Qəsdən adam öldürməyə cəhd edənlərin məhkəməsi başlayır
Cəmiyyət 23 İyul 2026, 18:22
317
Əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə birgə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfər ifşa edilib.
Citypost.az xəbər verir ki, cinayət işlərindən biri üzrə aparılmış istintaqla Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Məmişov Əhməd Nurəddin oğlunun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Bəyzadlı Orxan Ramiz oğlunu qəsdən öldürməyə iki dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla onun qəsdən öldürülməsinə cəhd göstərilib. Bu niyyət baş tutmadığından, sonradan Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən "Daşburun" dəmiryol stansiyasının yaxınlığında zərərçəkmiş şəxsə mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə həmin cinayət əməlini başa çatdırmağa növbəti cəhd edilib.
Toplanmış kifayət qədər sübutlar əsasında Əhməd Məmişova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.10, 157.2, 221.3, 228.2.1 və 228.2.2-ci, Muxamed (Mukhamed) Abdullayevə isə həmin Məcəllənin 29,120.2.1, 157.2, 221.3 və 228.2.1-ci maddələri ilə ittiham elan edilib.
Digər cinayət işi üzrə isə aparılmış istintaqla Beyləqan rayon sakini Muradov Rahil Mənsim oğlunun müxtəlif vaxtlarda qabaqcadan əlbir olan bir qrup şəxs halında transmilli narkotik qaçaqmalçılığı ilə məşğul olmasına, narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini təşkil etməsinə, Azərbaycan Respublikasının dövlət sərhədini dəfələrlə qanunsuz keçməsinə, qanunsuz silah dövriyyəsində iştirak etməsinə, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törətməsinə və ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda digər şəxslərlə qabaqcadan əlbir olaraq İran İslam Respublikasından külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirərək satış məqsədilə qanunsuz dövriyyəsini təşkil edib. Bundan başqa, dövlət sərhədini qanunsuz keçdikdən sonra digər şəxslərlə birlikdə odlu silahları, onların komplekt hissələrini və döyüş sursatlarını qanunsuz əldə edib, saxlayıb və daşıyıb, odlu silah tətbiq etməklə qərəzli xuliqanlıq törədib, habelə ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən ağır zərər vurub. Həmçinin növbəti qanunsuz dövlət sərhədini keçmə halında digər şəxslə qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini həyata keçirməsinə dair kifayət qədər sübutlar toplanıb.
Toplanmış kifayət qədər sübutlar əsasında Rahil Muradova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4, 206.3.1, 206.3.2, 221.3, 228.2.1, 228.2.2, 229.2.1, 234.4.1, 234.4.2, 234.4.3 və 318.1-ci, Ceyhun Əhmədova həmin Məcəllənin 126.2.1, 126.2.4, 221.3, 228.2.1, 228.2.2 və 229.2.1-ci, Samir Məmmədova isə 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib.
Hər iki cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə və Bakı Hərbi Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Rusiya Xəzərlə bağlı əməkdaşlığı müzakirə edib
23 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentinin köməkçisi, Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyevi qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.Görüş zamanı, Azərbaycan ilə Rusiya arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq, COP məsələləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular müzakirə olunub.Nazir Ceyhun Bayramov COP-29 Sədrliyi çərçivəsində Azərbaycanın qazandığı təcrübə və əldə etdiyi nəticələr, ölkəmizin COP-31-in Sədrliyini həyata keçirəcək Avstraliya və ev sahibi Türkiyə ilə sıx əməkdaşlığı barədə məlumat verib.Görüşdə Xəzər dənizi üzrə ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Bu çərçivədə Xəzər dənizi ilə...
23 İyul 2026, 19:38
Əcəmi Naxçıvaninin Naxçıvanda ucaldılan abidəsinin ilk görüntüsü
Naxçıvan şəhərində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılıb.Citypost.az anz.az-a istinadən xəbər verir ki, abidə Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” İstirahət Kompleksində yerləşdirilib.Qeyd edək ki, Prezident İlham Əliyevin 18 sentyabr 2025-ci il tarixli Sərəncamına əsasən, orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna xidmətləri olan Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması nəzərdə tutulmuşdu.
23 İyul 2026, 18:54
Yarım ildə qatarlara 21 daşatma hadisəsi qeydə alınıb
Bu ilin yanvar-iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılması halı qeydə alınıb.Citypost.az bu barədə ADY-yə istinadən xəbər verir.Məlumata görə, baş verən hadisələr nəticəsində qatarlara maddi ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi təhdid altında qalıb. Bu kimi qanunazidd əməlləri həyata keçirən şəxslər hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək qanunvericiliyə müvafiq qaydada məsuliyyətə cəlb olunur."Yetkinlik yaşına çatmayanların bu cür hərəkətlər törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə müəyyən edilmiş məsuliyyəti daşıyırlar", - QSC bildirir.ADY valideynlərə müraciət edərək xahiş edir ki, övladlarını bu cür təhlükəli hərəkətlərdən uzaq tutsunlar və onlarla...
23 İyul 2026, 18:39
Koretski: Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb
Ukrayna yeni dördillik genişləndirilmiş maliyyələşdirmə proqramı (EFF) çərçivəsində Beynəlxalq Valyuta Fondundan (IMF) təxminən 690 milyon dollar məbləğində ikinci tranşı alıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski sosial şəbəkələrdə məlumat verib."Vəsaitlər artıq dövlət büdcəsinə daxil olub və makromaliyyə sabitliyinin dəstəklənməsinə, xüsusilə də prioritet xərclərin maliyyələşdirilməsinə yönəldiləcək", - o yazıb.
23 İyul 2026, 18:05
Azərbaycanda 6 avtobus marşrutu üzrə müsabiqə elan edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Lənkəran-Masallı, Masallı-Lənkəran, Bakı-Xaçmaz, Mingəçevir-Yevlax, Yevlax-Mingəçevir və Mingəçevir-Bərdə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə Citypost.az-a AYNA-dan məlumat verilib.Bildirilib ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.Sənədlər 21 avqust 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.Müsabiqəyə əsas...
23 İyul 2026, 18:00
Ermənistranda II Qareginə hörmətsizlik
Bütün ermənilərin katolikosu II Qareginə Ermənistan parlamentinin 9-cu çağırışının ilk iclasında iştirak etmək üçün hələ rəsmi dəvət göndərilməyib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Eçmiədzin kilsəsinin keşişi Ter Yesaya Artenyan bildirib.Onun sözlərinə görə, katolikosun parlamentin ilk iclasında iştirakı "Milli Assambleyanın Reqlamenti haqqında" konstitusiya qanununda nəzərdə tutulsa da, indiyədək rəsmi dəvət göndərilməyib."Yeni məlumat olarsa, ictimaiyyətə açıqlanacaq", – deyə o bildirib.Bundan əvvəl Ermənistan KİV-ləri II Qareginin ölkə tarixində ilk dəfə parlamentin yeni çağırışının ilk iclasında iştirak etməyəcəyi barədə məlumat yaymışdı.Qanunvericiliyə əsasən, parlamentin ilk iclasında Ermənistan Prezidenti və Bütün ermənilərin katolikosu təbrik nitqi ilə çıxış etmək hüququna malikdir. Əvvəlki bütün...
23 İyul 2026, 17:50