Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub 

Cəmiyyət 24 İyul 2026, 17:06

445

Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cənubi Koreyanın Busan şəhərində keçirilən UNESCO-nun 48-ci Ümumdünya İrs Komitəsinin sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Xarici İşlər Nazirliyinin dəstəyi ilə "Sustainable and Empowering Cultural Revitalization (SECURE) Model: Best Practices for Post-Conflict Cultural Recovery" mövzusunda beynəlxalq panel təşkil edilib.

Paneldə Azərbaycanın post-münaqişə dövründə mədəni irsin qorunması, bərpası və yenidən canlandırılması istiqamətində hazırladığı SECURE Modeli beynəlxalq ekspert ictimaiyyətinə təqdim olunub. Modelin UNESCO-nun ən nüfuzlu platformalarından birində ayrıca müzakirəyə çıxarılması Azərbaycanın bu sahədə formalaşdırdığı təcrübəyə beynəlxalq marağın və etimadın göstəricisidir.

Tədbirdə UNESCO-nun Ümumdünya İrs Mərkəzi, ICCROM, ICOMOS və ICESCO-nun nümayəndələri iştirak ediblər.

Paneli açan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və mədəni dirçəliş işləri barədə məlumat verərək bildirib ki, SECURE Modeli Azərbaycanın praktik təcrübəsinə əsaslanan və digər post-münaqişə ölkələri üçün də tətbiq oluna biləcək innovativ yanaşmadır.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən paneldə beynəlxalq təşkilatların nümayəndələri post-münaqişə dövründə mədəni irsin qorunması, institusional əməkdaşlıq, potensialın gücləndirilməsi və yerli icmaların prosesə cəlb olunması məsələlərini müzakirə ediblər. Çıxışlarda SECURE Modelinin beynəlxalq əməkdaşlıq üçün perspektivli platforma olduğu vurğulanıb, onun müxtəlif ölkələrdə tətbiqi və metodoloji inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi dəstəklənib.

Qeyd edək ki, SECURE Modeli ilk dəfə 2026-cı ildə Bakıda keçirilmiş XIII Ümumdünya Şəhər Forumunda təqdim olunub. UNESCO-nun Ümumdünya İrs Komitəsində modelə həsr olunmuş ayrıca panelin təşkili Azərbaycanın post-münaqişə dövründə mədəni irsin bərpası sahəsində formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə tanınmasının növbəti mühüm göstəricisidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin komandanı Gürcüstana səfər edib 

NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin (JFTC) komandanı general-mayor Boqdan Rıçerski işgüzar səfərlə Gürcüstanda olub.Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.General səfər çərçivəsində ölkənin Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze ilə görüş keçirib.Tərəflər Gürcüstan Müdafiə Qüvvələrinin imkanları və hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.NATO-nun Birləşmiş Qüvvələrinin Təlim Mərkəzinin komandanı NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) olub. Burada keçirilən görüşdə təlim mərkəzləri arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın və JTEC-in inkişafında JFTC-nin göstərdiyi mühüm dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb.Səfər çərçivəsində Boqdan Rıçerski JTEC-in tərkibində fəaliyyət göstərən Döyüş Hazırlığı Mərkəzini (CTC) də ziyarət edib....

24 İyul 2026, 17:00

Bəhreyn ordusu İrana qarşı hazır vəziyyətə gətirildi 

İrandan Bəhreynə hava hücumu Silahlı Qüvvələr tərəfindən dəf edilib.Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.Açıqlamada İrandan hücumunun qarşısının alındığı, dronlar və raketlərin zərərsizləşdirildiyi bildirilib.Qeyd edilib ki, mülki şəxsləri və infrastrukturu hədəf almaq üçün raket və dronlardan qəsdən istifadə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı əlavə edib ki, ölkənin bütün silahları və bölmələri ölkəni qorumaq üçün ən yüksək səviyyədə hazırlıq vəziyyətindədir....

24 İyul 2026, 16:45

Peskov: Rusiya Ukrayna böhranı ilə bağlı ABŞ-dən yeni təkliflər gözləyəcək 

Rusiya Ukrayna böhranı ilə bağlı ABŞ-dən yeni təkliflər gözləyəcək."Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.Onun sözlərinə görə, ölkə Ukrayna ilə bağlı təklif və müzakirələrə açıqdır, lakin onlar Moskva üçün məqbul olmalıdır.

24 İyul 2026, 16:28

Xocalı və Ağdərə rayonlarına növbəti köç olub

İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayon üzrə ümumilikdə 202 nəfərdən ibarət 53 ailə qayıdıb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, sakinlərin qarşılanma və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru müavini Mahmud Əfəndiyev iştirak ediblər.S. Qəhrəmanov çıxışında doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara öz evlərində xoşbəxt və firavan həyat arzulayıb....

24 İyul 2026, 16:20

Banqladeşin prezidenti istefa verib 

Banqladeşin Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib."Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb."Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm", - o, qərarının səbəbi ilə bağlı suala cavab verərkən bildirib.Prezidentin istefası ilə əlaqədar Milli Parlamentin spikeri Hafiz Uddin Əhməd təcili mətbuat konfransı çağırıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısı seçilənədək prezidentin səlahiyyətlərini parlamentin spikeri icra edəcək.Qeyd edək ki, M.Şahabuddin 2011-ci ildən 2016-cı ilədək Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının komissarı vəzifəsində çalışıb, 2023-cü ildə Banqladeşin 22-ci prezidenti kimi and içib....

24 İyul 2026, 16:08

Prokurorluq 355 qanunsuz qərarı ləğv edib

Azərbaycanda bu ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.Bildirilib ki, cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülüb....

24 İyul 2026, 15:56