Bizə yazın

Baku

-°C

USD

-

Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadılıb 

Cəmiyyət 21 İyul 2026, 11:00

702

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesinin vaxtı sentyabrın 1-dək uzadılıb.

BŞTİ-dən APA-ya verilən məlumata görə, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Bildirilib ki, modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq. Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.

Qeyd edilib ki, 2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış olub

Baş prokuror Kəlbəcər rayon prokurorluğunda və Kəlbəcər hərbi prokurorluğunda olub, prokurorluq orqanlarının kollektivləri ilə görüş keçirərək onların xidməti fəaliyyəti, vəzifə borclarının icrası, maddi-texniki təminatı, iş və sosial-məişət şəraiti ilə yerində tanış olub.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Səfər zamanı Baş prokurora prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri, o cümlədən vətəndaş müraciətlərinə baxılması barədə ətraflı məlumat təqdim edilib.Baş prokuror əməkdaşlarla keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə hüquq qaydasının, qanunçuluğun və ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu vurğulayıb.Bildirilib ki, həmin ərazilərdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət hissi ilə icrası, cinayət...

21 İyul 2026, 17:14

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağı "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.Qeyd edək ki, Mərkəzi Hospital bu günə qədər qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası köçürülməsini həyata keçirirdi.Bundan başqa, Respublika Diaqnostika Mərkəzi ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi ilə yanaşı kök hüceyrələri köçürülməsini də icra edə biləcək....

21 İyul 2026, 16:40

İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Mertsi Azərbaycana səfərə dəvət edib.Citypost.az xəbər verir ki, dövlət başçısı bunu Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.

21 İyul 2026, 16:07

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuat konfransı keçirirlər.Bu barədə Citypost.az  xəbər verir.

21 İyul 2026, 15:50

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

Azərbaycanla Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamənin mətni açıqlanıb.Citypost.az  xəbər verir ki, bəyannamədə deyilir:Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra “Tərəflər”) Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyirlər. Tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, və sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər.Tərəflər Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi irəliləyişi, xüsusilə də 2025-ci...

21 İyul 2026, 15:45

Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.Citypost.az  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Qeyd edilib ki, onlardan 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:"Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar".Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir....

21 İyul 2026, 15:23