Bizə yazın

Baku

-°C

USD

-

Vəkillər Kollegiyası intizam tədbirləri gördü

Cəmiyyət 15 İyul 2026, 15:15

458

Azərbaycanda intizam pozuntularına yol verən vəkillər cəzalandırılıb.

Citypost.az Vəkillər Kollegiyasından verilən məlumata görə, bu barədə kollegiyanın Rəyasət Heyətinin iclası zamanı qərar qəbul olunub.

Belə ki, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Həmçinin iclas zamanı Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritet istiqamətlər barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bir sıra təşkilati, maliyyə və kadr məsələləri müzakirə edilib. Belə ki, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətlərə, habelə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında təmir işlərinin aparılmasına maliyyə dəstəyinin ayrılması barədə müraciətə baxılaraq müsbət qərarlar qəbul olunub.

Bundan başqa, Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılaraq ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində yaradılacaq "Hüquqi Təcrübə və Tədqiqat Mərkəzi"nin maddi-texniki bazasının formalaşdırılmasına maliyyə dəstəyinin göstərilməsi, habelə hüquqşünaslıq ixtisası üzrə təhsil alan üç tələbəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən xüsusi təqaüdün ayrılması qərara alınıb.

Həmçinin iclasda sığorta ödənişlərini icra etməyən fərdi qaydada fəaliyyət göstərən bəzi vəkillərlə bağlı məsələ müzakirə olunub. Rəyasət Heyəti tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmaqla məsələnin həlli istiqamətində qərar qəbul edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uşaq hüquqları ilə bağlı qaydaya dəyişiklik edildi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasına dəyişiklik edilib.Citypost.az xəbər verir ki, Prezidernt İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, Prokurorluq orqanı:- Qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edir, dövlət qurumlarına müraciət edir, məhkəmədə iddia qaldırır;- uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirir;- uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxır və qanunda nəzərdə tutulmuş tədbirləri görür.”....

15 İyul 2026, 16:15

Şuşa Qoruğu İdarəsinin funksiyaları artırıldı

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.Fərmana əsasən, İdarənin vəzifələri genişləndirilib.“Avtomobil nəqliyyatı haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək və müvafiq ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək bu sıraya daxil edilib...

15 İyul 2026, 16:08

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamın imzalanmasında məqsəd insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsidir.Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməli, Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Daxili...

15 İyul 2026, 16:00

FHN-dən əhaliyə mühüm xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.FHN-dən Citypost.az verilən məlumata görə, müraciətdə deyilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil,...

15 İyul 2026, 15:54

XİN riskli bölgələrə səfərlə bağlı çağırış etdi

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.Bəyanatda bildirilib ki, xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Belə ki, hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb."Bu...

15 İyul 2026, 15:30

Azərbaycan və Slovakiya maliyyə əməkdaşlığını genişləndirir

Azərbaycan və Slovakiya arasında rəqəmsal dələduzluqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib."Ölkəmizdə səfərdə olan Slovakiya Milli Bankının sədri Peter Kazımirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə məhsuldar görüş keçirdik. Görüş zamanı kapital bazarları və sığorta sektorunun tənzimlənməsi, nəzarət çərçivələrinin müasirləşdirilməsi, maliyyə sabitliyinin təmin olunması, maliyyə savadlılığının artırılması, rəqəmsal dələduzluqla mübarizə və istehlakçı hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu vurğuladıq. Rəhbərlik etdiyimiz qurumlar arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçiriləcək təşəbbüslər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd...

15 İyul 2026, 15:23