Bakıda “OPEC+” əməkdaşlığının gələcək inkişaf perspektivləri müzakirə olunub
Cəmiyyət 15 İyul 2026, 13:50
208
Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Əməkdaşlıq Xartiyası (CoC) üzrə Texniki Komitənin ilk iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays ilə görüşüb.
Energetika Nazirliyindən Citypost.az-a verilən məlumata görə, görüşdə “OPEC+” çərçivəsində həyata keçirilən əməkdaşlığın nəticələri yüksək qiymətləndirilib, Əməkdaşlıq Xartiyasının bu uğurlu tərəfdaşlığın daha da genişləndirilməsi üçün mühüm platforma olduğu vurğulanıb.
Baş katib Azərbaycanın “OPEC+” çərçivəsində etibarlı və konstruktiv tərəfdaş kimi rolunu yüksək qiymətləndirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib. O, Bakıda keçirilən ilk texniki iclasın Əməkdaşlıq Xartiyası çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Nazir Pərviz Şahbazov Azərbaycanın bərpa olunan enerji sahəsində əldə etdiyi mühüm nailiyyətlərdə “OPEC+ platformasının yaratdığı dialoq və əməkdaşlıq imkanlarının xüsusi rol oynadığını bildirib. Qeyd olunub ki, nazirlər arasında müntəzəm təmaslar və qarşılıqlı etimad mühiti Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıqlarının genişlənməsinə, o cümlədən iri həcmli bərpa olunan enerji layihələrinin reallaşdırılmasına mühüm töhfə verib.
Həmçinin oxuyun
Görüşdə “OPEC+” əməkdaşlığının gələcək inkişaf perspektivləri, üzv ölkələr arasında tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi və Əməkdaşlıq Xartiyasının potensialının daha səmərəli reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vəkillər Kollegiyası intizam tədbirləri gördü
Azərbaycanda intizam pozuntularına yol verən vəkillər cəzalandırılıb.Citypost.az Vəkillər Kollegiyasından verilən məlumata görə, bu barədə kollegiyanın Rəyasət Heyətinin iclası zamanı qərar qəbul olunub.Belə ki, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 1 vəkilə xəbərdarlıq olunub, 4 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 2 vəkilə töhmət verilib, 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.Həmçinin iclas zamanı Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritet...
15 İyul 2026, 15:15
Baş Prokurorluqdan "Magna Trans" işi ilə bağlı açıqlama
Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a daxil olan məlumatda bildirilib ki, son dövrlər vətəndaş Ağasəf İsmayılov tərəfindən müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:"Bununla əlaqədar bildiririk ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən “Magna trans” məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi İsmayılov Ağasəf İslam oğlunun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb.Araşdırmalar zamanı, eləcə...
15 İyul 2026, 15:12
236 mindən çox kompüter məktəblərə veriləcək
Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub.Citypost.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təlim-müzakirə sessiyası zamanı bildirib.Onun sözlərinə görə, ölkədə şagirdlərin 82 faizi genişzolaqlı internet bağlantısı ilə əhatə edilib:"Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub. 2020-ci ildə bu göstərici 171 məktəb təşkil edib. 2026-cı ildə məktəblərə ümumilikdə 236 min 295 kompüterin verilməsi nəzərdə tutulur".O əlavə edib ki, rəqəmsallaşmanın əsas məqsədi şagirdlər üçün bərabər təhsil və öyrənmə imkanlarının yaradılmasıdır:"Rəqəmsallaşma, ilk növbədə, şagirdlər üçün bərabər öyrənmə imkanları yaratmalıdır. Bəzən elə düşünülür ki, interneti olmayan məktəblər var. Əslində, internet bağlantısı olmayan məktəbimiz yoxdur....
15 İyul 2026, 15:00
Əli Əsədov Slovakiya Prezidenti ilə bir araya gəldi
Bu gün Baş nazir Əli Əsədov Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.Bu barədə Citypost.az Nazirlər Kabinetindən xəbər verilib.Görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində iştirakının önəmi qeyd olunub.Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü yüksək qiymətləndirilərək buna görə minnətdarlıq ifadə edilib.Azərbaycan ilə Slovakiya arasında siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və...
15 İyul 2026, 14:55
M8 xəttinin hərəkət sxemi yenilənir
İyulun 16-dan M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin kənar yolu ilə təşkil olunacaq. Daha sonra isə yoluna mövcud hərəkət sxemi ilə davam edəcək....
15 İyul 2026, 14:11
Naxçıvanda Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub
Türkiyənin Naxçıvandakı Baş konsulluğunda 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Gününün 10 illiyi münasibətilə "İradə bizim, zəfər bizim" adlı tədbir keçirilib."Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya çıxış edərək bildirib ki, bu hadisədə 251 şəhid verən Türkiyə Respublikasının dövlətçilik tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan həmin gün cəsur insanlar öz həyatları bahasına da olsa, qiyamçıların hakimiyyəti ələ keçirməsinə imkan verməyiblər."Dövlət-xalq birliyinin möhkəm həmrəyliyi sayəsində dövlət çevrilişi cəhdinin qarşısı alınıb", - o deyib.Vurğulanıb ki, 15 İyul gecəsi qardaş Azərbaycan öz dəstəyini yüksək şəkildə nümayiş etdirib, bu...
15 İyul 2026, 13:58