Bizə yazın

Baku

-°C

USD

-

Fazil Mustafa: CƏHALƏT DƏLLALLIĞI

Cəmiyyət 29 Avqust 2026, 14:08

541

Cəmiyyətə arxivşünasları möhtəşəm tarixçi kimi sırayanlar indi onların yalanlarının qurbanına çevrilməyə başlayırlar. Bir adam ki, həm şanlı Cümhuriyyətimizi araşdırıb onun irsini böyük dəyər olaraq görürsə, ardınca da XVI əsr qaranlıq keçmişinin “gözəlliklərini” mədh edirsə, zərrə qədər Cümhuriyyətin quruluş fəlsəfəsini anlamayıb demək. Bir adam ki, Hüseyn Cavidin irsini araşdırıb, onun mütərəqqi ideyalarından dürlü-dürlü cümlələr yazıb, sonra da mollaxana dövrümüzün mədəniyyətindən bəhs edirsə, zərrə qədər anlamayıb Cavidi demək. Sabirə, Mirzə Cəlilə, Axundova idrakları yaxınlaşmayıb demək.

Bəli, bu cəhalət dəllallarına anlatmaq lazımdır ki, Bağırov kimi orta savadlı birisinə Sovet hökuməti tapşırıq verir ki, rejimin təbliğatına zərərli vəsait olan “rus işğalı” terminini gündəmdən çıxarmaq üçün Şeyx Şamili vurub, yerinə “ərəb işğalı” terminini qabartmalısan və bu zamanda ən uyğun qəhrəman modeli olan Babək dirçəldildi. Ardınca da Ağqoyunlu və Qaraqoyunlu kodunu birləşdirən ortaq Bayandurlu türk mədəniyyətinin şah əsəri olan “Kitabi-Dədə Qorqud”u gözdən salaraq “Osmanlı (Türk)” xarici işğalçısına qarşı dirənən Səfəvi qəhrəmanlığı önə çəkildi. Bu qədər bəsit.

“Koroğlu”nu isə proletar təbliğatının uyğun vasitəsi kimi düşündülər. (Üzeyir bəy: “Koroğlu, vurdu-yıxdı, qırdı tökdü xan paşaları, Azad etdi yoxsulları. Qurtardı dərddən-qəmdən…”)

Yəni Koroğlunu dastan qəhrəmanı kimi, ədəbi irsimizin bir sənət əsəri kimi xoşlaya bilərik, ideya kimi müstəqillik dövrümüzdə qəhrəmana çevirsək, gərək ordu quruculuğundan imtina edək, vergi verməyək, qanunsuz silahlı dəstələrin varlığına göz yumaq və s.

Üstəlik də yaşayan nəslin borcu öz keçmişindən miras qalan faydalı dəyərləri yaşatmaqdır. Hər kəs başlayıb qan intiqamını, məzhəb savaşlarını, anti-tolerantlıq nümunələrini miras olaraq qəbul etsə, ona axmaq kimi baxarlar. Mən Şəhrəbanunun təhsili əngəlləyən cadusunu miras götürə bilmərəm, Şahbaz ağanın oxumaq idealını dəyər olaraq gördüyümdən məhz bu davranışın təbliğinə yönəlməliyəm. Mən ədəbiyyat nümunəsi olaraq dilimizin gözəlliklərini canlandırmış Füzulinin mərsiyəsini götürə bilmərəm, Vaqifin qadın şəxsiyyətinə dəyər verən bir hecası dəyər olaraq daha proqressivdir.

Siyasi dələduzluqla cəmiyyətə vurduqları ziyan az imiş kimi, indi də cəhalət dəllallığına baş vururlar.

Son illərdə tanış olduğum bir çox tədqiqat əsərlərində Şeyx Şamilin də davranışlarına sərt tənqidi münasibət sərgilənir. Şeyx Şamil həqiqətən də böyük qəhrəmandır. Cövhər Dudayaev də, Şamil Basayev də müasir dövrdə onun qədər igidlikdə ad çıxardılar. İdeyaları və yöntəmləri proqressiv idimi? Miras götürmək üçün sual bu cür qoyula bilər.

Fin ziyalıları içində qəhrəman kimsə yox, ancaq ayrı-ayrılıqda davranışları ilə bataqlıqda ən zəngin ölkə qura bildilər. Yaxud dağlı xalqlarının rus işğalına qarşı mübarizəsinin Şeyx Şamil alternativi nə idi? Antimüasirlik deyildimi? Onun qatı şəriətçi düşüncəsində müasir Talibandan, Xomeynidən fərqli nə vardı?

Qəhrəman kimi hamısının şəxsiyyətini baş tacı edə bilərsiniz, ancaq ideya olaraq simvollaşdırmaq bu yaşayan xalqa edilən ən böyük pislik deyilmi? Rasional düşüncədən uzaqlaşmaq, mifik tarix mazoxizmi yaşamaq müasir dövrdə nə dərəcədə başqa xalqlarla rəqabətdə onların faydasına olacaqdır?

Bir-iki uşaq bilmədən mövzulara girəndə, üzərindən ötüb keçirsən. Ziyalılığa həcilik, məşədilik kimi bir titul olaraq baxanların şişirtdikləri bir çoxlarının cəhalət dəllallığının qarşısına gerçək Cümhuriyyət dəyərlərimizi çıxarmasaq, düşünmədən danışanların beyinləri yenə də boş qalacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonra  

Suverenliyin yeni siyasi mənası – Bakı-Kişinyov münasibətləri Zəfərdən sonraAzərbaycanla Moldova arasında münasibətlər müstəqillik dövründə davamlı inkişafa malik olub. Lakin Sovetlər Birliyinin süqutunun ən ağır nəticələrini milli-etnik və dövlətlərarası münaqişələr səviyyəsində yaşayan iki ölkənin üzləşdiyi çağırışlar bir çox cəhətlərinə görə eynilik təşkil edirdi.Doğrudur, Bakı ilə Kişinyov coğrafi qonşuluqda yerləşmir, ticarət dövriyyəsi də yüksək deyildi və iki xalqın yaşadığı təhlükəsizlik riskləri fonunda onlar vahid hərbi ittifaqlarda təmsil olunmurdular. Lakin hər iki dövlətin son otuz ildən artıq keçdiyi yola baxanda güclü siyasi iradə nümayişi aydın görünür: separatizmə qarşı mübarizə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı xarici siyasətin əsas prinsiplərinə çevrilib, böyük güclərin maraqlarının...

29 Avqust 2026, 14:40

Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib 

Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.CityPost.az  bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək.Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179...

29 Avqust 2026, 13:39

MƏHƏBBƏTİN "LAÇINIM"I VƏ LAÇIN MƏHƏBBƏTİM

    Laçın yağı tapdağından azad olunduğu gün yazmışdım:                    Azaddır Laçın!                    Yolunu açın...    Türk Ağsaqqalları Birliyinin  təmsilçiləri olaraq Qarabağ səfərimizdə Laçında da olduq. Sevincimiz, kövrəlməyimiz, qürur duymağımız,  duyğulanmağımız təbii haldır... Mənə elə gəldi ki, el məhəbbəti qazanmış sənətkar, Əməkdar artist Məhəbbət Kazımov da Laçında olduğumuz müddətdə    bizimləydi. Qəribə hisslər ağuşunda  hara üz tutdumsa, sanki  "Laçınım"  oxuyurdu ... ehtizazlı səsi bütün varlığımı sardi...   Kaş ki bu günü görəydi və ayrı bir "Laçinım" oxuyaydı.   ...İllər öncə Məhəbbət Kazımovun “Laçınım” mahnısı el şənliklərində,...

29 Avqust 2026, 13:38

Azərbaycan banklarında əhalinin əmanətləri il ərzində 16 %-ə yaxın artıb 

Bu il avqustun 1-nə Azərbaycan banklarının depozit portfeli 44 milyard 501,1 milyon manat təşkil edib.CityPost.az  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 6,55 %, ötən il avqustun 1-i ilə müqayisədə 6,5 % çoxdur.Depozit portfelinin 50 %-i, yaxud 22 milyard 244,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,3 % azdır.İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,8 % artaraq 17 milyard 896,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 41,8 % artaraq 4 milyard 360,2 milyon manata çatıb.Hesabat dövründə cəmi depozitlərin 23 milyard 823 milyon manatı (1 il əvvələ nisbətən...

29 Avqust 2026, 13:11

Sabah Bakıya və rayonlara yağış yağacaq 

Azərbaycanda avqustun 30-da havanın yağıntılı keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər...

29 Avqust 2026, 12:54

"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb 

Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.Bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb....

28 Avqust 2026, 19:26