Bizə yazın

Baku

-°C

USD

-

Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısı keçirilib

Cəmiyyət 17 Sentyabr 2026, 13:06

320

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilib.

Citypost.az xəbər verir ki, toplantıya Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov sədrlik edib.

Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın, həmçinin Şimali Kipr Türk Respublikasının və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər.

Toplantıda Ramil Usubovun məruzəsi dinlənilib.

Çıxışda qlobal geoiqtisadi qarşıdurmalar, müharibələr və beynəlxalq hüququn zəifləməsi kimi proseslərin yaratdığı təhlükəsizlik çağırışlarına diqqət çəkilib.

Qeyd olunub ki, Təhlükəsizlik Şuraları katiblərinin illik toplantıları mövcud və potensial təhdidlərin qarşısının alınması, ümumi çağırışlara birgə cavab mexanizmlərinin formalaşdırılması baxımından mühüm platformadır. Bu görüşlərin, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına və ortaq maraqların təmin olunmasına töhfə verdiyi vurğulanıb.

Gündəlikdə Yaxın Şərqdə baş verən hadisələr fonunda regional təhlükəsizlik məsələləri, süni intellekt sahəsində milli inkişaf imkanları və digər aktual mövzular yer alıb. Bu məsələlər ətrafında nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər.

Toplantı zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçıları arasında əldə olunmuş razılaşmaların, eləcə də 2025-ci il oktyabrın 7-də imzalanmış Qəbələ Bəyannaməsinin müddəalarından irəli gələn təhlükəsizlik sahəsində vəzifələrin icrası ilə bağlı görüləcək işlər müzakirə olunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblər.Citypost.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

17 Sentyabr 2026, 12:56

Sabahın hava proqnozu açıqlanıb

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq....

17 Sentyabr 2026, 12:47

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Rusiyada Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə səfər edəcək.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Qeyd edilib ki, Milli Məclisin komitə sədri Azər Əmiraslanov, deputatlardan Fatma Yıldırım, Anar Məmmədov və Eyvaz Qurbanov Moskva şəhərində, Sabir Hacıyev isə Sankt-Peterburq şəhərində seçki prosesini izləyəcəklər.Deputatlar seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə və səslərin sayılması prosesini izləyəcəklər....

17 Sentyabr 2026, 12:35

Cahangir Əsgərovun qızı Manhettendə 7,5 milyonluq əmlak aldı

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu il iyunun 30-da Nyu-Yorkda 7,5 milyon dollara əmlak alıb. Citypost.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında məlumat paylaşıb.Onun sözlərinə görə, söhbət Manhettenin Çelsi rayonundakı 543 Vest 25th Street ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir.“Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu “MRCRI Prop” LLC adlı şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Kent Uollanın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate” LLC olub. Əmlakın ümumi sahəsi 434.6 kvadrat metrdir.Əmlak biznes istifadəsi, böyük ehtimalla “Gazelli Art House” üçün alınıb. Duqlas Uollanın Nyu-York incəsənət bazarında uzun tarixçəsi olan...

17 Sentyabr 2026, 12:10

Xüsusi karantin rejiminin müddəti uzadılıb 

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb.APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2026-cı ilədək müddəti əhatə edirdi.

17 Sentyabr 2026, 12:03

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbul edib.Citypost.az  xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib....

17 Sentyabr 2026, 11:52