Prezident Belçika Kralını təbrik edib
Cəmiyyət 21 İyul 2026, 11:09
665
Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Həmçinin oxuyun
Belçika Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, Belçika xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış olub
Baş prokuror Kəlbəcər rayon prokurorluğunda və Kəlbəcər hərbi prokurorluğunda olub, prokurorluq orqanlarının kollektivləri ilə görüş keçirərək onların xidməti fəaliyyəti, vəzifə borclarının icrası, maddi-texniki təminatı, iş və sosial-məişət şəraiti ilə yerində tanış olub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Səfər zamanı Baş prokurora prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri, o cümlədən vətəndaş müraciətlərinə baxılması barədə ətraflı məlumat təqdim edilib.Baş prokuror əməkdaşlarla keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə hüquq qaydasının, qanunçuluğun və ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu vurğulayıb.Bildirilib ki, həmin ərazilərdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət hissi ilə icrası, cinayət...
21 İyul 2026, 17:14
Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağı "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.Qeyd edək ki, Mərkəzi Hospital bu günə qədər qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası köçürülməsini həyata keçirirdi.Bundan başqa, Respublika Diaqnostika Mərkəzi ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi ilə yanaşı kök hüceyrələri köçürülməsini də icra edə biləcək....
21 İyul 2026, 16:40
İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, dövlət başçısı bunu Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.
21 İyul 2026, 16:07
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuat konfransı keçirirlər.Bu barədə Citypost.az xəbər verir.
21 İyul 2026, 15:50
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb
Azərbaycanla Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamənin mətni açıqlanıb.Citypost.az xəbər verir ki, bəyannamədə deyilir:Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra “Tərəflər”) Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyirlər. Tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, və sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər.Tərəflər Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi irəliləyişi, xüsusilə də 2025-ci...
21 İyul 2026, 15:45
Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Qeyd edilib ki, onlardan 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:"Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar".Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir....
21 İyul 2026, 15:23