Bizə yazın

Baku

-°C

USD

-

Rüstəm Məlikov: Azərbaycan dili dövlətçiliyimizin əsas sütunudur

Cəmiyyət 31 İyul 2026, 09:42

274

Hər bir xalqı dünyada tanıdan, onun milli varlığını, tarixini, mədəniyyətini və mənəvi sərvətlərini yaşadan ən mühüm amillərdən biri ana dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın keçmişini gələcəyə daşıyan, milli yaddaşı qoruyan, dövlətçilik ənənələrini yaşadan müqəddəs mənəvi sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin ədəbi irsinin və mədəniyyətinin daşıyıcısı kimi formalaşaraq bu gün müstəqil Azərbaycanın dövlət dili statusunda inkişafını uğurla davam etdirir. Məhz buna görə də hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ana dilimizin keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun qorunması və zənginləşdirilməsi istiqamətində görülən işləri dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini xalqımızın milli varlığının əsas sütunlarından biri hesab edərək deyirdi: "Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik." Bu fikirlər Azərbaycan dilinə verilən yüksək dəyərin, ana dilinin milli kimliyin qorunmasında oynadığı müstəsna rolun ən dolğun ifadəsidir.

Sovet hakimiyyəti illərində milli dillərin inkişafı müxtəlif dövrlərdə ciddi maneələrlə üzləşmişdi. Xüsusilə 1970-ci illərin ortalarından etibarən SSRİ-də milli respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması istiqamətində meyillər daha da güclənmişdi. Belə mürəkkəb bir şəraitdə ana dili məsələsini açıq şəkildə müdafiə etmək böyük siyasi iradə və cəsarət tələb edirdi. Çünki ötən onilliklərdə ana dilinin hüquqlarını müdafiə edən ziyalılar müxtəlif təqiblərə məruz qalmış, hətta sürgün edilmişdilər. Milli respublikaların əksəriyyətində rəhbərlər belə bu məsələyə toxunmaqdan çəkinirdilər.

Məhz belə bir dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli maraqları qətiyyətlə müdafiə edən dövlət xadimi kimi ana dilinin qorunması və inkişafı istiqamətində prinsipial mövqe nümayiş etdirdi. O, dövlət dili uğrunda mübarizəni milli özünüdərkin mühüm istiqamətlərindən biri hesab edir, ziyalıları və cəmiyyəti bu məsələdə fəal olmağa çağırırdı. Ulu Öndər SSRİ Konstitusiyasının müzakirəsi zamanı çıxış edərək xüsusi vurğulayırdı ki, Konstitusiyanın vətəndaşlara verdiyi təhsil hüququ yalnız ana dilində təhsil almaq imkanının təmin olunması ilə tam mənada reallaşa bilər. Bu mövqe həm milli maraqların müdafiəsi, həm də gələcək dövlətçilik strategiyasının mühüm tərkib hissəsi idi.

Heydər Əliyevin prinsipial və uzaqgörən siyasətinin ən mühüm nəticələrindən biri 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması oldu. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsinin müzakirəsinə həsr edilmiş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndərin təklifi ilə Konstitusiyanın 73-cü maddəsi belə ifadə olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir." O dövrün siyasi reallıqları nəzərə alınarsa, bu qərar son dərəcə mühüm tarixi hadisə idi. Çünki SSRİ məkanında milli dillərin hüquqlarının məhdudlaşdırıldığı bir vaxtda Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit edilməsi Heydər Əliyevin qətiyyətli siyasi iradəsinin, xalqına və milli dəyərlərinə bağlılığının parlaq təzahürü idi.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ana dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dili dövlət idarəçiliyində, qanunvericilikdə, təhsil sistemində, elm və mədəniyyət sahəsində öz layiqli yerini daha da möhkəmləndirdi. Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi, latın qrafikalı əlifbaya tam keçidin təmin olunması, dilin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edildi. 1 avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis olunması da məhz bu siyasətin məntiqi davamı idi.

Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin müəyyənləşdirdiyi dil siyasətini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. Qloballaşma proseslərinin sürətləndiyi, xarici təsirlərin artdığı bir dövrdə Azərbaycan dilinin saflığının qorunması, onun zənginləşdirilməsi və düzgün tətbiqi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu məsələyə xüsusi toxunaraq bildirmişdir: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər... Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər." Dövlət başçısının bu çağırışı ana dilimizin yalnız hüquqi baxımdan deyil, gündəlik həyatımızda, informasiya məkanında və ictimai münasibətlərdə də qorunmasının vacibliyini bir daha göstərir.

Müasir dövrdə Azərbaycan dilinin inkişafı yalnız dövlətin həyata keçirdiyi siyasətlə məhdudlaşmır. Hər bir vətəndaşın ana dilinə sevgi ilə yanaşması, onu düzgün öyrənməsi, zəngin söz ehtiyatını qoruması və gələcək nəsillərə ötürməsi mühüm vətəndaşlıq məsuliyyətidir. Çünki dil milli kimliyimizin əsas rəmzlərindən biri olmaqla yanaşı, xalqımızın tarixini, mədəniyyətini və dövlətçilik ənənələrini yaşadan ən böyük mənəvi sərvətdir.

Azərbaycan dili bu gün müstəqil dövlətimizin rəsmi dili, xalqımızın milli birliyinin möhkəm təməli və dünya azərbaycanlılarını birləşdirən əsas mənəvi bağlardan biridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dil siyasəti nəticəsində Azərbaycan dili dövlətçiliyimizin ayrılmaz atributu kimi daha da möhkəmlənir, beynəlxalq nüfuzu artır və gələcək nəsillərə zəngin milli irs kimi ötürülür. Ana dilimizi qorumaq, onun saflığını və zənginliyini yaşatmaq isə hər bir azərbaycanlının həm mənəvi borcu, həm də milli məsuliyyətidir.

Rüstəm Məlikov,

“Ana Kürüm” qəzetinin baş redaktoru, “Ali Media” mükafatı laureatı, YAP fəalı

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

135 nömrəli marşrutda gedişhaqqı artırıldı

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 135 nömrəli marşrut xətti üzrə avtobuslar dəyişdirilir.Citypost.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, avqustun 1-dən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xətti üzrə istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu "İveco" markalı avtobuslarla əvəz ediləcək.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib.Qeyd edək ki, bu günə qədər 135 nömrəli marşrut xətti üzrə işləyən avtobuslarda gedişhaqqı 0.50 manat idi....

31 İyul 2026, 13:26

İlqar Muxtarov Acireale yepiskopu ilə görüşüb 

Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov İtaliyanın Acireale şəhərinin yepiskopu, Siciliya Yepiskoplar Konfransının sədri monsinyor Antonino Raspanti ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə səfir "X" hesabında bildirib.Görüş Acireale Yepiskop Sarayında keçirilib. Səfir İlqar Muxtarov ilə monsinyor Antonino Raspanti arasında keçirilən görüş səmimi şəraitdə baş tutub. Tərəflər mədəniyyətlərarası mübadilə, xalqlar arasında dialoq, əməkdaşlığın inkişafı, sülh və birgəyaşayış dəyərlərinin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin diplomatiya və kilsə institutlarının dialoqun və qarşılıqlı hörmətin möhkəmləndirilməsində oynaya biləcəyi rol müzakirə olunub.Səfər çərçivəsində səfir Acireale Kilsəsinin tarixi, bədii irsi və mənəvi dəyərləri ilə də yaxından tanış olub. Bazilikaya...

31 İyul 2026, 13:03

Tural İrfan: Mirzə Cəlilin irsinə əməl edənlər azdır

Anlamaq olmur, Mirzə Cəlilin bizə sadəcə fəxr etmək üçün adı, Sabirin də sadəcə heykəli lazımdır? Qəribədir: Hadini, Cavidi, Sabiri, Mirzə Cəlili sadəcə dildə "sevirik", büt hesab edirik, amma ortaya qoyduqları prinsiplərin əksinə gedib əməldə, əqidədə Şeyx Nəsrullahlara təqlid edirik.Bu gün Mirzə Cəlilin mövqeyində olan, onun irsini yaşadan beş nəfərdirsə Şeyx Nəsrullahların ənənəsini davam edən və yayan beşminlər, on minlərlədir. Özü də daha mütəşəkkil, daha dinamik!Demək Sabir cəmiyyətə sadəcə heykəl kimi lazımmış. Mirzə Cəlil sadəcə büt kimi lazımmış. Başqalarının Sabiri, Mirzə Cəlili yoxdur, bizim isə var, ancaq oxunmayan Quran kimi qoymusunuz evin ən hündür yerinə, sadəcə tarixi şəxsiyyət, ziyalı obrazı kimi...

31 İyul 2026, 12:50

Əmək və sosial müdafiə nazirinə müavin təyin edildi

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib.Citypost.az  xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Sərəncam imzalayıb. Sərəncama əsasən, Nuhi Abbasəli oğlu Abdinov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

31 İyul 2026, 12:45

Tənzilə Rüstəmxanlı: Sərhədçilər qürur mənbəyimizdir

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılmasının 24-cü ildönümü münasibətilə təbrik paylaşımı edib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, ötən 24 il ərzində Dövlət Sərhəd Xidməti ölkənin sərhədlərinin etibarlı mühafizəsi, ərazi bütövlüyünün və milli təhlükəsizliyin təmin olunması istiqamətində böyük inkişaf yolu keçərək peşəkarlığı, yüksək döyüş hazırlığı və Vətənə sədaqəti ilə xalqın etimadını qazanıb.Tənzilə Rüstəmxanlı xüsusi vurğulayıb ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə sərhədçilərin göstərdikləri qəhrəmanlıq, fədakarlıq və şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq.Deputat əlamətdar gün münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini, veteran sərhədçiləri və bu şərəfli peşənin nümayəndələrini təbrik edərək, onlara xidmətdə uğurlar, möhkəm cansağlığı...

31 İyul 2026, 12:38

Prezidentdən Mərkəzi Asiya ilə bağlı mühüm mesaj

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qırğızıstanın Çolpon- Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə söyləyib.Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ilin əvvəlindən bu günə qədər o, Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər edib, onun həmin ölkələrdən həmkarları isə 26 dəfə Azərbaycanda səfərdə olublar.“Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”, - deyə Prezident İlham Əliyev əlavə edib....

31 İyul 2026, 12:36