MƏHƏBBƏTİN "LAÇINIM"I VƏ LAÇIN MƏHƏBBƏTİM
Cəmiyyət 29 Avqust 2026, 13:38
445
Laçın yağı tapdağından azad olunduğu gün yazmışdım:
Azaddır Laçın!
Yolunu açın...
Türk Ağsaqqalları Birliyinin təmsilçiləri olaraq Qarabağ səfərimizdə Laçında da olduq. Sevincimiz, kövrəlməyimiz, qürur duymağımız, duyğulanmağımız təbii haldır... Mənə elə gəldi ki, el məhəbbəti qazanmış sənətkar, Əməkdar artist Məhəbbət Kazımov da Laçında olduğumuz müddətdə bizimləydi. Qəribə hisslər ağuşunda hara üz tutdumsa, sanki "Laçınım" oxuyurdu ... ehtizazlı səsi bütün varlığımı sardi...
Kaş ki bu günü görəydi və ayrı bir "Laçinım" oxuyaydı.
...İllər öncə Məhəbbət Kazımovun “Laçınım” mahnısı el şənliklərində, toy-düyündə, efirlərdə səslənər-səslənməz dillər əzbəri oldu. Müğənninin möhür- ifasına çevrilən bu mahnının məndə doğurduğu düşüncə və təəssüratları vaxtilə “Yanğını sevdim yandığım zaman” adlı bir yazımda qələmə almışam.
“Nisgil odu” (2005) adlı kitabımada yer alan həmin mətni bənzərsiz Sənətkarın ruhuna salam olaraq təqdim edirəm: Əzəli-əbədi ülviliklər - Tanrı qüdrəti, torpaq qüvvəti, yurd məhəbbəti, söz heyrəti sırasına şaqraq səsli müğənni Məhəbbət Kazımovun ifasında səslənən “Laçınım” mahnısı ilə səsin ecazkar təsir gücü, hikməti də qatıldı. Səsin bu qədər ovsununa, sehrinə inanmazdım, bəlkə də. Bəlkə də, səsin nuruna boyana-boyana bu qədər kövrəlməzdim, ancaq kövrəltdi məni Məhəbbət öz səsiylə:
Seyr etdim səsinlə dağ şəlaləsin,
Qoxudum dağların gül rayihəsin.
Dinlədim Laçının həsrət nəğməsin,
“Laçınım” mahnısı oxunan zaman.
Dinlədikcə, qəsbkara rəğmən nifrətimizə bülöv çəkən bu səs vətən həsrətinin yanğısını ovxarından keçirərək pərdə-pərdə haraya, çağırışa dönür. Elə bu ovqatla da üz tutdum Məhəbbətin görüşünə. Söhbətimiz əsnasında mənə bir məqam da aydın oldu ki, bu səsin sahibi bütöv varlığı ilə oxuduğu bu nəğməni yaşayır, misra-misra yanıb külə dönür. Yağı tapdağında əsir qalmış dağlar sinəsinə dağ çəkir. Axı Laçın onun dünyaya göz açdığı vətən torpağıdır.
Oxu, sən qardaşım, oxu , Məhəbbət,
Səsin işığında sökülür zülmət.
Bilirəm alırsan ümiddən qüvvət,
“Laçınım” mahnısı oxunan zaman.
Gör neçə vaxtdır həsrətik işğal altında qalan yurd yerlərimizə. Aramızda olan uzaqlıq isə göz məsafəsi qədərdir. Yəni doğurdanmı bu qədər yaxınlıqla bu qədər uzaqlıq arasında bu həsrətin sonu olmayacaq? Həsrət odunda qovrula-qovrula göynəyəcəyik. Necə ki, Məhəbbət Kazımov “Laçınım, Laçınım ...”-deyə haray çəkib göynəyir.
Ürəyim atlandı bu həzin səsdən,
Gah zildən süzülür, gah da ki, pəsdən,
Qurtulmaq istəyir bülbül qəfəsdən,
“Laçınım” mahnısı oxunan zaman.
Vətən həsrətini içində yaşadan müğənni səsiylə qartal olub Laçının göylərində uçanda, bulaq olub torpağına süzüləndə, yağış olub düzlərinə çilənəndə mələklərin kirpiyi nəm çəkdi, Tanrı səbrinin qapısı diksindi. Mənim isə ruhumu ovudacaq müsralar yarpaqlandı:
Dağların zirvəsi qartal oylağı,
Qıy vurur Məhəbbət, qartal sayağı,
Canlanır önümdə orman, yayalağı,
“Laçınım” mahnısı oxunan zaman.
Vətən övladlarının nalə nidaları kimi süslənmişdir Laçının həsrət nəğməsi. Bu nəğmə təkcə Laçının yox, neçə-neçə yurd yerlərimizin həsrət nəğməsidir. Mayasında bir od, bir atəş var:
Yaman qərbsəyib dağları bahar,
Didərgin olanı düşüb boran, qar,
Yandırır sinəmi sönən ocaqlar,
“Laçınım” mahnısı oxunan zaman.
Qulaqlarımda Məhəbbətin sehrli səsi, dilimdə şehli sətirlərin sərinliyi, qəlbimdə ümid alovunda yanan kədərimin - yurdddaşlarının üzünə həsrət qaldığı sinəsi dağlı dağlarımızın azad, bütöv Azərbaycanımızın qoynuna qovuşacaq günün ümidi ilə ayrılıram müğənnidən:
Gəlib ehtizaza, riqqətə qəlbim,
Kədərə bələndim, qəmə bələndim,
İntiqama səslər müqəddəs dərdim,
“Laçınım” mahnısı oxunan zaman.
P.S. Axirətin abad, ruhun şad olsun, unudulmaz sənətkarımız Məhəbbət Kazımov! Başqa "Laçınım" lar başqa ifa- avazlarda yəqin ki, oxunacaq, amma sənin "Laçınım"ın özün kimi heç vaxt unudulmayacaq.
Zirvə işığında, dağlar qoynunda Zəfərlə dalğalanan Bayrağımızın möhtəşəmlik ovqatında düşünürəm ki, Məhəbbətin "Laçınım"ı Laçın məhəbbətim...
✍️Tapdıq ƏLİBƏYLİ
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fazil Mustafa: CƏHALƏT DƏLLALLIĞI
Cəmiyyətə arxivşünasları möhtəşəm tarixçi kimi sırayanlar indi onların yalanlarının qurbanına çevrilməyə başlayırlar. Bir adam ki, həm şanlı Cümhuriyyətimizi araşdırıb onun irsini böyük dəyər olaraq görürsə, ardınca da XVI əsr qaranlıq keçmişinin “gözəlliklərini” mədh edirsə, zərrə qədər Cümhuriyyətin quruluş fəlsəfəsini anlamayıb demək. Bir adam ki, Hüseyn Cavidin irsini araşdırıb, onun mütərəqqi ideyalarından dürlü-dürlü cümlələr yazıb, sonra da mollaxana dövrümüzün mədəniyyətindən bəhs edirsə, zərrə qədər anlamayıb Cavidi demək. Sabirə, Mirzə Cəlilə, Axundova idrakları yaxınlaşmayıb demək.Bəli, bu cəhalət dəllallarına anlatmaq lazımdır ki, Bağırov kimi orta savadlı birisinə Sovet hökuməti tapşırıq verir ki, rejimin təbliğatına zərərli vəsait olan “rus işğalı” terminini gündəmdən çıxarmaq üçün...
29 Avqust 2026, 14:08
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.CityPost.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 müntəzəm marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək.Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179...
29 Avqust 2026, 13:39
Azərbaycan banklarında əhalinin əmanətləri il ərzində 16 %-ə yaxın artıb
Bu il avqustun 1-nə Azərbaycan banklarının depozit portfeli 44 milyard 501,1 milyon manat təşkil edib.CityPost.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 6,55 %, ötən il avqustun 1-i ilə müqayisədə 6,5 % çoxdur.Depozit portfelinin 50 %-i, yaxud 22 milyard 244,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 4,3 % azdır.İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,8 % artaraq 17 milyard 896,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 41,8 % artaraq 4 milyard 360,2 milyon manata çatıb.Hesabat dövründə cəmi depozitlərin 23 milyard 823 milyon manatı (1 il əvvələ nisbətən...
29 Avqust 2026, 13:11
Sabah Bakıya və rayonlara yağış yağacaq
Azərbaycanda avqustun 30-da havanın yağıntılı keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər...
29 Avqust 2026, 12:54
"Əhmədli" stansiyasında sərnişin qatar yoluna düşüb
Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.Bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib.Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb....
28 Avqust 2026, 19:26
Əgər, "Qarabağ" dünən uduzubsa, Sabah mütləq qələbə qazanacaq
O vaxt güclü ola bilərsən ki, həm udmağı, həm də uduzmağı bacarasan. Axşamdan aləm dəyib bir-birinə. "Qarabağ" niyə uduzdu?Elə bir komanda göstərin ki, bütün oyunları qalib gəlib, heç uduzmayıb. Mümkün deyil. Necə olur ki, "Qarabağ" qələbə qazandığı zaman hamını qəhrəman bilirik, tərif yağdırırıq, uduzanda düşmən gözündə görürük? Bu, nə düşüncə, anlayışdır? Unutmayın ki, "Qarabağ" futbol komandası uzun illər ölmüş, məhv olmuş və itib-batmış Azərbaycan futbolunu dirildib, dirçəldib və ayağa qaldırıb. Az da olsa, dünya çapına çıxarmağa nail olub. Ən güclülərin siyahısında belə, adımız hallanıb. İmzalar içində imzamız olub. Ulu öndər Heydər Əliyevin müdrik cavabını da xatırlayın arada:"Niyə, qapıçı aparmamışdılar?". Bir zamanların Azərbaycan futbolu...
28 Avqust 2026, 16:50