Bizə yazın

Baku

-°C

USD

-

Əminəm, yazsam, 100 min tiraj təmin olunacaq...

Söz adamı 31 Avqust 2026, 10:58

173

2 aydan bir az artıqdır ki, atamın arxivi, kitabxanası ilə məşğulam. Son iki gündə isə köhnə evdə Həmidə xanımla iməcilik elədik. Bir az fiziki, bir az da mənəvi ağrıları, çevrədəki riyakar çoxluğu unutmaq üçün yaxşı məşğuliyyətdir; düşünürəm əsas məsələlərdə, insanlara etibar məsələsində  atam kimi davranmışam, yəni səhv eləmişəm və aqibətim də atamın aqibətindən fərqlənmir. 

Bir dəfə, xeyli əvvəl idi, 16-17 il keçib yəqin, bir beynəlxalq tədbirdə 20 nəfərlik dəyimi ziyafət masasında Əkrəm Əylisli ilə oturmalı oldum. Əslində yerim başqaydı, amma riyakar çoxluqdan biri o yeri tutmuşdu (onda hələ "Daş yuxular" yazılmamışdı, yaxud biz ondan xəbərsizdik, Əkrəm Əylisi isə millət vəkili idi; o təkliyin səbəbi bir başqaydı) . Durquza bilərdim həmin adamı, çünki yerlər adlı idi, amma eləmədim. Fikirləşdim ki, ağsaqqal adamdır, usta yazıçıdır, niyə tək otursun ki...

Gedib oturdum Əkrəm Əylisinin yanında. Xeyli sonra bizim masaya mərhum  Rauf Talışinski də qoşuldu. Əkrəm Əylisli yaxşı vurmuşdu. Markesdən, Şukşindən, Aytmatovdan danışdıq.Qəfil soruşdu ki, mənim əsərlərimi oxumusan? Təsdiqlədim. Hansı əsərim xoşuna gəlməyib? -soruşdu. - "Ətirşah Masan" la, "Əylisdən Əylisəcən", - dedim. Təəccübləndi, ya da "təəccübü oynadı".

- "Əylisdən Əylisəcən"də nə xoşuna gəlmədi ki? -  soruşdu. - Dostlarınız barədə qəzəblə yazmısız. Ya onlar dostunuz olmayıb, ya siz onlara dost olmamısız. Hər halda məncə adam dostları haqqında qəzəblə yazmaz...

Bu hadisənin çox maraqlı, çox ibrətamiz sonluğu var, keflənmiş Əkrəm Əylislini maşına qədər ötürəndə yolda elə bir "hadisə" baş verdi ki...naroçno ne pridumayeş...indi yazmaq istəmirəm.

Bunu yazmaqla məqsədim Əkrəm Əylisdən bəhs açmaq deyil.

16-17 il sonra "qəzəblə yazmısız" sözüm məni düşündürür. Bilirsiz niyə?

Çox əclaflıq və şər görmüşəm, hədsiz çox. Və qəzəblənmişəm. İndi atamın arxivində eşələnə-eşələnə düşünürəm ki, bunları, baş verənləri olduğu kimi yazımmı? Hamını və hər bir əməli öz adıyla...Dəyərmi?..Əminəm, yazsam, 100 min tiraj təmin olunacaq.

Halbuki məqsədim heç vaxt bu olmayıb...

Yazanda da gərək A. Blandiananın "Manipulyasiya haqqında saxta traktat"ı kimi yazasan...

Nəysə...

Atamın kitabxanasından uşaqlıq və yeniyetməlik illərimin bir xeyli kitabını tapdım, amma mütləq əksəriyyəti qeyb olub. Niyə? Nə cür? Bilmirəm. Bu kitablar isə qalıb. Bir bir xeyli əlyazmam, çap makinası yazıları və tərcümələrimi tapdım.

O kitabların bəzisinin üz qabıqlarını, 1991-ci ilə aid bir tərcüməmin əlyazmasını, mərhum atamın və anamın yaşı az qala altmış olan, Brestdə çəkilmiş  bir fotosunu paylaşıram.

Bir də: dünən köhnə evdəki kitabxanamdan 431 kitabı ləğv elədim, atamın kitabxanasındakılar xaric, hamısı öz aldığım kitablardı. Birini 50 qəpikdən bir köhnə bukinist tanışıma "taksit"lə verdim.

Səlim Babullaoğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sənli xatirələr - Vahid Əziz 

Payızın eyvana dəyir qədəmi.Nəmli məhəccərdən əlim sürüşür.Dibçəkdə soluxan qızıl gül kimi,Səni gözlədiyim yadıma düşür.İndi xatirələr qalxır eyvanaSoyuq varlığımı bürüyə bilmir.Çiskindən, dumandan, qəmdən o yanaSənli xatirələr yeriyə bilmirYerdən çox hündürdə keçdi illərim.Qəlbinə gah uzaq, gah yaxın oldum.Hələ də məhbusdur, xatirələrim.Mən sənin bir eyvan dustağın oldum.O, qədər giley var bu qapılarda.Hər elçi bir təzə yar gətirərdi.Bir çinar mən qədər dursaydı, burda.Bəlkə də həsrətdən bar gətirərdi.Payızın eyvana dəyir qədəmi.Nəmli məhəccərdən əlim sürüşürDibçəkdən boylanan qızıl gül kimi.Səni gözlədiyim yadıma düşür....

30 Avqust 2026, 12:43

Belə-belə baxa qaldı gözlərim -  Cavid Qurbanovun şeiri

Baxıb bu dünyaya baxdı və gördü,Gözəllik tək səndə gördü gözlərim.Baxdı çox dalınca, boylanıb durdu,Belə-belə baxa qaldı gözlərim.Bir gün sənsiz qaldı özü dünyanın,Bir gün sənsiz qaldı gözü dünyanın.Deməyə qalmadı sözü dünyanın,Mənimsə gizlicə doldu gözlərim.Sən gedən yolları gözlədim yenə,Axşamı səhərə bağladım yenə.Adını ürəkdə saxladım yenə,Səni görməsə də, gördü gözlərim.Bir xəfif küləkdə səsin var kimi,Yağış pəncərəmdə izin var kimi.Səhər başdan-başa sən varmış kimi,Arxanca kölgəyə döndü gözlərim.Nə qədər yol getdim, yol sənə çıxdı,Nə qədər gül gördüm, gül sənə baxdı.Ay doğdu, elə bil göylər darıxdı,Aya baxa-baxa yandı gözlərim.Sən gedən yolları gözlədim yenə,Axşamı səhərə bağladım yenə.Adını ürəkdə saxladım yenə,Səni görməsə də, gördü gözlərim.Bəlkə bir gün yenə...

27 Avqust 2026, 12:33

Daş -  Sakit Şəkilinin şeiri

Hardasa alnıma bir daş yazılıb,Üzü Nəsimitək soyulacaqdır.Həyatı bir tükdən asılı qalıb,Bir gün qəbrim üstə qoyulacaqdır.O daş, daşlar içrə salıb vəlvələ,O daş ölümünə inanmır hələ.Ərşimi görəndə, dönüb heykələ,O da mənim kimi quruyacaqdır.Həyat dəryasında batanda gəmim,Gəlib yetişəndə axır qismətim.Kədərli bir şəklim, tarixim mənim,O daşın üstündə oyulacaqdır.Əzəldən belədir, bu həyat əlbət,Axıb göz yaşıyla gedir məhəbbət.O daş göstərərək əsil sədaqət,Mənimlə baş - başa uyuyacaqdır.Beləcə qurtarır həyat oyunu,İnsan tez unudur ölən qohumu.Qəbrimi dolaşan qərib ruhumu,Şeytandan, iblisdən qoruyacaqdır.Eşidib naləsin qara torpağın,Dözər şaxtasına çovğunun, qarın.Yağışı, dolunu eyləyib narın,Qəbrimin başını suluyacaqdır.Əzrayıl alanda bir vaxt canımı,Beş arşın ağ ilə allam payımı.Torpağın altında ağrılarımı,Yalnız o anlayıb, o duyacaqdır.İllər ötər, tarix...

27 Avqust 2026, 12:08

AĞAC KİMİ KƏSİN MƏNİ...

Ağac kimi kəsin,        doğrayın məni...Uzanıb kədərin           caynaqları ,qartal caynağı kimididib-parçalayır                   ömrümü.Sıxmayın ürəkləri,kəsin! Kəsin!           Kəsin məni!..Ağac kimi kəsin,          doğrayın məni..Çağırın bağbanı,       odunçunu çağırın...Əlindəki mişarla     kəssin, doğrasın məni.Bəlkə budaqlarımda       qalan son ümid dətorpağa səpilsin...          İtib ümidin izləri,sönüb yolların işığı.Ürəyimdə bir hikmət         daşı ağlayır              səssiz-səssiz..Sanki illərin yükünü           sinəsində daşıyır.Baxıb pəncərələrdənyazığınız gəlməsin...  Ey düşünən baxışlar,           ...

27 Avqust 2026, 11:41

Azərbaycana xəyanət edən ziyalı -Orxan Saffari yazır  

Obrazlı desək, Ruhulla Axundov Azərbaycana xainlik edənlər arasında ən savadlı adamlardan idi. O, Azərbaycan sovet dövlət və partiya xadimi, publisist, alim, 1919-cu ildən Azərbaycan Kommunist Partiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının birinci katibi olub. Etdiyi bütün iyrənc əməllərə baxmayaraq, onun ədəbi-elmi fəaliyyətin siyasi fəaliyyətindən ayrıdır və qiymətləndirilməlidir. Belə ki, Ruhullq Axundov Azərbaycan dilinin elmi terminologiyasını hazırlayıb. Ancaq eyni zamanda latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini də Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.Bu səbəbdir ki, hətta 1954-cü ildə Mircəfər Bağırov dindirilən vaxt Ruhuıla Axundovun həbsinə Stalindən icazə istədiyini xatırladıb və demişdi ki, Stalin əvvəlcə Bağırovdan onu əvəz edəcək, Azərbaycan dilini...

26 Avqust 2026, 15:56

Ədəbiyyatımızın ögey balası...

Deyirdi ki:- “”Vəfalım mənim” romanımın üstündə başım çox cəncəllər çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşıma çıxdılar. Məni öldürməyə, işdən qovmağa çalışdılar. Bir dəfə işdən çıxartdılar, yenə mübarizə aparıb öz işimə qayıtdım. Axırda gördülər mümkün deyil, baş elmi işçilikdən məni çıxarıb kiçik elmi işçi elədilər. Maaşım 320 manat idi, elədilər 145 manat. Dedilər get buradan. Dedim heç yana gedən deyiləm. Mən yetim oğlan olmuşam. Pendir-çörək yemişəm. Pendir-çörəklə də uşaqlarımı saxlayacağam, amma sənətimi və iş yerimi dəyişməyəcəyəm. Zaman keçdi, o mənə haqsızlıq edənlərin hamısı gözümün qabağında tut kimi tökülüb getdilər.”Qəribə adam idi. Ömrü boyu haqsızlıq, ədalətsizliklə üz-üzə qalsa da ruhdan düşmür,...

26 Avqust 2026, 10:12