Azərbaycanda internet bahalaşır – Yeni tariflər
Cəmiyyət 16 Sentyabr 2026, 14:18
295
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək.
Citypost.az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
Bildirilir ki, qərar bazarda tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi siyasəti çərçivəsində qəbul olunub.
Yeni qaydaların minlərlə abunəçiyə təsir göstərəcəyi gözlənilir. Eyni zamanda, operatorlar yenilənmiş tarif paketləri çərçivəsində istifadəçilərə əlavə xidmətlər və ya daha yüksək internet sürəti təklif edə bilərlər.
Həmçinin oxuyun
Hazırda provayderlər müştərilərini qarşıdakı dəyişikliklərlə bağlı mərhələli şəkildə məlumatlandırırlar. Yeni tariflərin parametrləri və təfərrüatları barədə əlavə məlumatın operatorlar tərəfindən yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, bazarda fəaliyyət göstərən bəzi alternativ provayderlərdə hələ də aylıq ödənişi 18 manat və ya daha aşağı olan sabit fiber-optik və ya ADSL internet tarifləri mövcuddur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramin Məmmədov Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə əməkdaşlığı müzakirə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rusiya Müsəmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Komitədən bildirilib.Görüşdə dini-mənəvi sahədə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti, inkişaf perspektivləri və dini təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, müasir dövrün çağırışları fonunda islamofobiya və dini ayrı-seçkilik kimi təzahürlərə qarşı mübarizədə qlobal əməkdaşlığın, eləcə də birgə səylərin vacibliyi vurğulanıb.Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın mədəni müxtəlifliyin qorunması və dinlərarası sülhün təşviqi sahəsində həyata keçirdiyi konseptual yanaşmanın əsas xüsusiyyətlərini diqqətə çatdırıb.Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu...
16 Sentyabr 2026, 14:29
Erməni generalının adını kitabına saldığı azərbaycanlı kimdir?
Orta məktəb illərində o, elmə, təhsilə marağı ilə yanaşı, həm də çevikliyi, qoçaqlığı ilə həmyaşıdlarından fərqlənib. Məktəbli Səmədin arzusu müəllimlik peşəsinə yiyələnmək olub. Elə müəllimləri də onun gələcəkdə tanınmış bir pedaqoq olacağına şübhə etməyiblər.Səməd Abdullayev bu “gələcəyi” çox da uzağa aparmayıb. Məktəbi bitirdikdən bir neçə il sonra tanınıb, məşhurlaşıb, amma müəllim kimi yox, qəhrəman və igid kimi...Səməd Abdullayev 1920-ci ildə Ağdaşda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdaş Pedaqoji Texnikumunda təhsil alıb. İlk pedaqoji fəaliyyətinə Oğuz rayonunda müəllim kimi başlayıb.1939-cu ildə Səməd Abdullayev həqiqi hərbi xidmətə yollanıb. Tbilisidə hərbi-sanitar təlimatçılar məktəbini bitirdikdən sonra Şimali Qafqaz və Krımda xidmətini davam etdirib.1941-ci ildə...
16 Sentyabr 2026, 14:04
Nahid Şəmşirova 6 il şərti cəza verildi
Külli miqdarda dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.Hökmə əsasən N.Şəmşirov verilmiş ittihamla təqsirli bilinib. Ona 6 il müddətinə şərti cəza verilib.Qeyd edək ki, Nahid Şəmşirov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur....
16 Sentyabr 2026, 13:36
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan video narazılığa səbəb olub.Citypost.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, polis məsələdən məlumatlıdır, hazırda araşdırma aparılır....
16 Sentyabr 2026, 13:27
QAİ ermənilərə səsləndi: “Keçmişin səhvlərini təkrarlamayın”
Ermənistanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların son səfəri ətrafında əsassız hay-küy kampaniyası səngimək bilmir. İki ölkə arasında sülh və normallaşma prosesini zədələyən bu cür reaksiya erməni cəmiyyətinin bədnam “miatsum” siyasətindən tam şəkildə imtina etmək, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq məsələsində hələ də ciddi tərəddüdlərinin olduğunu göstərir. Ermənistan hakimiyyətinin irəli sürdüyü “Real Ermənistan” konsepsiyası faktiki olaraq, ciddi böhran keçirir.Citypost.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda öz əksini tapıb.Bəyanatda qeyd olunub ki, son günlər bir daha erməni cəmiyyətində saxta tarix, saxta qədimlik, milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxmasını müşahidə edirik....
16 Sentyabr 2026, 13:20
Sabah Bakıda hava 32 dərəcəyədək isinəcək
Sabah Bakıda hava necə olacaq?Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 19-23° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 18-22°...
16 Sentyabr 2026, 12:38