İmişlidə yeni DOST filialı fəaliyyətə başlayıb
Cəmiyyət 24 İyul 2026, 18:07
484
DOST xidmətləri şəbəkəsinin regionlarda genişləndirilməsi tədbirlərinin davamı olaraq, İmişli rayonunda yeni DOST filialı fəaliyyətə başlayıb.
Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev burada yaradılmış şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və iş prosesi ilə maraqlanıblar.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların mühüm istiqamətlərindən biri vətəndaşlara göstərilən sosial xidmətlərin müasir standartlar əsasında təşkili və onların əlçatanlığının artırılmasıdır. Bu baxımdan, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST modeli vətəndaşyönümlü yanaşması, şəffaf fəaliyyəti və innovativ idarəetmə prinsipləri ilə seçilir, beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi tanınır.
DOST konsepsiyasının dövlət sosial xidmətlərini "bir pəncərə" prinsipi əsasında müasir, operativ və şəffaf formada təqdim etdiyi, bu model üzrə göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun 98,9 faiz olduğu qeyd edilib.
Həmçinin oxuyun
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib ki, 9 əməkdaşla fəaliyyət göstərəcək filialda gün ərzində orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. İmişli şəhəri, A. Şadlınski küçəsi 8A ünvanında yerləşən filialın 2 mərtəbəli inzibati binası müasir memarlıq həlləri əsasında layihələndirilib. Binanın ümumi sahəsi 698,1 kvadratmetrdir.
A.Əliyev filialda xidmətlərin keyfiyyətlə göstərilməsinin, müraciətlərə operativ baxılmasının, vətəndaş məmnunluğunun daim yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğulayaraq müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.
İmişli filialının da istifadəyə verilməsi ilə hazırda ölkə üzrə 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şamaxıda iqlim danışıqçılarının üçüncü qeyri-rəsmi toplantısı keçirilib
Şamaxıda Azərbaycanın təşkilatçılığı və ev sahibliyi, eləcə də COP31-ə sədrlik edən Türkiyə və Avstraliya ilə əməkdaşlıq əsasında iyulun 22-23-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrlərinin və UNFCCC-yə tərəf olan bir sıra dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin üçüncü qeyri-rəsmi toplantısı keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, tədbirdə 34 ölkədən və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib. İştirakçı dövlətlər tədbirdə nazir, nazir müavini, dövlət başçılarının iqlim məsələləri üzrə nümayəndələri, UNFCCC-nin danışıqlar qrupları və tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəli rəsmilər səviyyəsində təmsil olunub.Şamaxı Toplantısının mövzusu da əvvəlki illərdə...
24 İyul 2026, 20:13
Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub
Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatının medalları təqdim olunub.Azərbaycan Güləş Federasiyasından Citypost.az-a verilən məlumata görə, çempionatın medalları özünəməxsus dizaynı ilə seçilir.Medalın kənarlarında Azərbaycanın zəngin mədəni irsini əks etdirən milli xalçaçılıq naxışlarından istifadə olunub.Bu elementlər yarışın ev sahibi olan Azərbaycanın tarixi-mədəni dəyərlərini ön plana çıxarmaqla yanaşı, medallara xüsusi estetik görünüş qazandırır.Diametri 10 santimetr olan medallardan ümumilikdə 120 ədəd hazırlanıb. Yarışda 30 qızıl, 30 gümüş və 60 bürünc medal sahibini tapacaq.Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək....
24 İyul 2026, 20:10
Hesablama Palatası 160 milyon manatlıq nöqsan aşkarlayıb
Hesablama Palatası I yarımildə 160 milyon manatdan çox nöqsan aşkarlayıbBu ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 160,3 milyon manat məbləğində nöqsan aşkarlanıb.Citypost.az bu barədə qurumun açıqladığı altı aylıq fəaliyyət nəticələrinə istinadən xəbər verir.Məlumata görə, aşkar edilmiş nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manat təşkil edib.Hesabat dövründə Hesablama Palatası 33 nəzarət tədbiri həyata keçirib. Bunlardan 20-si uyğunluq auditi, 2-si maliyyə auditi, 8-i səmərəlilik auditi, 3-ü isə analitik fəaliyyət olub.Nəzarət tədbirləri təhsil, əsaslı vəsait qoyuluşu, ümumi dövlət xidmətləri, su...
24 İyul 2026, 19:28
İran "Amazon" məlumat mərkəzinə hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndə "Amazon" məlumat mərkəzinə hücum elan edib.Citypost.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. İİKK iddia edir ki, obyekt "məhv edilib" və ABŞ üçün kəşfiyyat məlumatları toplamaq üçün istifadə edilib."Amazon" və Bəhreyn hakimiyyəti hələlik İranın açıqlamaları ilə bağlı şərh verməyib. (UNKİAL)
24 İyul 2026, 19:23
Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul edib
Bu gün energetika naziri Pərviz Şahbazov Goranboy şəhərində vətəndaşları qəbul edib.Citypost.az nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik sayğaclarının quraşdırılması, elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti və fasilələrlə verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, transformatorun yerinin dəyişdirilməsi, kəndin elektrik təşərrüfatının yenilənməsi, elektrik verilişi xətlərinin mühafizə zonası və digər məsələlərə dair müraciətləri dinlənilib.Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Abşeron, Goranboy, Göyçay rayonlarından və Bakı, Mingəçevir, Naftalan şəhərlərindən olan 38 vətəndaş iştirak edib....
24 İyul 2026, 19:00
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib
Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi...
24 İyul 2026, 18:55