Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan 3 milyarda yaxın borc alacaq

Cəmiyyət 17 Sentyabr 2026, 08:38

278

Azərbaycan 2027-ci ildə dövlət büdcəsinin 3 milyard 166 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

Citypost.az  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, borclanma 2 milyard 751 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 86,9 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2027-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 275 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına isə 140 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır. Gələn il bu maliyyələşdirmədə məqsədli büdcə fondlarının vəsaitinin qalığı nəzərdə tutulmayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağdamda fermer təsərrüfatlarının vəziyyəti müzakirə olunub

Ağdam rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.Citypost.az xəbər verir ki, əvvəlcə rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarına baxış keçirilib. Rayon rəhbərliyi, Prezident Administrasiyasının məsul əməkdaşı, Əlaqələndirmə Qərargahının üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumlarının nümayəndələri fermer təsərrüfatlarında olublar. Baxış zamanı təsərrüfatların mövcud vəziyyəti, əkin sahələrinin istifadəsi, istehsal imkanları və qarşıya çıxan problemlərlə yerində tanış olunub. Fermerlərin təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələri ilə...

17 Sentyabr 2026, 08:20

Bu yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşdı

Ulduz” metro stansiyası qarşısından keçən yol sahəsində aparılan asfaltlanma işlərinin birinci mərhələsi yekunlaşıb.Bu barədə Citypost.az - ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, işlər Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa olunan yeni avtomobil yolu layihəsi çərçivəsində mərhələli şəkildə davam etdirilir.

17 Sentyabr 2026, 08:07

Bakının bu rayonlarında qaz olmayacaq

Bu gün Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə yaranacaq.Citypost.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşana qədər Bakının Sabunçu rayonunun R. Axundov, Oktyabr, N. Zeynalova küçələrinin, Yeni yaşayış massivinin, Xətai rayonunun M.Hadi , A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin və Babək prospektinin qazla təchizatı dayandırılacaq....

17 Sentyabr 2026, 08:00

Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq

Gələn il Azərbaycanın səhiyyə xərcləri 2,9 faiz artacaq.Citypost.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.Gələn il Azərbaycanın səhiyyə xərcləri 2 milyard 82,6 milyon olacaq. Bu, 2026-cı illə müqayisədə 58 milyon 285 min manat, yaxud 2,9 faiz çoxdur.Qeyd edək ki, 2026-cı ildə səhiyyə xərcləri 2 milyard 24 milyon 314 min 550 manat olub....

16 Sentyabr 2026, 22:19

179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb

2026-cı ilin avqust ayında 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib.Citypost.az  xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.Qeyd olunub ki, readmissiya Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

16 Sentyabr 2026, 21:43

Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.APA-nın Moskva bürosunun məlumatına görə, görüşdə ikitərəfli gündəliyin bir sıra cari məsələləri müzakirə olunub.Tərəflər, o cümlədən 2026-cı il iyulun 17-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında keçirilmiş danışıqlar zamanı əldə olunan razılaşmaların həyata keçirilməsini, tamhüquqlu mədəni dialoqun bərpasını və humanitar məsələlərin həllini müzakirə ediblər.Görüşdə, həmçinin qarşıdakı təmasların qrafiki nəzərdən keçirilib.Tərəflər 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin potensialının tam şəkildə reallaşdırılmasının vacibliyini vurğulayıblar....

16 Sentyabr 2026, 21:04