Bizə yazın

Baku

-°C

USD

-

Özünüzə xadimə tapın! -Aqşin Yenisey yazır

Cəmiyyət 31 Avqust 2026, 11:26

248

Azərbaycanın düşüncə mühiti sxolastik mühitdir. Alimlərimiz, yazıçı və şairlərimiz, siyasətçilərimiz, həkimlərimiz, müəllimlərimiz, din xadimlərimiz, bir sözlə, zehni əməklə məşğul olan hər kəs qartımış sxolastikdir, cüzi və təsirsiz istisnalar var əlbəttə.

Nədir sxolastika? Öz sözlərimlə desəm, dincə qoyulmuş beyinlə düşünmək, daha doğrusu, bizə qədər düşünülənləri əzbərləmək və zamanla bunların öz düşüncələrimiz olduğuna inanmaq. Düşünmə əyləmini şüuraltılaşdırmaq. Cəmi 27 il ömür yaşamış ingilis riyaziyyatçısı və filosofu Frenk Ramsey isə sxolastikanı düşüncənin tənbəlliyi və süstlüyü adlandırıb onu fəlsəfə üçün təhlükə kimi görürdü. Ramseyə görə, nə vaxtsa bulanıq və qaranlıq olanı dəqiq bir əminlik kimi qətiləşdirib şübhəyə yer qoymamaqdır sxolastika.

Bizim düşüncə mühitimiz də eynən bu cümlənin üzərində qurulub: nə vaxtsa bulanıq və qaranlıq olanları dəqiq bir əminlik kimi doqmalaşdırıb şübhəyə yer qoymamaqla sxolastik, bərk bir ictimai fikir mühiti yaratmaq. Və bu bərk fikir mühitindən yeni fikir qitələri axtarmaq üçün yola çıxan milli kolumbların gəmilərini sahildəcə daşa basıb batırmaq. 

Ona görə yoxdur bizdə fikir Kolumbu, düşüncə Magellanı! Nitsşe necə deyirdi: mən fəlsəfəni çəkiclə yaradıram! Çünki fikir mühiti bərk olanda qələm işə yaramır. Adamlara söz batmır. 

Özünü anadangəlmə demokrat zənn edən və alim kimi heç vaxt haqqını danmayacağım görkəmli alimimiz Cəmil Həsənli məni danlayır ki, xalq, toplum, tarix haqqında ancaq müsbət şeyləri yaz. Bu yanaşma antidemokratik və sxolastikdir.

Antidemokratik yanaşmadır ona görə ki, demokratiya təkcə gözəl və yaxşı olanın azadlığı deyil, eyni zamanda eybəcər və pis olanın da azadlığıdır. Hətta Platon və Jorj Batay kimi düşünsək, demokratiya daha çox çirkinin və eybəcərin azadlığıdır. Sxolastik yanaşmadır ona görə ki, mən xalq, toplum, tarix haqqında ancaq müsbət şeyləri yazmağa başlasam birincisi, Ramseyin təhlükə kimi gördüyü işi görəcəyəm, yəni cəmiyyətin başının altına yastıq qoyub düşüncə tənbəlliyi, fikir süstlüyü yaradacağam. İkincisi, özümə qədərki xalqa, topluma yaltaqlanıb özünə sərvət, şöhrət qazanan adamların tutuquşuluğunu edəcəyəm ki, bu işin də Azərbaycanda möhtəşəm və bivec məktəbləri var. Sxolast olmaq həm də hansısa məktəbin davamçısı, boşboğazı olmaqdır. O məktəbin doqmalarından kənara çıxmamaqdır. Amma Cəmil bəyə xatırladım ki, məndən nəinki hansısa ictimai məktəbin boşboğazı çıxar, hətta məni də sizin kimi sxolasta çevirəcəyini hiss etdiyim üçün öz başımla qazandığım Bakı Dövlət Universitetinin magistraturasından imtina etmişəm.

Cəmil bəy (burada artıq ad şərtidir) kimi düşünənlər xalqı, daha doğrusu, kütləni tərifləməyə məhkumdular, çünki siyasi, inzibati güdümləri var. Onlar bir balaca fərqli düşünməyə cəhd edənlərə dərhal cummalıdılar ki, kütləni öz tərəflərinə çəksinlər. Kütləyə göstərsinlər ki, baxın, sizin kimi düşünməyən, yuxunuza haram qatan hər kəsin ağzının payını verirəm, qədrimi bilin, arxamca gəlin. Bu müxalifət düşərgəsinin ən böyük səhvidir Azərbaycanda; az-çox oxumuş adamları proletariatın ayağının altına atmaq. Mən ona görə min il əvvəl yazmışdım ki, Azərbaycan demokratiyasından bolşevizm qoxusu gəlir. Özünə demokrat deyənlər demokratiya adı altında oxlokratiyanın hakimiyyətinə can atdıqlarının fərqində deyillər. 

Nitsşeyə necə demək olardı ki, Sokratı rüsvay etmə, Sokratizmlə vidalaşmadan fəlsəfədə necə yeni yol açmaq olardı? Yaxud Karl Popperə necə demək olar ki, Platonu, Aristoteli yıxıb-sürümə. Özü də harada “Açıq cəmiyyət və onun düşmənləri” kitabında. Popper nə üçün Platonu, Aristoteli yıxıb-sürüyür? Çünki bu iki yunanı Qərb sosiologiyasının hələ də Ortaçağ düşüncəsində ilişib qalmasının günahkarı kimi görür. Eynən Nitsşenin İsanı Roma mədəniyyətini “yəhudi zir-zibiliylə” doldurmaqda günahladırdığı kimi.

Ümumiyyətlə, hansı böyük yazıçı, şair öz cəmiyyətinin dostu olmuşdur? Bütün böyük yazıçılar, filosoflar öz cəmiyyətləri üçün  keşmişlə vidalaşıb gələcəyə üz tutulan ayrılıq yeri olmadılarmı? Keçmişə, ölüyə mədhiyyə yağdırmağın çörək yeri olduğunu kim bilmir ki, Azərbaycanda? Yerə soxum o yazıçını, filosofu, şairi ki, öz cəmiyyətini gələcəklə qorxudacaq və şəxsi mənafeyi naminə öz cəmiyyətinin keçmişinə mədhiyyələr yağdıracaq. 

Sxolastik düşüncə Ortaçağ düşüncəsidir. Umberto Eko Ortaçağ ailmləri haqqında yazır: onlar düşünürdülər ki, bizə qədər hər şey deyilib, bizə düşən deyilənləri təkrar etməkdir. Avropa nə vaxt yeni çağa qədəm qoydu? Bu Ortaçağ tutuquşuluğundan əl çəkəndən sonra.

Bizim düşüncə mühitimiz də eynən bu düşüncədədir: Bizə qədər hər şey deyilib, biz sadəcə, biz qədər deyilən sözlərin “tozunu almalıyıq”. Bu əlüstü qeydlərimin sonunda demək istəyirəm ki, mənim sizin söz-söhbətlərin tozunu almaq fikrim yoxdur. Özünüzə xadimə tapın!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq 

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.Deputat qeyd edib ki, orta pensiya məbləği orta aylıq əməkhaqqının 51 faizinə bərabərdir."Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10,2 faiz, əlilliyə görə 10,5 faiz, ailə başçısını itirməyə görə isə 10,3 faiz artıb”, – deyə Vüqar Bayramov vurğulayıb.Onun sözlərinə görə, pensiyaların orta məbləğindəki artım əsasən bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu artım...

31 Avqust 2026, 10:57

Dövlət başçısı Şimali Kiprin Prezidentinə başsağlığı verib 

Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı verib.CityPost.az  xəbər verir ki, başsağlı məktubunda deyilir:"Hörmətli cənab Prezident,Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.Allah rəhmət eləsin!"...

31 Avqust 2026, 10:56

Şad xəbər: Onların əməkhaqqıları artırılacaq

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır.Bu barədə Citypost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilərlər.Qeyd edilib ki, 2 sentyabrdan etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq. Test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində qeyd...

31 Avqust 2026, 10:52

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda   

27 avqustda Moskvada Azərbaycan səfirliyinin Qonaq Evinin qarşısında yerləşdirilən üç plakat son iki ilin diplomatik gərginliyinin növbəti epizodudur. Onları yenidən nümayiş etdirməyə ehtiyac yoxdur – çünki hər gün rəsmi informasiya kanallarında aparılan siyasi xəttin təkrarıdır. Aksiyanın görüntüləri milliətçi bolşevik çevrələri ilə əlaqəli “Прямое действие Z” kanalında yayıldı. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “qəbuledilməz təxribat” adlandırdı, onu son dövrlərdə Rusiyanın bir sıra media resurslarında aparılan qərəzli kampaniyanın tərkib hissəsi saydı və Moskvaya 1961-ci il Vyana Konvensiyasından irəli gələn öhdəliklərini xatırlatdı.  Doğrudur, üç plakatı iki dövlət arasında çoxşaxəli münasibətlərin bütöv mənzərəsi saymaq olmaz. Lakin ölkənin informasiya məkanı, seçkiöncəsi siyasi qüvvələrin qərarları və...

31 Avqust 2026, 10:18

Şeyx Əbdüldə ağır xəstəlik aşkarlandı

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudovun səhhətində yenidən problem yaranıb.Citypost.az xəbər verir ki, musavat.com-a danışan sənətkar eyni anda bir neçə ağır xəstəliklə mübarizə apardığını bildirib:"Faktiki olaraq 4 xəstəliklə mübarizə aparıram. Birincisi qocalıqla bağlı problemlərdir. İkincisi prostat idi, şükür ki, bu gün yoxladılar, dedilər normaldır. Amma parkinson xəstəliyinin başlanğıcı var. Eyni zamanda ənənəvi olaraq bronxlarımdan, mədə-bağırsağımdan əziyyət çəkirəm. Bu xəstəliklər məni çox narahat edir. Özü də bir-birinə əks olan dərmanlar içirəm, onlar məni daha da zəiflədir. Deyə bilərəm ki, artıq Əzrayıl müəllimlə yoldaşlıq edirəm".Xalq artisti müalicələrinin Bakıda davam etdiyini, sentyabr ayında yenidən müayinədən keçəcəyini vurğulayıb:"İndi həkimlərimin hamısı məzuniyyətdədir. Sentyabrın əvvəlində...

31 Avqust 2026, 08:20

Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...

Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.Citypost.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var.Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur....

31 Avqust 2026, 08:12