Bizə yazın

Baku

-°C

USD

-

ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır 

Cəmiyyət 16 Sentyabr 2026, 19:52

391

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.

Citypost.az   bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq:

Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək;

Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Yenilənmiş hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Birinci kurs tələbələrini aşağılayan tələbə ADMİU-dan qovuldu

"Bu gün sosial şəbəkələrdə, xüsusilə, TikTok platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb".Bu barədə Citypost.az xəbər verir, ADMİU-nun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır:"Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə - Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili...

16 Sentyabr 2026, 19:43

Hikmət Hacıyev Qafqaz Albaniyasının xristian irsindən danışdı

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubaydakı Ərəb Media Forumunda Azərbaycanın zəngin tarixi irsini təqdim edib.Citypost.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.Paneldə o, Qafqaz Albaniyasının qədim dövləti, o cümlədən onun zəngin xristian irsi haqqında danışıb, bu irsin izlərinin xüsusilə Qarabağda və Azərbaycanın digər bölgələrində aydın göründüyünü diqqətə çatdırıb."Mən Azərbaycanda multikulturalizmin və dini tolerantlığın çoxəsrlik ənənəsini, həmçinin mənşəyindən və ya konfessional mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin öz zəngin mədəni və dini irsinin müdafiəsinə, qorunub saxlanmasına və bərpasına sadiqliyini vurğuladım. Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı dağıdılması, təhqir edilməsi...

16 Sentyabr 2026, 19:18

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli, 71 nömrəli Sərəncamına uyğun olaraq 2027-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanıb.Citypost.az  xəbər verir ki, qanunvericiliklə müəyyən edilmiş büdcə prosesinin növbəti mərhələsinə uyğun olaraq hazırlanmış layihələr, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə daxil olan digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub....

16 Sentyabr 2026, 19:00

Qida təhlükəsizliyi üzrə kadr hazırlığı gücləndiriləcək

Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş 2027–2032-ci illər üçün Dövlət Proqramında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində ali təhsil üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.Citypost.az xəbər verir ki, mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni fənn proqramlarının hazırlanaraq tədrisə başlanması planlaşdırılır.Məktəblərdə isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatların dərsliklərə daxil edilməsi nəzərdə tutulur. Bununla şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma barədə məlumatlılığının artırılması hədəflənir....

16 Sentyabr 2026, 18:45

Rəşad Nəbiyev Almaniya səfiri ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşüb.Citypost.az  məlumat verir ki, Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, aviasiya, rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, “Big Data”, “IoT” və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub....

16 Sentyabr 2026, 18:38

Spiker Pan-Afrika Parlamenti ilə memorandum imzaladı

Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) arasında Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, imzalanma sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarovanın Azərbaycanda səfərdə olan Pan- Afrika Parlamentinin Prezidenti Fatih Boutbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.Sənədi Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova və Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq imzalayıblar. Spiker Sahibə Qafarova bu sənədin iki parlament platforması arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm addım olduğunu diqqətə çatdırıb.Cari ilin iyul ayında Cənubi Afrikada Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransı çərçivəsində qonaqla keçirdiyi...

16 Sentyabr 2026, 18:30