Azərbaycanda işçilərin ezamiyyə qaydalarında dəyişiklik edilib
Cəmiyyət 23 İyul 2026, 15:06
450
Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib.
Citypost.az xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.
Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycanda işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Perinatal Mərkəzdəki yanğınla bağlı hökmdən apellyasiya verildi
Respublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri Elnur Əhmədli və Hamlet Mustafayev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.Citypost.az xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə baxılacaq.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda...
23 İyul 2026, 16:27
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.Məlumata əsasən, ümumi uzunluğu 23 kilometr (km) olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi məhsuldarlığı gün ərzində 100 000 kubmetr olan tullantı sutəmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək:"Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Lökbatan tullantı sutəmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan Yasamal, Badamdar, Bayıl, Bibiheybet massivlərini əhatə edəcək".Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün...
23 İyul 2026, 16:20
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.Bu barədə Citypost.az-a Mətbuat Şurasından məlumat verilib.Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Rauf Arifoğlu Azərbaycan cəmiyyətinin nəzərində ömrünü jurnalistikaya, ictimai-siyasi fəaliyyətə həsr etmiş həmkar, qayğıkeş rəhbər və bacarıqlı media idarəçisidir: "Rauf Arifoğlu, eyni zamanda, jurnalistika naminə hər cür fədakarlığa qatlaşmağın, azad sözün imkanlarını cəmiyyətin inkişafı naminə səfərbər etməyin nümunəsidir. Rauf Arifoğlunun ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində vüsət almış milli azadlıq hərəkatı və müstəqillik yolunda oynadığı rolu xarakterizə edən cəhətlərdən biri də...
23 İyul 2026, 16:17
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb.Citypost.az-ın xəbərə görə, maddi-mədəniyyət nümunələri rayon ərazisində Narbağı adlanan sahədə park salınması zamanı üzə çıxıb.Ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd ədəd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri tapılıb.Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.Aşkarlanan maddi-mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxara biləcəyi ehtimal olunur....
23 İyul 2026, 15:47
Azərbaycanda əhalini ən çox aldadan şirkətlər açıqlandı
Saxta məhsulların dövriyyəsi, istehlakçı hüquqlarının pozulması və müxtəlif məhsul qrupları üzrə daxil olan şikayətlər uzun illərdir aktual mövzulardan biridir. Xüsusilə son illərdə texnologiyaların sürətli inkişafı, onlayn ticarətin genişlənməsi və bazara yeni məhsulların çıxması istehlakçı müraciətlərinin məzmununa da təsir göstərib. Belə ki, istehlakçılardan hazırda ən çox hansı məhsul və xidmətlərlə bağlı şikayətlərin daxil olması, problemlərin daha çox hansı satış sahələrində müşahidə edilməsi, eləcə də son illərdə şikayətlərin istiqamətində baş verən dəyişikliklər diqqət çəkən məsələlər sırasındadır.Citypost.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, istehlakçılardan daxil olan şikayətlərin palitrası illər keçdikcə dəyişir. Onun sözlərinə görə, 20 il...
23 İyul 2026, 15:24
Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edilib
Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib.Citypost.az xəbər verir ki,bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.Dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib."Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin...
23 İyul 2026, 15:02