Bizə yazın

Baku

-°C

USD

-

Spiker Pan-Afrika Parlamenti ilə memorandum imzaladı

Cəmiyyət 16 Sentyabr 2026, 18:30

239

Pan-Afrika Parlamenti ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, imzalanma sentyabrın 16-da Milli Məclisin sədri Sahibə Qafarovanın Azərbaycanda səfərdə olan Pan- Afrika Parlamentinin Prezidenti Fatih Boutbiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.

Sənədi Milli Məclisin və QHPŞ-nin sədri Sahibə Qafarova və Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq imzalayıblar. Spiker Sahibə Qafarova bu sənədin iki parlament platforması arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm addım olduğunu diqqətə çatdırıb.

Cari ilin iyul ayında Cənubi Afrikada Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransı çərçivəsində qonaqla keçirdiyi görüşü xatırladan Milli Məclisin sədri həmin tədbirin yüksək səviyyədə təşkilinə və oraya dəvətə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Pan-Afrika Parlamenti Afrika qitəsində parlamentlərarası dialoqun təşviqində, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində və ümumi inkişaf məqsədlərinin irəli aparılmasında mühüm rol oynayır.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanın Milli Məclisi Afrika ölkələrinin parlamentləri ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Bu baxımdan, parlament diplomatiyasının inkişafı, parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Spiker bundan sonra Pan-Afrika Parlamentinin Afrika dövlətlərinin parlamentləri ilə əlaqələrin inkişaf etdirilməsi üçün daha bir uğurlu platforma olacağına əminliyini ifadə edib.

Qonağın Pan-Afrika Parlamentini təmsil etməklə yanaşı, eyni zamanda Əlcəzair parlamentinin üzvü olduğunu bildirən spiker Sahibə Qafarova iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Pan-Afrika Parlamentinin Prezidenti Fatih Boutbiq bu vəzifəyə seçiləndən sonra Afrika hüdudlarından kənarda səfər etdiyi ilk ölkənin Azərbaycan olduğunu vurğulayıb. Parlament diplomatiyasının artan rolundan danışan qonaq, rəhbərlik etdiyi təşkilatın ölkələrin parlamentləri, həmçinin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Bu səfərin əməkdaşlıq üçün irəliyə atılmış mühüm bir addım olduğunu deyən Fatih Boutbiq, Pan-Afrika Parlamenti ilə QHPŞ arasında bu gün imzalanacaq Memorandumun iki parlament təsisatı arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə və gələcək fəaliyyət üçün möhkəm zəmin yaradılmasına xidmət edəcəyini deyib.

Söhbət zamanı Pan-Afrika Parlamenti ilə Azərbaycannın Milli Məclisi, habelə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəşad Nəbiyev Almaniya səfiri ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşüb.Citypost.az  məlumat verir ki, Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, aviasiya, rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, “Big Data”, “IoT” və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub....

16 Sentyabr 2026, 18:38

Müğənninin qardaşı baş həkim təyin olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.Citypost.az nocomment.az-a istinadən xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb.Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananın baş həkimi təyin edilib.Qeyd edək ki, yeni baş həkim uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində, daha sonralar isə həmin xəstəxananın Urologiya şöbəsində uroloq-cərrah işləyib.İxtisasca uroloq-cərrah olan Mətləb Musayev həm də məşhur müğənni Mənzurə Musayevanın qardaşıdır....

16 Sentyabr 2026, 18:14

Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır

Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatır.APA-nın məlumatına görə, Asip Kaya bildirib ki, 15 dekabr 2022-ci ildən davam edən Naxçıvan Baş Konsulluğu vəzifəsini tamamlayaraq sentyabrın 17-dən etibarən Naxçıvandan ayrılır.O, fəaliyyəti dövründə Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına töhfə verməkdən məmnunluq duyduğunu qeyd edib.

16 Sentyabr 2026, 18:03

TDT çərçivəsində enerji sahəsi üzrə institusional strukturun yaradılması təklif olunub

Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində üzv ölkələrin enerji potensialından birgə istifadəyə imkan verən ayrıca institusional struktur yaradılmalıdır.Citypost.az  xəbər verir ki, bunu Macarıstanın Dunay İnstitutunun "Türk-Qərb Əməkdaşlığı Təşəbbüsü"nün (TWEI) rəhbəri İbrahim Məmmədov "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda deyib.Onun sözlərinə görə, TDT çərçivəsində enerji istehsalı və enerji resurslarının səmərəli istifadəsi ilə bağlı ayrıca agentliyin və ya institusional strukturun yaradılmasına ehtiyac var."Çünki süni intellekt texnologiyalarının və rəqəmsallaşma proseslərinin sürətlənməsi halında böyük miqyasda enerjiyə tələbat yaranacaq. Hamımız zəngin enerji ehtiyatlarına sahib ölkələrik. Bəs niyə bu sahədə birgə fəaliyyət göstərməyək? Bütün həll yolları öz daxilimizdədir. Hətta deyərdim ki, sistemlərimizi birləşdirmək...

16 Sentyabr 2026, 17:40

Azərbaycanda elmi dərəcəli hərbçilər üçün "leytenant" rütbəsində olma müddəti azaldılır

Azərbaycanda magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddəti azaldılır.Citypost.az xəbər verir ki, bu barədə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik təklif edilir.Təklifə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.Bundan əlavə, "leytenant" hərbi rütbəsində olma müddətinə dair müddəalar yenilənir.Buna əsasən, təhsil müddəti...

16 Sentyabr 2026, 17:05

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Azərbaycanda səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Fateh Butbiqin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Fateh Butbiq Fəxri xiyabanda Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gənclər və...

16 Sentyabr 2026, 16:52