Bizə yazın

Baku

-°C

USD

-

Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard rubl tələb edir

Cəmiyyət 23 İyul 2026, 17:28

382

Azərbaycanəsilli iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti Rusiyanın “İnqosstrax” sığorta şirkətindən 2024-cü ildə törədilmiş terror aktı nəticəsində yanan “Crocus City Hall”un zərərini ödəmək üçün məhkəmə yolu ilə 1,68 milyard rubl (təxminən 36,5 milyon AZN) tələb edib.  

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. 

Bildirilib ki, sözügedən məbləğ çəkilmiş xərclərin heç 30%-ni təşkil etmir, lakin bu məbləği də almaq asan olmayacaq. Çünki terror aktı riskinin sığorta müqaviləsinə daxil edilmədiyi güman edilir. 

Məlumata görə, iddia 10 iyul tarixində icraata qəbul edilib, lakin tələblərin mahiyyəti göstərilməyib. İşdə üçüncü tərəf kimi “Crocus Group”un strukturuna daxil olan “Crocus Finance” MMC, “Qazprombank” və PSB bankı çıxış edirlər. 

Qeyd edək ki, Araz Ağalarovun oğlu Emin Ağalarov “Crocus City Hall”da baş verən terror aktı nəticəsində “Crocus Group” şirkətinə dəyən zərərin təxminən 150-200 milyon dollar (təxminən 255-340 milyon AZN) təşkil etdiyini bildirmişdi. Bunlardan təxminən 100 milyon dollarını (təxminən 170 milyon AZN) analoji obyektin tikintisinə çəkiləcək potensial xərclər təşki edir. Baş Prokurorluğun qiymətləndirməsinə görə isə, terror aktı nəticəsində dəymiş zərərin məbləği ümumilikdə 5,7 milyard rubl (təxminən 123,6 milyon AZN) təşkil edir. 

Faciədən sonra “İnqosstrax” şirkətinin nümayəndələri müqaviləyə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirəcəklərini bildiriblər. Eyni zamanda, şirkətin mətbuat xidməti “terror aktı” riskinin müştəri tərəfindən sığorta polisinə daxil edilmədiyini bəyan edib. 2024-cü ildə zərərçəkmişlərin nümayəndələri sığortaçıya qarşı iddia qaldırıb. Məhkəmə təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi üzrə istintaqın hələ başa çatmamasını əsas gətirərək iddianı rədd edib. Həmin il Emin Ağalarov sığortanın terror aktından dəyən zərərin 1/40 hissəsindən çoxunu əhatə etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da terror aktı törədilib. Hücum nəticəsində binada olan şəxslərə atəş açılıb, konsert zalı isə yandırılıb. Terror aktı zamanı 145 nəfər həlak olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əcəmi Naxçıvaninin Naxçıvanda ucaldılan abidəsinin ilk görüntüsü

Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılıb.Citypost.az anz.az-a istinadən xəbər verir ki, abidə Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” İstirahət Kompleksində yerləşdirilib.Qeyd edək ki, Prezident İlham Əliyevin 18 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna xidmətləri olan Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması nəzərdə tutulmuşdu.

23 İyul 2026, 18:54

Yarım ildə qatarlara 21 daşatma hadisəsi qeydə alınıb

Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılması halı qeydə alınıb.Citypost.az bu barədə ADY-yə istinadən xəbər verir.Məlumata görə, baş verən hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi təhdid altında qalıb. Bu kimi qanunazidd əməlləri həyata keçirən şəxslər hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək qanunvericiliyə müvafiq qaydada məsuliyyətə cəlb olunur."Yetkinlik yaşına çatmayanların bu cür hərəkətlər törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə müəyyən edilmiş məsuliyyəti daşıyırlar", - QSC bildirir.ADY valideynlərə müraciət edərək xahiş edir ki, övladlarını bu cür təhlükəli hərəkətlərdən uzaq tutsunlar və onlarla...

23 İyul 2026, 18:39

Qəsdən adam öldürməyə cəhd edənlərin məhkəməsi başlayır

Əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfər ifşa edilib.Citypost.az  xəbər verir ki, cinayət işlərindən biri üzrə aparılmış istintaqla Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Məmişov Əhməd Nurəddin oğlunun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Bəyzadlı Orxan Ramiz oğlunu qəsdən öldürməyə iki dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin...

23 İyul 2026, 18:22

Koretski: Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb 

Ukrayna yeni dördillik genişləndirilmiş maliyyələşdirmə proqramı (EFF) çərçivəsində Beynəlxalq Valyuta Fondundan (IMF) təxminən 690 milyon dollar məbləğində ikinci tranşı alıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski sosial şəbəkələrdə məlumat verib."Vəsaitlər artıq dövlət büdcəsinə daxil olub və makromaliyyə sabitliyinin dəstəklənməsinə, xüsusilə də prioritet xərclərin maliyyələşdirilməsinə yönəldiləcək", - o yazıb.

23 İyul 2026, 18:05

Azərbaycanda 6 avtobus marşrutu üzrə müsabiqə elan edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz, Mingəçevir-Yevlax, Yevlax-Mingəçevir və Mingəçevir-Bərdə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə Citypost.az-a AYNA-dan məlumat verilib.Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.Sənədlər 21 avqust 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.Müsabiqəyə əsas...

23 İyul 2026, 18:00

Ermənistranda II Qareginə hörmətsizlik 

Bütün ermənilərin katolikosu II Qareginə Ermənistan parlamentinin 9-cu çağırışının ilk iclasında iştirak etmək üçün hələ rəsmi dəvət göndərilməyib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Eçmiədzin kilsəsinin keşişi Ter Yesaya Artenyan bildirib.Onun sözlərinə görə, katolikosun parlamentin ilk iclasında iştirakı "Milli Assambleyanın Reqlamenti haqqında" konstitusiya qanununda nəzərdə tutulsa da, indiyədək rəsmi dəvət göndərilməyib."Yeni məlumat olarsa, ictimaiyyətə açıqlanacaq", – deyə o bildirib.Bundan əvvəl Ermənistan KİV-ləri II Qareginin ölkə tarixində ilk dəfə parlamentin yeni çağırışının ilk iclasında iştirak etməyəcəyi barədə məlumat yaymışdı.Qanunvericiliyə əsasən, parlamentin ilk iclasında Ermənistan Prezidenti və Bütün ermənilərin katolikosu təbrik nitqi ilə çıxış etmək hüququna malikdir. Əvvəlki bütün...

23 İyul 2026, 17:50