Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisdə koreyalı parlamentarilər ilə görüş keçirilib

Cəmiyyət 21 İyul 2026, 08:13

621

İyulun 14-də Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Li Man Hi ilə görüşüb.

Citypost.az  xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları parlamentdə qarşılamaqdan məmnunluğunu bildirən Malik Həsənov, Azərbaycan ilə Koreya Respublikası arasında uzun illərdir qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, eləcə də siyasi dialoq ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarovanın Koreya Respublikasına rəsmi səfəri məmnunluqla xatırlanıb, həmin səfərin parlamentlərarası əlaqələrin inkişafına yeni impuls verdiyi qeyd olunub.

Öz növbəsində, Li Man Hi Azərbaycan və Koreya arasında parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycanın zəngin mədəni irsinə göstərilən marağın nümunəsi kimi “Kitabi-Dədə Qorqud” dastanının altı boyunun koreya dilinə tərcümə olunduğunu və bu nəşrin Koreya Milli Assambleyasında rəsmi təqdimat mərasiminin keçirildiyini diqqətə çatdırıb.

Görüşdə Koreya ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Göydəniz Qəhrəmanov, Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədr müavini Son Myonq Su çıxış edərək iki ölkə arasında enerji, yüksək texnologiyalar, innovasiya, turizm, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi barədə fikirlərini səsləndiriblər.

Tərəflər parlamentlərarası dostluq qruplarının qanunverici orqanlar arasında dialoqun inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm platforma rolunu oynadığını vurğulayıblar.

Görüşdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ülviyyə Ağayeva, Bədəl Bədəlov, Koreyanın Azərbaycandakı səfiri Kang Kymgu və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.Citypost.az  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Qeyd edilib ki, onlardan 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:"Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar".Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir....

21 İyul 2026, 15:23

Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb

Sumqayıt şəhərində 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb.Citypost.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı evdən çıxaraq Sumqayıt Bulvarı istiqamətinə yollanıb. Həmin vaxtdan etibarən ondan xəbər almaq mümkün olmayıb.Aparılan axtarış tədbirləri nəticəsində Adil Kərimovun meyiti dənizdə tapılıb.Faktla bağlı araşdırma aparılır.

21 İyul 2026, 14:20

Prokurorluq “Vital Hospital”la bağlı araşdırmaya başladı

Bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindıən bildirilib.Qeyd edək ki, sosial şəbəkədə "Vital Hospital"da ölü dölün zirzəmiyə atılması barədə məlumatlar yayılıb.

21 İyul 2026, 14:07

Yusif Seyidova yeni vəzifə verildi

Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub."Report"un yerli bürosu xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin müvafiq əmrinə əsasən, bu vəzifəyə Seyidov Yusif Mirabbas oğlu təyin edilib.Qeyd edək ki, bu təyinatadək Y.Seyidov Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

21 İyul 2026, 13:11

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

İyulun 21-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az  xəbər verir.

21 İyul 2026, 12:58

Bu ölkədə daha seçkilər keçirilməyəcək 

Nikaraqua prezidenti Daniel Orteqa ölkədə gələcəkdə seçkilərin keçirilməyəcəyini bəyan edib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident bu açıqlamanı iyulun 20-də Sandinista İnqilabının 47-ci ildönümünə həsr olunan tədbirdə səsləndirib.Orteqa bildirib ki, məqsəd müxalifətin hakimiyyəti ələ keçirməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, hakim partiyanın nəzarətində olan parlamentlə birlikdə "ölkənin düşmənləri, sui-qəsdçilər və xəyanətkarlar" adlandırdığı şəxslərə qarşı yeni qanunlar qəbul ediləcək.Nikaraquada növbəti prezident seçkiləri 2027-ci ilə planlaşdırılsa da, Orteqa seçkilərin tamamilə ləğv ediləcəyini, yoxsa sadəcə müxalifətin iştirakının məhdudlaşdırılacağını dəqiqləşdirməyib.Xatırladaq ki, 2021-ci il prezident seçkiləri ərəfəsində Nikaraqua hakimiyyəti bir sıra müxalifət partiyalarının fəaliyyətini qadağan etmiş, prezidentliyə namizədlərin əksəriyyətini isə səsvermədən əvvəl həbs etmişdi.2025-ci...

21 İyul 2026, 12:50