Əli Nağıyev Qazaxıstana səfər edib
Cəmiyyət 16 Sentyabr 2026, 20:09
330
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Asiya dövlətləri və Azərbaycan xüsusi xidmət orqanları rəhbərlərinin Qazaxıstanda "Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması" mövzusunda keçirilən görüşündə iştirak edib.
Bu barədə Citypost.az-a DTX-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən general-polkovnik Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının ölkələr arasında münasibətlərin strateji xarakterini aydın şəkildə əks etdirdiyini vurğulayaraq Azərbaycanın bu formatın tamhüquqlu iştirakçısına çevrilməsinin regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən tarixi addım olduğunu, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
DTX rəisi regional təhlükəsizliyə təhdidlər sırasında beynəlxalq terrorçuluq və dini ekstremizm, transmilli cinayətkar qruplaşmaların fəaliyyəti, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə yanaşı, kibercinayətkarlığın müasir formalarının, habelə kritik infrastruktura yönəlmiş digər təhlükələrin də yer aldığını, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinə təsir göstərmək məqsədilə müasir informasiya texnologiyalarından istifadə imkanlarının xüsusi narahatlıq doğuran amil olduğunu qeyd edib.
Həmçinin oxuyun
General-polkovnik Əli Nağıyev Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətləri səciyyələndirən qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda regional təhlükəsizliyin və sabitliyin daha da möhkəmləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır
Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq:Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək;Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.Yenilənmiş hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli...
16 Sentyabr 2026, 19:52
Birinci kurs tələbələrini aşağılayan tələbə ADMİU-dan qovuldu
"Bu gün sosial şəbəkələrdə, xüsusilə, TikTok platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb".Bu barədə Citypost.az xəbər verir, ADMİU-nun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır:"Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə - Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili...
16 Sentyabr 2026, 19:43
Hikmət Hacıyev Qafqaz Albaniyasının xristian irsindən danışdı
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubaydakı Ərəb Media Forumunda Azərbaycanın zəngin tarixi irsini təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.Paneldə o, Qafqaz Albaniyasının qədim dövləti, o cümlədən onun zəngin xristian irsi haqqında danışıb, bu irsin izlərinin xüsusilə Qarabağda və Azərbaycanın digər bölgələrində aydın göründüyünü diqqətə çatdırıb."Mən Azərbaycanda multikulturalizmin və dini tolerantlığın çoxəsrlik ənənəsini, həmçinin mənşəyindən və ya konfessional mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin öz zəngin mədəni və dini irsinin müdafiəsinə, qorunub saxlanmasına və bərpasına sadiqliyini vurğuladım. Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı dağıdılması, təhqir edilməsi...
16 Sentyabr 2026, 19:18
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli, 71 nömrəli Sərəncamına uyğun olaraq 2027-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanıb.Citypost.az xəbər verir ki, qanunvericiliklə müəyyən edilmiş büdcə prosesinin növbəti mərhələsinə uyğun olaraq hazırlanmış layihələr, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə daxil olan digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub....
16 Sentyabr 2026, 19:00
Qida təhlükəsizliyi üzrə kadr hazırlığı gücləndiriləcək
Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.Citypost.az xəbər verir ki, mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır.Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir....
16 Sentyabr 2026, 18:45
Rəşad Nəbiyev Almaniya səfiri ilə görüşdü
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşüb.Citypost.az məlumat verir ki, Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, aviasiya, rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, “Big Data”, “IoT” və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub....
16 Sentyabr 2026, 18:38