Bizə yazın

Baku

-°C

USD

-

Sıx süd vəzi toxuması nə deməkdir? – Mütəxəssis açıqladı

Tibb 21 İyul 2026, 10:39

680

Son illər süd vəzi xərçənginin erkən aşkarlanması məqsədilə aparılan müayinələrə maraq əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, mammoqrafiya, süd vəzi ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiyası (MRT), süd vəzisində aşkarlanan kistlər və sıx süd vəzi toxuması ilə bağlı cəmiyyətdə müxtəlif suallar və yanlış fikirlər də formalaşıb. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş müayinə proqramı xəstəliyin erkən mərhələdə aşkarlanması və uğurlu müalicəsi üçün ən vacib amillərdən biridir.

Citypost.az xəbər verir ki, həkimlər bildirib ki, son 10-15 il ərzində süd vəzi müayinələrinə başlama yaşı əvvəlki illərlə müqayisədə daha aşağı salınıb. Bunun əsas səbəbi gənc yaşlarda süd vəzi xəstəliklərinin və bəzi hallarda süd vəzi xərçənginin daha erkən yaşlarda müşahidə edilməsidir. Bu səbəbdən ailəsində süd vəzi və ya yumurtalıq xərçəngi olan, genetik risk daşıyan və ya digər risk faktorlarına malik qadınlar üçün müayinə proqramı fərdi şəkildə hazırlanmalıdır.Yüksək risk qrupuna daxil olan qadınlarda müəyyən hallarda iki ildən bir kontrast maddə ilə süd vəzi MRT müayinəsinin aparılması tövsiyə edilir. O vurğulayıb ki, pasiyenti hansı həkimin müayinə etməsindən asılı olmayaraq, risk qrupunda olan şəxslər üçün müəyyən olunmuş müayinə proqramına ciddi əməl edilməlidir.

Həkimlər qeyd edib ki, süd vəzi müayinəsində ultrasəs və mammoqrafiya bir-birini əvəz edən deyil, tamamlayan diaqnostik üsullardır. Gənc qadınlarda süd vəzi toxuması daha sıx olduğundan ultrasəs müayinəsi daha informativ nəticə verir. Xüsusilə kistlərin, fibroadenomaların və digər xoşxassəli dəyişikliklərin qiymətləndirilməsində USM üstünlük təşkil edir. Yaş artdıqca isə mammoqrafiyanın diaqnostik əhəmiyyəti yüksəlir.Süd vəzisində aşkarlanan çoxsaylı kistlərlə bağlı narahatlıqlara da aydınlıq gətirilib. Həkim bildirib ki, pasiyentlər bəzən "əvvəllər 7 kistim var idi, indi 15 olub" deyə ciddi narahatlıq keçirirlər. Halbuki təkcə kistlərin sayının çox olması təhlükə anlamına gəlmir. Əsas məsələ onların quruluşu, ölçüsü və xarakteridir. Sadə kistlər tamamilə xoşxassəli hesab olunur, xərçəng riskini artırmır və əksər hallarda yalnız müşahidə tələb edir.

Mütəxəssislər mammoqrafiya cavablarında tez-tez rast gəlinən "Tip C" və "Tip D" sıx süd vəzi toxuması ifadələrini də izah edib. Onun sözlərinə görə, bu ifadələr süd vəzi toxumasında vəzili toxumanın piy toxumasından daha çox olduğunu göstərir. Belə hallarda mammoqrafiyanın həssaslığı müəyyən qədər azalır və görüntülərdə bəzi dəyişiklikləri aşkar etmək çətinləşə bilər. Bu səbəbdən sıx süd vəzi toxuması olan qadınlarda əlavə olaraq ultrasəs və ya MRT müayinəsinin aparılması tövsiyə oluna bilər.

Həkimlər cəmiyyətdə geniş yayılan "mammoqrafiyanın radiasiyası süd vəzi xərçəngi yaradır" fikrinin tamamilə əsassız olduğunu da bildirib. Onun sözlərinə görə, mammoqrafiya zamanı alınan radiasiya dozası olduqca aşağıdır və insan sağlamlığı üçün təhlükəli hesab edilmir. Hətta bir mammoqrafiya zamanı alınan radiasiya təxminən bir saatlıq təyyarə uçuşu zamanı insanın aldığı təbii radiasiya ilə müqayisə oluna bilər. Buna görə də radiasiyadan qorxaraq müayinədən imtina etmək düzgün yanaşma deyil.

Mütəxəssislər sosial şəbəkələrdə yayılan digər yanlış məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, yanlış seçilmiş alt paltarının süd vəzi xərçəngi yaratdığı barədə iddiaların elmi əsası yoxdur. Alt paltarının düzgün seçilməsi rahatlıq baxımından vacib olsa da, onun xərçəngin yaranmasına səbəb olduğunu təsdiqləyən elmi sübut mövcud deyil. Xoşxassəli süd vəzi törəmələrinin hamısı gələcəkdə xərçəngə çevrilmir. Lakin bəzi xüsusi dəyişikliklərdə risk müəyyən qədər yüksək ola bilər. Buna görə də aşkarlanan hər bir törəmə mütəxəssis tərəfindən qiymətləndirilməli, lazım gəldikdə əlavə müayinələr və biopsiya aparılmalıdır.

Sonda həkimlər bütün qadınlara çağırış edərək bildirib ki, süd vəzi xəstəliklərinin qarşısının alınmasının ən effektiv yolu vaxtında profilaktik müayinələrdən keçməkdir. Onun sözlərinə görə, yaşa və risk faktorlarına uyğun aparılan mammoqrafiya, ultrasəs və MRT müayinələri süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasına imkan verir. Erkən diaqnoz isə müalicənin uğurlu nəticələnməsi və həyatın xilas olunması baxımından ən mühüm şərtdir.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yaddaşı gücləndirən dərman var ? 

Yaddaş zəifliyi və diqqət pozğunluğu son illərdə ən çox şikayət olunan problemlərdən biridir. Bir çox insan yaddaşını gücləndirmək üçün müxtəlif dərman və ya qida əlavələrinə üz tutur. Lakin mütəxəssislər bildirirlər ki, hazırda yaddaşı möcüzəvi şəkildə yaxşılaşdıran hər hansı dərman mövcud deyil. Beynin sağlam və məhsuldar işləməsinin əsas yolu onun davamlı məşq etdirilməsidir.Citypost.az xəbər verir ki, nevroloqların sözlərinə görə, insan orqanizmində olduğu kimi, beyin də işlədikcə inkişaf edir. Necə ki, əzələlər fiziki məşqlər nəticəsində güclənir, beyin də intellektual fəaliyyət hesabına daha çevik və məhsuldar olur. Buna görə də yaddaşı qorumağın və inkişaf etdirməyin ən təsirli üsulu zehni fəaliyyəti daim aktiv saxlamaqdır.Mütəxəssislər...

21 İyul 2026, 09:33

Səhər acqarına zeytun yağı içmək faydalıdırmı?

Son illər sağlam qidalanma ilə maraqlanan insanların gündəlik vərdişlərindən biri də səhər acqarına zeytun yağı qəbul etməkdir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda yayılan məlumatlarda iddia olunur ki, zeytun yağı bağırsaqları təmizləyir, həzmi yaxşılaşdırır, qaraciyərin fəaliyyətini dəstəkləyir, xolesterini azaldır və hətta arıqlamağa kömək edir. Bəs bu fikirlər nə dərəcədə doğrudur?Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, zeytun yağı dünyanın ən faydalı bitki yağlarından biri hesab olunur. Onun tərkibində orqanizm üçün vacib olan mono doymamış yağ turşuları, xüsusilə olein turşusu, E vitamini, polifenollar və güclü antioksidant maddələr mövcuddur. Bu komponentlər ürək-damar sisteminin sağlamlığının qorunmasına, iltihabi proseslərin azalmasına və hüceyrələrin sərbəst radikalların zərərli...

21 İyul 2026, 08:32

Uşaqlarda nitq ləngiməsi niyə artır? – Loqopeddən açıqlama

Son illərdə uşaqlarda nitq ləngiməsi halları nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər hesab edirlər ki, bunun səbəbi yalnız tibbi problemlərlə bağlı deyil. Bir çox hallarda valideynlərin uşaqla kifayət qədər ünsiyyət qurmaması, texnologiyadan həddindən artıq istifadə və pedaqoji baxımsızlıq da nitqin gec inkişaf etməsinə səbəb olur.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, uşağın nitqinin formalaşmasında ən vacib amillərdən biri valideynlə canlı ünsiyyətdir. Körpə ilk sözlərini eşitdiyi insanlardan öyrənir. Ana və atanın onunla danışması, nağıl oxuması, suallar verməsi, oyun zamanı ünsiyyət qurması nitq inkişafını sürətləndirən əsas amillərdəndir. Əgər bu ünsiyyət telefon, planşet və ya televiziya ilə əvəz olunursa, uşaq eşitsə də, danışmağa və ünsiyyət...

20 İyul 2026, 10:44

Diz protezi əməliyyatı necə aparılır? – Ağrısız hərəkətə aparan mərhələlər  

Diz oynağının protezləşdirilməsi müasir ortopediyanın ən uğurlu və geniş tətbiq olunan cərrahi əməliyyatlarından biridir. Dünyada hər il 4 milyondan çox insana diz protezi implantasiya olunur. Bu əməliyyat əsasən ağır diz artrozu, qığırdaqın tam aşınması, travmalar və digər degenerativ oynaq xəstəlikləri nəticəsində gündəlik hərəkətləri məhdudlaşan xəstələrə tətbiq edilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sağlam diz oynağında bud (femur) və baldır (tibia) sümüklərinin ucları xüsusi qığırdaq toxuması ilə örtülür. Bu qığırdaq sümüklərin bir-birinə sürtünməsinin qarşısını alır, hərəkəti asanlaşdırır və oynağa düşən yükü bərabər paylayır. Lakin yaşlanma, artıq çəki, travmalar və ya osteoartrit kimi xəstəliklər nəticəsində qığırdaq tədricən aşınır. Bunun nəticəsində sümüklər...

20 İyul 2026, 09:42

Kondisionerin gecə istifadəsi sağlamlıq üçün təhlükəlidirmi?

Yay aylarında havaların həddindən artıq isti keçməsi səbəbindən bir çox insan gecəni kondisioner işləyən otaqda keçirir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, kondisionerdən düzgün istifadə edilmədikdə bu, tənəffüs yolları, əzələlər və ümumi sağlamlıq üçün bir sıra problemlər yarada bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, kondisionerin gecə boyu fasiləsiz işləməsi ilk növbədə otaqdakı havanın rütubətini azaldır. Havanın həddindən artıq quruması burun selikli qişasının və boğazın qurumasına səbəb olur. Nəticədə səhər yuxudan oyandıqda boğaz ağrısı, burunda quruluq, qıcıqlanma, asqırma və hətta səs tutulması kimi narahatlıqlar yarana bilər.Mütəxəssislər bildirirlər ki, xüsusilə allergiyası, sinusit, rinit və ya astması olan insanlarda bu problemlər daha qabarıq...

20 İyul 2026, 08:39

Tərləmə həmişə xəstəlik əlaməti deyil – endokrinoloqdan vacib açıqlama  

Bir çox insan gündəlik həyatda həddindən artıq tərlədiyi üçün narahat olur, bunu xəstəlik əlaməti hesab edir və müxtəlif vasitələrdən istifadə edərək tərləmənin qarşısını almağa çalışır. Halbuki mütəxəssislər bildirirlər ki, tərləmə insan orqanizminin tamamilə təbii və həyati əhəmiyyət daşıyan fizioloji proseslərindən biridir.Citypost.az endokrinoloqların sözlərinə görə, tərləmə ilk növbədə bədənin temperatur balansını qorumağa xidmət edir. İsti hava şəraiti, fiziki aktivlik, emosional gərginlik və hormonal dəyişikliklər zamanı bədən istiliyi yüksəldikdə tərləmə mexanizmi işə düşür və orqanizm soyumağa başlayır. Məhz bu mexanizm sayəsində daxili orqanların normal fəaliyyəti qorunur.Mütəxəssislər qeyd edirlər ki, tərləmə cəmiyyətdə düşünüldüyü kimi utanılacaq və ya gizlədiləcək bir hal deyil. Əksinə, bu,...

17 İyul 2026, 10:20