Bizə yazın

Baku

-°C

USD

-

Nikuşor Dan: "F-16" qırıcısı Rumıniyanın hava məkanında PUA-nı vurub 

Dünya 24 İyul 2026, 17:46

509

Rumıniyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) "F-16" qırıcısı tərəfindən vurulub.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu səhər "F-16" təyyarəsindəki rumıniyalı pilot ölkəmizin hava məkanına daxil olan dronu vurub. Hazırda müvafiq qurumların komandaları hadisənin bütün detallarını təqdim etmək üçün ərazini tədqiq edirlər", - deyə o qeyd edib.

Rumıniya Milli Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Padina şəhəri yaxınlığında baş verib.

Müdafiə nazirinin səlahiyyətlərini icra edən Radu Mirutse bildirib ki, "MApN"nin müşahidə sistemləri ölkənin hava məkanına daxil olan hava hədəfini aşkar edib.

"Dərhal reaksiya prosedurları aktivləşdirildi və NATO komandanlığı altında hava polisi tapşırığını yerinə yetirən İtaliya Hərbi Hava Qüvvələrinin "Eurofighter Typhoon" təyyarələri havaya qaldırıldı. Bundan qısa müddət sonra "MApN" səviyyəsində Rumıniyanın daha iki "F-16" təyyarəsinin havaya qaldırılması barədə qərar qəbul edildi. "F-16"lara atəş açmağa icazə verilmişdi", - o bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp Netanyahunun ABŞ-yə dəvət etdi 

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək.Modern.az "CGTN America"ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanasından bildirilib.Məlumata görə, B.Netanyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.Qeyd edək ki, daha əvvəl B.Netanyahunun ABŞ-yə səfərinin iyulun sonuna keçirildiyi bildirilmişdi. Buna səbəb B.Netanyahunun da iştirak etməli olduğu ABŞ senatoru Lindsi Qremin anım mərasiminin ayın sonuna təxirə salınması idi....

24 İyul 2026, 19:45

Ermənistanda hərbi sanitar avtomobili aşıb 

Ermənistanda hərbi sanitar avtomobili qəzaya uğrayıb.Citypost.az xəbər verir ki, Shamshyan.com saytının məlumatına görə, avtomobil Vayotsdzor vilayətində hərəkətdə olarkən aşıb.Sürücünün xəsarət aldığı bildirilir.Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qəza zamanı avtomobildə olan hərbçilərin həyati təhlükəsinin olmadığını bildirib. (APA)

24 İyul 2026, 19:13

Zelenski: Kiyev vilayətində itkilər var

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev vilayətinə endirdiyi raket zərbəsi nəticəsində, ilkin məlumatlara görə, altı nəfərin öldüyün, daha onlarla insanın yaralandığını bildirib."Report" xəbər verir ki, bu barədə Ukrayna lideri öz "Telegram" kanalında yazıb."Hazırda Rusiya raketlərinin zərbəsindən sonra Kiyev vilayətində xilasetmə əməliyyatı davam edir. İndiki vaxta olan məlumata görə, onlarla yaralının olduğu məlumdur. Təəssüf ki, altı nəfər həlak olub. Onların doğmalarına və yaxınlarına başsağlığı verirəm", - V. Zelenski yazıb.Daha əvvəl bildirilmişdi ki, Rusiya Silahlı Qüvvələri Kiyevə raket zərbəsi endirib....

24 İyul 2026, 15:20

CHP-dən istefa verib - Yeni partiya yaratdı 

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sabiq rəhbəri Özgür Özel partiyadan istefa verib.“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, onunla birgə daha 90 deputat CHP-dən ayrılıb.Bununla yanaşı, Özel Yeni Partiyanın Təsisçilər Şurasına qatılıb və partiyanın təsis sənədlərini imzalayıb.O, partiyanı tərk edərək yeni partiya yaratmaq planlarını bir neçə gün əvvəl elan etmişdi. Xatırladaq ki, bu ilin mayında Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub. Bunun ardınca partiya daxilində...

24 İyul 2026, 14:26

Fransada meşə yanğınları səbəbindən yüzlərlə insan qayıqlarla təxliyə edilib  

Fransanın qərbində yerləşən Kap Ferret yarımadasında baş verən güclü meşə yanğınları səbəbindən yüzlərlə sakin və turist qayıqlarla təhlükəsiz ərazilərə təxliyə olunub.Citypost.az france24.com-a istinadən xəbər verir ki, indiyədək yarımadadan 400-dən çox insan qayıqlarla çıxarılıb. Yanğının sürətlə yayılması səbəbindən bölgədəki düşərgələr və istirahət məkanları da boşaldılıb.Fransa Prezidenti Emmanuel Makron vəziyyətin gərgin olaraq qaldığını bildirərək, yanğınlarla mübarizə üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizmindən yardım istənildiyini açıqlayıb.Əli...

24 İyul 2026, 12:23

Alimlər makakaların fitri həndəsi düşüncəyə malik olduğunu aşkar ediblər.  

Beynəlxalq tədqiqat qrupunun alimləri müəyyən ediblər ki, rezus makakaları həndəsi təsvir tanıma tapşırıqlarını riyazi təhsili olmayan 4-5 yaşlı uşaqlarla demək olar ki, eyni səviyyədə yerinə yetirirlər. Nəticələr göstərir ki, elementar həndəsi düşüncə təlimin məhsulu deyil, təkamül zamanı formalaşıb.Citypost.az Tədqiqat PNAS jurnalına istinadən xəbər verir ki, həndəsəni anlamaq qabiliyyəti riyaziyyatın, məkan təfəkkürünün və oriyentasiyanın təməlidir. Alimlər uzun müddətdir ki, bu qabiliyyətin təhsil və mədəni təcrübə vasitəsilə inkişaf etdiyinə inanırlar. Bu hipotezi yoxlamaq üçün onlar heç vaxt məktəbə getməmiş heyvanları araşdırdılar.Təcrübələrdə rezus makakalarına həndəsi formalar dəsti göstərildi və digərlərindən fərqli olanı seçmələri istəndi. Tapşırıqlar bucaqları, simmetriyanı, paralel xətləri və üçbucaq, kvadrat və...

24 İyul 2026, 12:18