Bizə yazın

Baku

-°C

USD

-

Madriddə bir milyon insan İspaniya millisinin qələbəsini bayram edib 

Cəmiyyət 21 İyul 2026, 09:00

581

İspaniya millisinin dünya çempionluğunu qeyd etmək üçün Madrid küçələrinə təxminən bir milyon azarkeş çıxıb.

Modern.az xəbər verir ki, ötən gün keçirilən dünya çempionatının finalında İspaniya millisi Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə çempion olub.

Vətənə qayıtdıqdan sonra komanda Zarzuela sarayında İspaniya Kralı VI Felipe və kraliça Letisiya tərəfindən qəbul edilib. Futbolçular daha sonra ölkənin baş naziri Pedro Sançesin iqamətgahına yollanıblar.

Rəsmi tədbirlər başa çatdıqdan sonra millinin futbolçularını daşıyan avtobus Madridin mərkəzi küçələri ilə şəhər meriyasına doğru hərəkət edib. İsti havaya baxmayaraq, marşrut boyunca yüz minlərlə azarkeş milli bayraqlar və yığmanın formaları ilə komandaya dəstək nümayiş etdirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, paytaxt küçələrinə təxminən bir milyon nəfər çıxıb. Bayram tədbirlərinin gecə saatlarınadək davam edəcəyi gözlənilir. Madriddə çempionluq şənlikləri iyulun 19-da gündüz saatlarından başlayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuat konfransı keçirirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuat konfransı keçirirlər.Bu barədə Citypost.az  xəbər verir.

21 İyul 2026, 15:50

Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 16 vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.Citypost.az  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Qeyd edilib ki, onlardan 9-u uşaq, 7-si qadındır. Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib:"Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar".Həmçinin bildirilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir....

21 İyul 2026, 15:23

Sumqayıtda 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb

Sumqayıt şəhərində 7 gün əvvəl itkin düşən gəncin meyiti dənizdə aşkarlanıb.Citypost.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Adil Kərimov iyulun 13-də saat 23:00 radələrində yaşadığı evdən çıxaraq Sumqayıt Bulvarı istiqamətinə yollanıb. Həmin vaxtdan etibarən ondan xəbər almaq mümkün olmayıb.Aparılan axtarış tədbirləri nəticəsində Adil Kərimovun meyiti dənizdə tapılıb.Faktla bağlı araşdırma aparılır.

21 İyul 2026, 14:20

Prokurorluq “Vital Hospital”la bağlı araşdırmaya başladı

Bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindıən bildirilib.Qeyd edək ki, sosial şəbəkədə "Vital Hospital"da ölü dölün zirzəmiyə atılması barədə məlumatlar yayılıb.

21 İyul 2026, 14:07

Yusif Seyidova yeni vəzifə verildi

Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub."Report"un yerli bürosu xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin müvafiq əmrinə əsasən, bu vəzifəyə Seyidov Yusif Mirabbas oğlu təyin edilib.Qeyd edək ki, bu təyinatadək Y.Seyidov Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

21 İyul 2026, 13:11

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

İyulun 21-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az  xəbər verir.

21 İyul 2026, 12:58