Yadigar Məmmədli- 65
Cəmiyyət 30 Avqust 2026, 12:30
399
Eh, bu dünya əzəldən yaxşı adamlarla yola getmir. Başlarına elə oyunlar açır ki, bir də baxıb görürlər ki, ömrün çoxu gedib, azı qalıb. İndi gəl, o azın içində yaşa da. Ay yaşadın ay, ürəyini qoruyursan, böyrəyin sözünə baxmır. Ciyərini gözləyirsən, mədə-bağırsağın başına oyun açır. Və bir də görürsən ki, gecdir, gecdir daha, geriyə yol yoxdur. Nüsrət Kəsəmənli demişkən:
“Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox...”
Soytxamıram, deyinirəm ki, fələyin gözü çıxmasın, dünən Azadlıq meydanında plaşının yaxalığını qulaqlarına kimi qaldırıb sovet hökumətinə qarşı üsyan edən Yadigar Məmmədlinin 65 yaşı nə tez gəlib çatdı...
Deyir ki:- "Mən jurnalist kimi fəaliyyətə başladığım illərdə meydan hərəkatı var idi. Bu yolda hər kəs öz qabiliyyətini ortaya qoymağa çalışırdı. Vətən sevgisi, milli kimlik, müstəqillik məsələləri çox önəmli idi. Həmin dövdrə bəzi insanlar öz peşəsindən uzaqlaşıb siyasətçi oldular. Zorən siyasətçi. Çox şükür ki, mən siyasətçi kimi yox, öz peşəmlə tanındım, jurnalist kimi fəaliyyətimi davam etdirdim. Nə etdimsə, jurnalist kimi etdim. Cəmiyyətdəki mövqeyimi, insanların mənə qarşı müsbət fikirlərini məhz jurnalist kimi qazanmışam. Düşünürəm ki, bəlkə başqa sahədə olsaydım, bu qədər tanınmazdım. Jurnalistika mənə çox şey verdi. Təbii ki, mən də jurnalistikada müəyyən işlər görməyə çalışdım, bunun üçün mücadilə apardım. Ortada görülən işlər var. Düzdü fəaliyyət göstərdiyim jurnalistika sahəsində də bir çox problemlərlə, çətinliklərlə qarşılaşmışam. Həbs olunmuşam. Amma heç zaman usanmamışam, məqsədimdən, düz yolumdan dönməmişəm. Jurnalist kimi fəaliyyətimi davam etdirmişəm, gördüyüm işlər və nailiyyətlərimlə fəxr edirəm..."
Jurnalist işlədiyi müddətdə başına maraqlı hadisələr çox gəlib. 90-cı illərdə həbsdən yenicə azad olunanda, bir gün işlədiyi redaksiyada ona deyirlər ki, səni İngiltərə səfirliyinə vacib bir iş üçün çağırırlar. Əvvəlcə elə düşünüb ki, onunla zarafat edirlər. Növbəti dəfə zəng gələndən, səfirliyin nümayəndəsi ilə danışandan sonra inanıb ki, həqiqətən də onu İspaniyanın ölkəmizdəki səfiri iqamətgahına dəvət edir. O vaxt İspaniya ilə diplomatik əlaqələrimiz İngiltərə səfirliyi vasitəsilə həyata keçirilirdi. Səfir bildirib ki, İspaniya vətəndaşı olan bir azərbaycanlı ona məktub yazıb. Soyadı Yadigarovdur. Məktubda yazılmışdı: "Bəlkə də biz qohumuq. Mən sənin həbs olunmağından çox pis olmuşam. Səni İspaniyaya dəvət edirəm". O da birtəhər səfiri başa salıb ki, soyadı yox, adı Yadigardır...
“Mən öz missiyamı həyata keçirmək üçün uzun bir yol keçmişəm. Bundan sonra qarşıya qoyduğum hədəflərim bu günədək gəldiyim yolun davamıdır. Yarımçıq qalan işlərimi tamamlamaq istəyirəm. Jurnalistika sahəsi ilə bağlı arzularım çoxdur. İstəyirəm ki, ölkədə aparılan köklü islahatlar kimi, media sahəsində mövcud olan problemlər də tədricən həllini tapsın, aradan qalxsın. Jurnalistikadakı peşəkar insanlara geniş imkanlar yaradılsın."- söyləyir...
Sevincli günlərilə yanaşı dərdli, qəmli, günləri də az olmayıb. Fəqət, heç zaman sınmayıb, müvazinətini itirməyib. Əksinə, taleyi ona müqavimət göstərdikcə bərkiyib, polad kimi sərt olub. Sadə, təvazökar, zəhmətkeş insandır. Aydın, işıqlı keçmişi var. Davranışında təbiidir. Necə deyərlər, sevinəndə də, kədərlənəndə də ürəkdən sevinib, ürəkdən kədərlənir. Axı, saflığını hələ də qoruyub saxlaya bilir...
Deyir ki:- “Mən atamı erkən gəncliyimdən itirmişəm. O, 56 yaşında dünyasını dəyişib. Mən o zaman elə fikriləşirdim ki, atam qocalıqdan rəhmətə gedib. Görüntüsü elə idi. Amma indi özüm ondan daha yaşlıyam və baxıb görürəm ki, o, çox erkən dünyasını dəyişib. Axı 56 yaş nə yaşdır ki? Mən isə hələlik atamdan düz doqquz ildir ki, çox yaşayıram. Narahat, amma mənalı ömür yaşamışam. Təskinliyim də ondadır ki, bu həyatı mən özüm seçmişəm, buna düçar olmamışam..."
...Xalq şairi, unudulmaz Məmməd Araz deyirdi ki:
“Dünyada nə qədər yaxşı adam var,
Yaxşılıq insanla əkiz doğulur.
Ən yaxşı adamlar, yaxşı adamlar,
Nədənsə, dünyada oxşarsız olur.”
Bəli, bizim Yadigar Məmmədli də bu cür yaxşı adamdır. 65 yaşı mübarək olsun!
Hörmətlə, Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah yağış yağacaq, leysan olacaq
Avqustun 31-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcəkBakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, axşam isə intensiv və qısa müddətli güclü olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Sabah Azərbaycanın rayonlarında dolu düşəcəyi ehtimalı varSabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı...
30 Avqust 2026, 12:42
Onlar bizim üçün ölməyi seçdilər - Vahid Mustafayev yazır
Çingiz Mustafayevin ad günü oldu. Sağ olsaydı, 66 yaşı olardı. O, 31 yaşında öldü - Naxçıvanikdə, bir mərmi qəlpəsindən. Tibb institutunu bitirmişdi, jurnalistikada bir illik təcrübəsi belə yox idi. Amma müharibə başlayanda kameranı götürüb getdi - çünki kimsə getməli idi, çünki başqa heç kim getmirdi.Bu yazı onu tərifləmək üçün deyil. Daha narahatedici bir sual vermək üçündür: Nə üçün bizim ən aydın şüurlu övladlarımız yalnız öləndən sonra "nümunə" olurlar?GƏNC MİLLƏTİN DİAQNOZUSərt bir cümlə ilə başlayaq, çünki yumşaq başlanğıclar həqiqəti gizlədir: Azərbaycan müasir dövlət kimi 1918-ci ildə doğulub. Dövlətimiz cəmi bir əsr yaşındadır - millət isə ondan da gəncdir və hələ yarımçıqdır....
30 Avqust 2026, 12:34
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
Sabirabadın Suqovuşan kəndində 2 yaşlı uşaq gölməçəyə düşərək boğulub.Valideynlərinin nəzarətindən yayınan uşaq həyətdəki gölməçəyə düşüb. Hadisə nəticəsində uşaq həyatını itirib.Faktla bağlı araşdırma aparılır.
30 Avqust 2026, 12:22
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
Bu il Azərbaycanda yeni doğulan 3 körpəyə Laçın adı verilib.CityPost.az unikal-a istinadən xəbər verir ki, son beş ildə 48 uşağa Laçın adı qoyulub.Belə ki, 2022-ci ildə 5, 2023-cü ildə 9, 2024-cü ildə 10, 2025-ci ildə isə 9 uşağa Laçın adı verilib.Qeyd edək ki, bu gün Laçın Şəhəri Günüdür. Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır....
30 Avqust 2026, 12:12
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.Bu barədə FHN-dən məlumat verilib.Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb:"Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti...
30 Avqust 2026, 11:52
Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonra
Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonraAzərbaycanla Moldova arasında münasibətlər müstəqillik dövründə davamlı inkişafa malik olub. Lakin Sovetlər Birliyinin süqutunun ən ağır nəticələrini milli-etnik və dövlətlərarası münaqişələr səviyyəsində yaşayan iki ölkənin üzləşdiyi çağırışlar bir çox cəhətlərinə görə eynilik təşkil edirdi.Doğrudur, Bakı ilə Kişinyov coğrafi qonşuluqda yerləşmir, ticarət dövriyyəsi də yüksək deyildi və iki xalqın yaşadığı təhlükəsizlik riskləri fonunda onlar vahid hərbi ittifaqlarda təmsil olunmurdular. Lakin hər iki dövlətin son otuz ildən artıq keçdiyi yola baxanda güclü siyasi iradə nümayişi aydın görünür: separatizmə qarşı mübarizə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı xarici siyasətin əsas prinsiplərinə çevrilib, böyük güclərin maraqlarının...
29 Avqust 2026, 14:40