Vüqar Rəhimzadə: Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq möhkəmlənir
Siyasət 15 İyul 2026, 17:17
597
Xarici siyasət uğurlarımızın mühüm tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan hər zaman əməkdaşlığa böyük önəm verdiyini real addımları ilə nümayiş etdirir. İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri də bu qəbildəndir. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra qürurverici hadisələr sırasında dövlət başçısı İlham Əliyevin bu və ya digər ölkələrin dövlət başçısını azad Qarabağda və Şərqi Zəngəzurda qarşılamasını qeyd edirik. Slovakiya Prezidentinin rəsmi qarşılanma mərasimi də Şuşada reallaşdı. Həmçinin Şuşada prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Görüşlərdə müzakirə olunan məsələlər, ikitərəfli gündəliyin genişliyi bir daha iki ölkə arasında münasibətlərin məzmun və intensivlik baxımından yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi. Siyasi dialoqun fəallaşması, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, müdafiə sənayesi, nəqliyyat, humanitar sahələrdə yeni istiqamətlərin formalaşması, eləcə də Qarabağın bərpasında birgə layihələrin həyata keçirilməsi fonunda Bakı ilə Bratislava arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Hazırda Qarabağın bərpası Azərbaycan-Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin “Concago j.s.a.” şirkəti və onun yerli tərəfdaşı “IMA ENERGY” MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış oldular, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular. Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü ildə qurulub. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ildə fəaliyyətə başlayıb, 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklər açılıb. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər, eyni zamanda, hüquqi baza rolunu oynayan sənədlərin imzalanması əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin ötən ilin dekabrında Slovakiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirildi. Həmin rəsmi səfər çərçivəsində imzalanmış sənədlər, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi ilə Slovakiya Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkə arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verib. Ondan öncə isə 2024-cü ildə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri reallaşmışdı. Prezident İlham Əliyev ilk dəfə bu ölkədə 2004-cü ildə işgüzar səfərdə olub. Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı keçirilən görüşlərin yekununda Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ilə tərəflər arasında strateji tərəfdaşlığın hüquqi-siyasi əsasları rəsmiləşdirildi. İmzalanmış sənədlər Azərbaycan ilə Slovakiya arasında siyasi dialoqun daha da dərinləşməsi, eləcə də ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı İlham Əliyevin ötən il Slovakiyaya rəsmi səfəri zamanı keçirilən görüşlərdə müzakirəyə çıxarılan məsələlər, bu və ya digər sahələrdə əməkdaşlıq üçün mövcud imkanların təhlili tərəflərin əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafında maraqlı olduğunu təsdiqlədi. Azərbaycanın Avropa İttifaqı, o cümlədən quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Slovakiyanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına dəstəyi daim yüksək qiymətləndirilir.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin dəvəti ilə Prezident Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişafının və yüksəksəviyyəli siyasi dialoqun ardıcıl xarakter daşıdığının göstəricisidir. Prezident Peter Pelleqrininin Azərbaycana hazırkı səfəri strateji tərəfdaşlığın artıq siyasi bəyanatlardan praktiki əməkdaşlıq mərhələsinə keçdiyini, qarşılıqlı etimadın möhkəmləndiyini və ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə daha da dərinləşməsi üçün əlverişli zəmin formalaşdırdığını nümayiş etdirir. Hazırda Bakı ilə Bratislava arasında münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslər əsasında inkişaf edir. Yüksəksəviyyəli siyasi iradə və qarşılıqlı etimad Azərbaycan-Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır. Bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb. Xüsusilə 2021-ci ildə imzalanan iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında yaradılan Birgə İşçi Qrupu sənaye, kənd təsərrüfatı, logistika, innovasiya və investisiya istiqamətlərində yeni layihələrin həyata keçirilməsi üçün institusional mexanizm formalaşdırıb.
Milli Məclisin deputatı bildirib ki, Slovakiya Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində Şuşada prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlər Azərbaycan-Slovakiya münasibətlərinin aydın ifadəsini yaradır. Belə ki, “Şadam ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm” söyləyən Azərbaycan lideri İlham Əliyev onu da vurğuladı ki, doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər. Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.
Həmçinin oxuyun
Vüqar Rəhimzadə vurğulayıb ki, enerji sahəsi Azərbaycan-Slovakiya əməkdaşlığının strateji istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Slovakiya enerji təchizatının şaxələndirilməsinə böyük önəm verir. Azərbaycan isə etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində rolunu ardıcıl şəkildə gücləndirir. Bu baxımdan, “Həmrəylik Halqası” təşəbbüsü Xəzər regionunun enerji resurslarının Mərkəzi və Şərqi Avropaya çatdırılmasını təmin edən mühüm regional layihələrdən biri hesab olunur. Səfər çərçivəsində keçirilən Azərbaycan-Slovakiya biznes-forumunda bir daha bu reallıqlara diqqət yönəldildi. Qeyd edildi ki, bu forum yeni işgüzar əlaqələr qurmaq, investisiyaları təşviq etmək və birgə layihələr hazırlamaq üçün əla imkan yaradır. Slovakiyanın Baş nazirinin müavini - iqtisadiyyat naziri Denisa Sakova qeyd etdi ki, Azərbaycan nəinki etibarlı enerji tərəfdaşı, həm də regionları və bazarları birləşdirən mühüm logistika qovşağı kimi getdikcə daha vacib rol oynayır. Energetika iqtisadi əməkdaşlığımızın əsas sütunlarından biri olaraq qalır. Təbii qaz mənbələrinin və nəql marşrutlarının şaxələndirilməsi həm Slovakiya, həm də Avropa üçün olduqca vacibdir və biz Azərbaycanın regionumuzun enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk. Eyni zamanda, əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. Slovakiya şirkətləri artıq Azərbaycanın müasirləşdirilməsinə öz töhfələrini verir və biz Qarabağın yenidən qurulmasında iştirak etmək imkanını çox yüksək dəyərləndiririk. Baş Qərvənddəki “ağıllı kənd” layihəsi Slovakiya texnologiyalarının və təcrübəsinin insanların həyatını yaxşılaşdıran praktiki həlləri necə təqdim edə biləcəyinə dair mükəmməl bir nümunədir.
Millət vəkili bildirib ki, səfər çərçivəsində prezidentlərin görüşündə, mətbuata bəyanatlarında səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, əlaqələrin inkişafı üçün bütün imkanlar mövcuddur. Azərbaycan ilə Slovakiya arasında müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin inkişaf edən istiqamətlərindən biridir. İki ölkə arasında yaradılmış hüquqi baza və həyata keçirilən müdafiə sənayesi layihələri hərbi-texniki əlaqələrin dərinləşdirilməsinə, müdafiə sənayesi potensialının artırılmasına, uzunmüddətli tərəfdaşlığın inkişafına mühüm zəmin yaradır. Biznes-forumda o da qeyd olundu ki, tərəflər, həmçinin infrastruktur, rəqəmsallaşma, sənaye istehsalı, su idarəçiliyi və qabaqcıl texnologiyalar sahələrində də mühüm imkanlar görür.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Rusiya XİN rəhbərləri Moskvada danışıqlar aparacaq
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 16-17 iyulda Moskvada rəsmi səfərdə olacaq.Zaxarova Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini vurğulayıb.O qeyd edib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq....
15 İyul 2026, 17:12
Qulamhüseyn Əlibəyli: Fransa geosiyasi maraqlarını önə çəkir
Fransız jurnalist Jan-Mişel Brün öz məqaləsində qeyd edir ki, Fransa hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ məsələsinə yanaşması rasional səbəblərdən deyil, daxili siyasi maraqlardan qaynaqlanır. Bu siyasətin arxasında heç bir rasional və məntiqli səbəb yoxdur. Əsas motiv Fransada təxminən 800 min erməninin yaşaması və onların əsasən Paris, Lion və Marsel kimi böyük şəhərlərdə məskunlaşmasıdır. Fransa hökuməti və siyasi partiyalar bu məsələyə daha çox seçki prizmasından yanaşır. Onlar nə Ermənistan, nə də Azərbaycan xalqını düşünür. Onları maraqlandıran tək məsələ seçkilərdə səs qazanmaqdır.Bu fikirlər ilk baxışdan bir qədər emosional və məsələyə sadələşdirilmiş yanaşma tərzi kimi qiymətləndirilə bilər. Belə ki, BMT Təhlükəsizlik Şurasının daimi...
15 İyul 2026, 10:30
Tənzilə Rüstəmxanlı: “Bir millət, iki dövlət” prinsipi dəyişməzdir
Deputat Tənzilə Rüstəmxanlı 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə xalqını təbrik edib.Citypost.az xəbər verir ki, paylaşımında 15 İyulun Türkiyə xalqının dövlətinə, demokratiyasına və milli iradəsinə sahib çıxdığı, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyi tarixi gün olduğunu vurğulayıb.Deputat Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad etdiyini, qəhrəman qazilərə isə sonsuz minnətdarlığını ifadə edib.Tənzilə Rüstəmxanlı qardaş Türkiyənin birliyinin, müstəqilliyinin və gücünün daim olmasını arzulayıb, Azərbaycan ilə Türkiyə arasındakı sarsılmaz qardaşlıq münasibətlərinin əbədi olacağına inandığını bildirib.Paylaşımını "Bir millət, iki dövlət!" şüarı ilə tamamlayan deputat dost və qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq...
15 İyul 2026, 10:09
Kənan Rövşənoğlu: Yəmən yeni müharibə cəbhəsinə çevrilə bilər
Jurnalist və siyasi şərhçi Kənan Rövşənoğlu son günlər Yəmən ətrafında baş verən hadisələrin regionda gərginliyin artdığını göstərdiyini bildirib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, İrandan Yəmənə təyyarə reyslərinin artması və Səna Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının bombalanması bölgədə yeni qarşıdurma ehtimalını gücləndirir. Şərhçi qeyd edib ki, iddialara əsasən, İran husilərə raket və hərbi texnika göndərməyə çalışır.Kənan Rövşənoğlu hesab edir ki, tərəflər arasında kompromis imkanlarının azalması müharibə riskini artırır. Onun fikrincə, mümkün qarşıdurma zamanı ikinci cəbhə Yəməndə açıla və İran Hörmüz boğazı ilə yanaşı Bab əl-Məndəb boğazına da təsir göstərməyə cəhd edə bilər.Turan...
15 İyul 2026, 09:35
Vüqar Rəhimzadə: Azərbaycan Heydər Əliyev yolunda yeni zirvələr fəth edir
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə başlamasından 57 il ötür. 1969-cu il iyulun 14-də Ümummilli Liderin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində tamamilə yeni dövr başladı, respublikamızda böyük intibahın təməli qoyuldu. Dahi rəhbərin təşəbbüskarlığı, əzmkar fəaliyyəti tezliklə Azərbaycanı keçmiş İttifaqın inkişaf etmiş respublikaları sırasına çıxardı. 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək sözün əsl mənasında həm də gələcək müstəqilliyin təmin olunmasına xidmət etdi. Bu fikir daim sonsuz qürur hissi ilə vurğulanır ki, Ümummilli Liderin 1969-1982-ci illərdəki fəaliyyəti böyük...
14 İyul 2026, 13:54
Deputat: Prezidentin Şuşa çıxışı xarici siyasətin prioritetlərini açıqladı
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və ölkəmizin beynəlxalq sistemdə özünü necə mövqeləndirdiyini əks etdirən strateji bir çıxış idi. Çıxışın ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və qlobal çağırışlara münasibət bildirən fəal aktor kimi çıxış edir.Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili Pərvanə Vəliyeva bildirib.P.Vəliyevanın sözlərinə görə, Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi. O, bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə,...
14 İyul 2026, 13:27