Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Cəmiyyət 16 Sentyabr 2026, 18:03
260
Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatır.
APA-nın məlumatına görə, Asip Kaya bildirib ki, 15 dekabr 2022-ci ildən davam edən Naxçıvan Baş Konsulluğu vəzifəsini tamamlayaraq sentyabrın 17-dən etibarən Naxçıvandan ayrılır.
Həmçinin oxuyun
O, fəaliyyəti dövründə Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına töhfə verməkdən məmnunluq duyduğunu qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Müğənninin qardaşı baş həkim təyin olundu
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.Citypost.az nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb.Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkimi təyin edilib.Qeyd edək ki, yeni baş həkim uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib.İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır....
16 Sentyabr 2026, 18:14
TDT çərçivəsində enerji sahəsi üzrə institusional strukturun yaradılması təklif olunub
Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində üzv ölkələrin enerji potensialından birgə istifadəyə imkan verən ayrıca institusional struktur yaradılmalıdır.Citypost.az xəbər verir ki, bunu Macarıstanın Dunay İnstitutunun "Türk-Qərb Əməkdaşlığı Təşəbbüsü"nün (TWEI) rəhbəri İbrahim Məmmədov "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.Onun sözlərinə görə, TDT çərçivəsində enerji istehsalı və enerji resurslarının səmərəli istifadəsi ilə bağlı ayrıca agentliyin və ya institusional strukturun yaradılmasına ehtiyac var."Çünki süni intellekt texnologiyalarının və rəqəmsallaşma proseslərinin sürətlənməsi halında böyük miqyasda enerjiyə tələbat yaranacaq. Hamımız zəngin enerji ehtiyatlarına sahib ölkələrik. Bəs niyə bu sahədə birgə fəaliyyət göstərməyək? Bütün həll yolları öz daxilimizdədir. Hətta deyərdim ki, sistemlərimizi birləşdirmək...
16 Sentyabr 2026, 17:40
Azərbaycanda elmi dərəcəli hərbçilər üçün "leytenant" rütbəsində olma müddəti azaldılır
Azərbaycanda magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddəti azaldılır.Citypost.az xəbər verir ki, bu barədə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif edilir.Təklifə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.Bundan əlavə, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənir.Buna əsasən, təhsil müddəti...
16 Sentyabr 2026, 17:05
Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Fateh Butbiq Fəxri xiyabanda Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gənclər və...
16 Sentyabr 2026, 16:52
Şahin Mustafayev növbəti 4 il üçün federasiya prezidenti seçildi
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.Bu barədə Citypost.az-a ASTF-nın mətbuat xidmətindən məlumat verilib.2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.
16 Sentyabr 2026, 16:28
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib.
16 Sentyabr 2026, 16:00