Bizə yazın

Baku

-°C

USD

-

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

Cəmiyyət 15 İyul 2026, 17:21

328

Bakıda və Abşeron yarımadasında iyulun 16-da, bəzi bölgələrdə isə 16-18-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Balakən, Qax, Zaqatala, Şəki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevirdə isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ƏƏSMN: İcbari tibbi sığorta üzrə xidmətlər tam rəqəmsallaşdırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu ilin birinci yarımili ərzində əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.Bu barədə Citypost.az-a ƏƏSMN-dən məlumat verilib.Bildirilib ki, kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində son illər sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm uğurların əldə edildiyini, bu irəliləyişlərin cari ildə də davam etdirildiyini vurğulayıb.Nazir 2026-cı ilin əvvəlindən pensiyalarda növbəti artımlar edildiyini, ilk yarımildə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 368 mln. manat çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldildiyini...

15 İyul 2026, 18:14

Mədəniyyət naziri Yardımlıda aparılan arxeoloji tədqiqat işləri ilə tanış olub 

Mədəniyyət naziri Adil Kərimli Yardımlı rayonunun Urakəran kəndi ərazisində yeni aşkar edilən, Azərbaycan tarixi üçün böyük əhəmiyyət daşıyan antik dövr yaşayış məskənində aparılan arxeoloji çöl-tədqiqat işləri ilə tanış olub.Bu barədə Citypost.az Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, tarixçi-alim Həsən Həsənov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev ərazidəki araşdırmalar barədə ətraflı məlumat verib. Bildirib ki, əraziyə yaxın yerləşən Bilgə nekropolunda aparılan tədqiqatlar zamanı...

15 İyul 2026, 17:33

Xocalıda yaşayış evinə ayı girib 

Xocalı rayonunda yaşayış evinin həyətinə ayı girib.Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Badara kəndində, kənd sakini Piryev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evində baş verib.İlkin məlumata görə, vəhşi heyvan evin həyətyanı sahəsinə və təsərrüfat ərazisinə daxil olub. Hadisə zamanı xəsarət alan olmayıb.

15 İyul 2026, 17:20

Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir 

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa şəhərindən paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda qeyd olunur:"Şuşadan gözəl xatirələr - tarix, mədəniyyət, dözümlülük və ilham şəhəri. Burada olmaq həmişə şərəfdir".

15 İyul 2026, 16:50

Xüsusi dövlət rabitəsi ilə təmin olunanların siyahısı genişləndi

Prezident İlham Əliyev 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edib.Citypsot.az  xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) idarəetməsində olan "Aztelekom" MMC-nin baş direktoru və "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri siyahıya daxil edilib.

15 İyul 2026, 16:17

Uşaq hüquqları ilə bağlı qaydaya dəyişiklik edildi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib.Citypost.az xəbər verir ki, Prezidernt İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Prokurorluq orqanı:- Qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edir, dövlət qurumlarına müraciət edir, məhkəmədə iddia qaldırır;- uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirir;- uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxır və qanunda nəzərdə tutulmuş tədbirləri görür.”....

15 İyul 2026, 16:15