə üzləşməmişdi. Məhz 2023-cü ilin sentyabrında biz öz qanuni özünümüdafiə hüququmuzdan istifadə edərək ərazimizi separatçıların qalıqlarından azad etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2024-cü ilin yanvarında isə Assambleya Azərbaycan nümayəndə heyətinin mandatını müzakirəyə çıxardı və nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi.Bu, guya insan hüquqları məsələləri ilə bağlı idi. Lakin məsələ bununla əlaqəli olsaydı, bu...
13 İyul 2026, 10:02
Xəqani Cəfərli: Lindsi Qremin ölümü siyasi mənzərəni üzə çıxardı
Ukranya və İsrailin qızğın tərəfdarı, Rusiya və İranın qatı əleyhidarı senator Lindsi Qremin (Lindsey Olin Graham) qəfil ölümü çoxsaylı konspiroloji fikirlər doğurub. MAGA hərəkatının öncül bloggeri Laura Loomer, Weatherman Fondunun prezidenti, general Kett Kelloqun qızı Megan Mobbs, Fox News şərhçisi Mark Thiessen senator Lindsi Qremin qəfil ölümündə Rusiyanın əlinin olduğunu bildirirlər. ABŞ-dakı Rusiyapərəst qüvvələr senatorun qəfil ölümündə Ukraynanın iştirak etdiyi fikirini yaymağa çalışırlar. Senator Lindsi Qremin ölümündə İranın əlinin ola biləcəyi haqqında da fikirlər var. Bütün bunlara görə respublikaçıların nüfuzlu təmsilçiləri senatorun ölümünün səbəblərini araşdırmağa və Rusiyanın bu hadisədə iştirak edib-etmədiyinə aydınlıq gətirilməsini istəyirlər. Konspiroloji fikirləri şərh etməyi sevmədiyim üçün, senator Lindsi...
13 İyul 2026, 10:00
İlham Əliyev: Türkiyə və Azərbaycan ən yaxın iki dövlətdir
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.“Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan iki dövlətdir. Siyasi, iqtisadi, enerji, nəqliyyat əlaqələri və insanlar arasında münasibətlərin səviyyəsinə baxsanız, yəqin ki, dünyada bir-birinə Türkiyə və Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən və dost olan başqa iki ölkə tapmaq çətindir. Bu, xalqlarımız və dövlətlərimiz üçün böyük sərvətdir. Biz birlikdə daha güclüyük. Bu, həm də regional sabitlik və əməkdaşlıq, o cümlədən bayaq toxunduğum nəqliyyat bağlantıları baxımından mühüm amildir. Eyni zamanda, təhlükəsizliyin təmin olunmasında da mühüm rol oynayır....
13 İyul 2026, 09:31
Heydər Oğuz: İran ABŞ-ın qisasını Bəhreyndən alır
İranın “qəhrəmanlığı”: ABŞ-ın qisasını 3 adaya sığınmış şiələrdən alırSEPAH-a bağlı informasiya kanalları səhərin gözü açılmamış böyük fəxarətlə uğur hekayələri paylaşıblar. Qurumun Telegram kanalında yayımlanan paylaşımların birincisində bildirilir: “Bəhreyndə artıq həyəcan siqnalları çalınır”✅ @sepah_pasdaranÜzərindən 1 dəqiqə keçməmiş ikinci muştuluq gəlib:“#Təcili | Bəhreyndə bir neçə yeni partlayış”.Bəs bilirsinizmi, SEPAH-ın vurulmasını böyük uğur kimi təqdim etdiyi Bəhreyn nə boyda ölkədir?Vikipediya bu suala belə cavab verir: “Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 760 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə...
13 İyul 2026, 08:09