TDT çərçivəsində enerji sahəsi üzrə institusional strukturun yaradılması təklif olunub
Cəmiyyət 16 Sentyabr 2026, 17:40
287
Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində üzv ölkələrin enerji potensialından birgə istifadəyə imkan verən ayrıca institusional struktur yaradılmalıdır.
Citypost.az xəbər verir ki, bunu Macarıstanın Dunay İnstitutunun "Türk-Qərb Əməkdaşlığı Təşəbbüsü"nün (TWEI) rəhbəri İbrahim Məmmədov "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.
Onun sözlərinə görə, TDT çərçivəsində enerji istehsalı və enerji resurslarının səmərəli istifadəsi ilə bağlı ayrıca agentliyin və ya institusional strukturun yaradılmasına ehtiyac var.
Həmçinin oxuyun
"Çünki süni intellekt texnologiyalarının və rəqəmsallaşma proseslərinin sürətlənməsi halında böyük miqyasda enerjiyə tələbat yaranacaq. Hamımız zəngin enerji ehtiyatlarına sahib ölkələrik. Bəs niyə bu sahədə birgə fəaliyyət göstərməyək? Bütün həll yolları öz daxilimizdədir. Hətta deyərdim ki, sistemlərimizi birləşdirmək bütün ölkələrimiz üçün strateji zərurətdir.
Əgər süni intellekt sistemlərinin inteqrasiyasına dair bütün strategiyaları ümumiləşdirsək, aydın olar ki, bu strategiyalar əslində Türk dövlətləri daxilində bir-birini tamamlayıcı xarakter daşıyır. Hər bir ölkə digərlərində mövcud olmayan, yaxud kifayət qədər inkişaf etməmiş və ya diqqət mərkəzində olmayan özünəməxsus üstünlüyə malikdir", - deyə İ.Məmmədov bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda elmi dərəcəli hərbçilər üçün "leytenant" rütbəsində olma müddəti azaldılır
Azərbaycanda magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddəti azaldılır.Citypost.az xəbər verir ki, bu barədə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif edilir.Təklifə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.Bundan əlavə, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənir.Buna əsasən, təhsil müddəti...
16 Sentyabr 2026, 17:05
Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Fateh Butbiq Fəxri xiyabanda Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gənclər və...
16 Sentyabr 2026, 16:52
Şahin Mustafayev növbəti 4 il üçün federasiya prezidenti seçildi
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.Bu barədə Citypost.az-a ASTF-nın mətbuat xidmətindən məlumat verilib.2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev qarşıdakı 4 il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.
16 Sentyabr 2026, 16:28
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib.
16 Sentyabr 2026, 16:00
Azərbaycan Almaniya şirkətləri ilə süni intellekti müzakirə edib
Azərbaycanın Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.Citypost.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.Müzakirələr nazirin Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşündə baş tutub.Nazir bildirib ki, görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, aviasiya, rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparlıb."Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, "Big Data", "IoT" və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib....
16 Sentyabr 2026, 15:55
Novruz Dədə kimdir?
Qafqaz İslam Ordusunun zabitlərindən olan Nimetullah Paşa Bakını xilas etməyə gələrkən Nuri Paşadan icazə alaraq anasız qalmış 8 yaşlı Ahmet adlı oğlunu da özü ilə gətirir.Bakıya gələrkən yolda oğlu Ahmeti Gəncə şəhərində bir evə qoyub mübarizəyə qoşulur.Geri qayıdarkən oğlunu tapa bilmir. Nimetullah Paşa oğlunu tapmadan məcburi geri qayıtmalı olur. Bu zaman Sovet hökuməti qurulduğu üçün artıq Türkiyə ilə Azərbaycan sərhədləri müəyyənləşir və balaca Ahmetin vətəninə qayıdışı mümkün olmur. Sonralar adını dəyişərək Novruz Cəfərov olan Ahmet illər sonra atası ilə Lənkəran şəhərində qarşılaşır. Yenə də Novruz Dədənin geri qayıtması mümkün olmur. Çünki ata və oğul türk olduqlarını gizlətməli idi. İkinci Dünya...
16 Sentyabr 2026, 14:43