Azərbaycanda əhalini ən çox aldadan şirkətlər açıqlandı
Cəmiyyət 23 İyul 2026, 15:24
466
Saxta məhsulların dövriyyəsi, istehlakçı hüquqlarının pozulması və müxtəlif məhsul qrupları üzrə daxil olan şikayətlər uzun illərdir aktual mövzulardan biridir. Xüsusilə son illərdə texnologiyaların sürətli inkişafı, onlayn ticarətin genişlənməsi və bazara yeni məhsulların çıxması istehlakçı müraciətlərinin məzmununa da təsir göstərib. Belə ki, istehlakçılardan hazırda ən çox hansı məhsul və xidmətlərlə bağlı şikayətlərin daxil olması, problemlərin daha çox hansı satış sahələrində müşahidə edilməsi, eləcə də son illərdə şikayətlərin istiqamətində baş verən dəyişikliklər diqqət çəkən məsələlər sırasındadır.
Citypost.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, istehlakçılardan daxil olan şikayətlərin palitrası illər keçdikcə dəyişir. Onun sözlərinə görə, 20 il əvvəl ən çox şikayətlər stasionar telefonlarla bağlı olurdu:
“İnsanlar danışmadığı halda onlara ödəniş gəlirdi. Radiotelefonlar meydana çıxmışdı. Biri danışırdı, pul gedirdi o birisinə və sair. Lakin bu sahədə ciddi islahatlar aparıldı. Demək olar ki, son 15-18 ildə oradan şikayətlər sıfıra enib”.
O qeyd edib ki, yeni texnologiyalar, yeni mallar və xidmətlər yarandıqca istehlakçı şikayətlərinin istiqaməti də dəyişir:
“Son 8 ildə ən çox şikayət olunan mallar arasında birinci yerdə mürəkkəb texniki cihazlar dayanır. Kompüterlər, telefonlar, paltaryuyan maşınlar və digər texniki vasitələr daim yenilənir, mürəkkəbləşir. Bu dəyişikliklərlə paralel olaraq istehlakçı hüquqlarının pozulması halları da artır”.
Onun sözlərinə görə, mürəkkəb texniki cihazların satışı sahəsində ən çox şikayət olunan şəbəkə “Kontakt Home” şirkətidir:
“Azərbaycanda bu malları satan firmalar sanki istehlakçıları aldatmaq üçün yarışa giriblər. Burada da birinciliyi "Kontakt Home" əldən vermir. Neçə illərdir istehlakçıları aldatmaqda birinci yerdə dayanır. "Pulunu verdin – itil cəhənnəmə" prinsipi işləyir. Malı aldın, qurtardı, qapılar bağlandı. Məhsulu geri qaytarmaq və ya dəyişmək demək olar ki, mümkün olmur”.
E.Hüseynov bildirib ki, Azad İstehlakçılar Birliyi 30 il ərzində şirkət rəhbərliyi ilə bir dəfə də olsun görüşə bilməyib:
“Mən dəfələrlə İqtisadiyyat Nazirliyinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə demişəm ki, bu malları satan şirkətlərin nümayəndələrini toplayın, mənim onlara beş dəqiqəlik sözüm var. Təəssüf ki, bunu təşkil etməyiblər”.
Birlik sədri mürəkkəb texniki cihazların satışı sahəsində “Baku Electronics” barədə də çoxsaylı müraciətlər daxil olduğunu deyib:
“Hazırda da "Baku Electronics"dən bir neçə şikayət var. Danışıq yolu ilə məsələləri həll etmək demək olar ki, mümkün olmur. Ümumiyyətlə, əlaqə yaradacaq adam tapılmır. Məcbur olub Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik. Onlar da şirkətə məktub göndərirlər. Şirkət istehlakçıya nə cavab veribsə, həmin cavabı olduğu kimi köçürüb həm bizə, həm də şirkətə göndərirlər və sonda yazırlar ki, məhkəməyə müraciət edin”.
Eyyub Hüseynov onlayn satış sahəsində də ciddi problemlərin olduğunu bildirib:
“Mürəkkəb texniki vasitələrin onlayn satışında da böyük problemlər var. Bu sahədə aldatmalar çox geniş yayılıb”.
Bununla yanaşı, onun sözlərinə görə, şikayət daxil olmayan şirkətlər də var:
Həmçinin oxuyun
“Haqq naminə deməliyəm ki, "İrşad Telecom"dan və "Smart Electronics"dən şikayət gəlmir. Uzun illər "Music Gallery"dən də şikayət olmurdu. "Kontakt Home" gördü ki, rəqibi olan "Music Gallery"dən şikayət yoxdur, məşhur fənd işlətdi: rəqibinə gücün çatmırsa, onu al. Onu da aldı, özünə birləşdirdi”.
Azad İstehlakçılar Birliyinin sədri parfümeriya bazarında da problemlərin davam etdiyini vurğulayıb:
“Parfümeriya bazarını illər əvvəl dəfələrlə araşdırmışıq. Həddindən artıq çirklənmiş bazardır. "Sabina" şirkəti fəaliyyət göstərən dövrdə bazarda müəyyən rahatlıq var idi. Lakin həmin şirkəti başqa qurum aldıqdan sonra bazar yenidən zibilləndi. Xüsusilə ətirlərlə bağlı şikayətlər gəlir. Bu problemləri də danışıq yolu ilə həll etmək, rəhbərliklə əlaqə yaratmaq mümkün olmur”.
O bildirib ki, Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən, parfümeriya məhsulları dəyişdirilməsi və geri qaytarılması mümkün olmayan mallar siyahısındadır:
“Xüsusən ətirlər həmin siyahıya daxildir. Buna görə də istehlakçılar çıxılmaz vəziyyətdə qalırlar”.
E.Hüseynov qeyd edib ki, qızıl bazarında vəziyyət müsbət istiqamətdə dəyişməyə başlayıb:
“Artıq bu sahədə dövlət qurumu fəaliyyət göstərir. Halbuki illər boyu qızıl bazarında ciddi problemlər yaşanırdı”.
Onun sözlərinə görə, ərzaq malları arasında ən çox saxtalaşdırılan məhsullar spirtli içkilərdir:
“Spirtli içkilərin müəyyən saxlanma müddəti var. Araqların saxlanma müddəti bir ildən artıq deyil, şərabların altı aydan artıq deyil, konyakların isə üç ildən artıq deyil. Amma bazarda satılan məhsulların böyük hissəsində nə istehsal tarixi, nə də son istifadə müddəti göstərilir. İstehlakçıları çağırıram ki, bu məlumatlar yazılmayan spirtli içkilərdən uzaq dursunlar”.
Birlik sədri əlavə edib ki, ikinci ən problemli məhsul qrupu içməli sulardır:
“Əhalinin sularla bağlı ciddi narazılığı var. Su şirkətləri sanki yarışa giriblər. Xüsusən evlərə çatdırılan 20 litrlik sularda istehlakçı ayırd edə bilmir ki, bu su birbaşa krantdan doldurulub, yoxsa həqiqətən təmizlənib. Bu sahədə də böyük problemlər yaşanır”.
Eyyub Hüseynov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə də toxunub:
“Qida Təhlükəsizliyi Agentliyi bazara nəzarət edir, məhsulların tərkibini və etiket məlumatlarını araşdırır. Lakin çox nadir hallarda standartlara uyğun olmayan məhsulların adını açıqlayır. Halbuki istehlakçıya məhz məhsulun adı lazımdır. İndiyədək əsasən bəzi suların, qənd və şəkərin adlarını açıqlayıblar. Bu yaxınlarda isə standartlara uyğun olmayan yağlarla bağlı məhsulların adını çəkmədilər, ümumi şəkildə "belə yağlar var" dedilər. Bu məsələdə böyük qeyri-şəffaflıq mövcuddur”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağalarovun şirkəti “Crocus City Hall”a görə 1,68 milyard rubl tələb edir
Azərbaycanəsilli iş adamı Araz Ağalarovun “Crocus Group” şirkəti Rusiyanın “İnqosstrax” sığorta şirkətindən 2024-cü ildə törədilmiş terror aktı nəticəsində yanan “Crocus City Hall”un zərərini ödəmək üçün məhkəmə yolu ilə 1,68 milyard rubl (təxminən 36,5 milyon AZN) tələb edib. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Bildirilib ki, sözügedən məbləğ çəkilmiş xərclərin heç 30%-ni təşkil etmir, lakin bu məbləği də almaq asan olmayacaq. Çünki terror aktı riskinin sığorta müqaviləsinə daxil edilmədiyi güman edilir. Məlumata görə, iddia 10 iyul tarixində icraata qəbul edilib, lakin tələblərin mahiyyəti göstərilməyib. İşdə üçüncü tərəf kimi “Crocus Group”un strukturuna daxil olan “Crocus Finance” MMC, “Qazprombank” və...
23 İyul 2026, 17:28
Azərbaycan və Çin enerji əməkdaşlığını genişləndirir
Azərbaycan və Çin arasında mineral resurslar və su ehtiyatlarının idarə edilməsi müzakirə olunub.Citypost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib."PowerChina Resources Ltd." şirkətinin prezidenti Yanq Tianfu ilə görüşümüzdə Azərbaycan-Çin yaşıl enerji məkdaşlığının prioritet istiqamətlərini və birgə təşəbbüslərin perspektivlərini vurğuladıq. Günəş və külək elektrik stansiyalarının inşası çərçivəsində görülən işlər, dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak, enerji, mineral resurslar və su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik",-deyə nazir qeyd edib....
23 İyul 2026, 17:19
Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini müvəqqəti dayandırıb
Xəzər Boru Kəməri Konsorsiumunun neft kəməri neft nəqlini müvəqqəti dayandırıb."Report" xəbər verir ki, bu barədə Qazaxıstan mediası konsorsiumun mətbuat xidmətinə istinadən məlumat yayıb.Bununla yanaşı, qeyd edilib ki, Xəzər Boru Kəməri Konsorsiumunun obyektləri normal hazırlıq rejimindədir.Xəzər Boru Kəməri Konsorsiumu terminalından neftin aşırılması ötən həftənin sonunda, tankerlər PUA hücumuna məruz qaldığı vaxt dayandırılmışdı.Qazaxıstanın ixrac etdiyi neftin 80 %-i Xəzər Boru Kəməri Konsorsiumu boru kəməri vasitəsilə nəql olunur....
23 İyul 2026, 17:00
Perinatal Mərkəzdəki yanğınla bağlı hökmdən apellyasiya verildi
Respublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri Elnur Əhmədli və Hamlet Mustafayev barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.Citypost.az xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə baxılacaq.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda...
23 İyul 2026, 16:27
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.Məlumata əsasən, ümumi uzunluğu 23 kilometr (km) olan Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi məhsuldarlığı gün ərzində 100 000 kubmetr olan tullantı sutəmizləyici qurğunun qurulması nəticəsində bir sıra qəsəbələrin kanalizasiya təchizatı təmin ediləcək:"Həmçinin bu işlər çərçivəsində Bakı buxtasının, Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyəti yaxşılaşdırılacaq. Lökbatan tullantı sutəmizləyici qurğusu layihəsi birinci mərhələdə Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan Yasamal, Badamdar, Bayıl, Bibiheybet massivlərini əhatə edəcək".Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün...
23 İyul 2026, 16:20
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 60 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.Bu barədə Citypost.az-a Mətbuat Şurasından məlumat verilib.Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Rauf Arifoğlu Azərbaycan cəmiyyətinin nəzərində ömrünü jurnalistikaya, ictimai-siyasi fəaliyyətə həsr etmiş həmkar, qayğıkeş rəhbər və bacarıqlı media idarəçisidir: "Rauf Arifoğlu, eyni zamanda, jurnalistika naminə hər cür fədakarlığa qatlaşmağın, azad sözün imkanlarını cəmiyyətin inkişafı naminə səfərbər etməyin nümunəsidir. Rauf Arifoğlunun ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində vüsət almış milli azadlıq hərəkatı və müstəqillik yolunda oynadığı rolu xarakterizə edən cəhətlərdən biri də...
23 İyul 2026, 16:17