Ziya Bünyadov prospektində avtobus zolağının saatı dəyişdirildi
Cəmiyyət 18 Sentyabr 2026, 15:55
257
Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" metrostansiyası istiqamətində) avtobus zolağının qüvvədə olma müddəti axşam saatlarında 1 saat artırılıb.
AYNA-dan Citypost.az-a verilən məlumata görə, qeyd olunanla bağlı həmin yol sahəsində avtobus zolağının qüvvədə olma vaxtını göstərən yol nişanında dəyişiklik edilib. Əvvəl xüsusi hərəkət zolağının qəvvədəolma müddəti axşam saatlarında 17:00–20:00 idisə, hazırda 17:00–21:00 aralığındadır.
Həmçinin oxuyun
Sürücülərə dəyişikliyi nəzərə alaraq diqqətli olmaları tövsiyə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
General-mayor İsgəndər Allahverdiyev dəfn olunub
General-mayor İsgəndər Allahverdiyev dəfn edilib.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.Mərasim zamanı general-mayorun Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında xidmətlərinə toxunulub, onun əziz xatirəsi ehtiramla yad edilib.Qeyd edək ki, İ.Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ildə yaradılan Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri təyin edilib, 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb. Sonrakı dövrdə milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi...
18 Sentyabr 2026, 16:00
Nazir: Tarixi-dini abidələrin qorunması ümumi məsuliyyətdir
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mədəni irsin qorunması istiqamətində sistemli siyasət həyata keçirilir". Citypost.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” adlı konfransda çıxışı zamanı deyib. Nazir bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında mədəni irsin qorunmasına xüsusi yanaşma müəyyənləşdirilib:"Konsepsiyada müasir dünya standartlarına uyğun qoruma mexanizmlərinin tətbiqi, bərpa-konservasiya fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də geniş ictimaiyyətin bu prosesə cəlb olunması ilə bağlı sistemli yanaşma öz əksini tapıb". Adil Kərimli 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda tarixi-dini abidələrin, o cümlədən məscidlərin ciddi dağıntılara və vandalizmə məruz qaldığını, mədəni mülkiyyətin talan edildiyini diqqətə çatdırıb....
18 Sentyabr 2026, 16:00
Sevda Məmmədzadədən AĞIR XƏBƏR
Əməkdar artist, tanınmış diktor Sevda Saleh Məmmədzadənin səhhəti ağırlaşıb.Musavat.com bildirir ki, komaya düşən diktorun son vəziyyəti ilə bağlı qızı Gültən Ramazanova açıqlama verib.G.Ramazanova Musavat.com-a bildirib ki, anasının vəziyyəti kritikdir və həkimlər onun səhhəti ilə bağlı ümidli deyil:“Anamın böyrəkləri fəaliyyətini dayandırıb. Həkim dedi ki, son saatlarıdır, orqanizm tab gətirmədi. Anam komadan ayılmadı. Hər şey sondur. Həkimlər ümidli deyil. Vəziyyəti hər saat pisləşir”.Qeyd edək ki, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Ona baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunub....
18 Sentyabr 2026, 15:45
Bakıda 12 gün komada qalan körpə xilas edildi
16.06.2026-cı il təvəllüdlü qız körpə ağır gedişli suçiçəyi (varicella) və onunla əlaqəli ağırlaşmalar fonunda avqustun 31-də Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Yenidoğulmuşların reanimasiyası şöbəsinə hospitalizasiya olunub.TƏBİB-dən Citypost.az-a bildirilib ki, hospitalizasiya zamanı vəziyyəti ağır qiymətləndirilən və huşu aydın olmayan körpədə geniş yayılmış səpgilər, nekrotik dəyişikliklər və ağır tənəffüs çatışmazlığı müşahidə edilib. Körpə süni tənəffüs cihazına qoşulub və ona ağır parametrlərdə tənəffüs dəstəyi göstərilib.Uğurla tamamlanan reanimasiya tədbirlərindən sonra həkimlərin uzunmüddətli intensiv müalicəsi, fasiləsiz tibbi müşahidə və peşəkar yanaşması nəticəsində körpənin vəziyyətində müsbət dinamika əldə olunub.Müalicə nəticəsində vəziyyəti stabilləşən körpə 12 sentyabr 2026-cı il tarixində evə buraxılıb....
18 Sentyabr 2026, 15:06
Azərbaycanda dövlət hesabına mənzil alanlar – SİYAHI
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2025-ci ildə dövlət hesabına mənzil alan ailələrin sayı 4 802 olub. Bəs dövlət hesabına mənzil alan ailələr kimlərdir?Citypost.az Modern.az-a istinadən xəbər verir ki, dövlət hesabına mənzil alanlar aşağıdakı ailələrdir:- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər;- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin ailələri;- Gənc ailələr;- Çoxuşaqlı ailələr;- Məcburi köçkünlər;Rəsmi statistikaya görə, 2025-ci ildə 229 Qarabağ əlilinə, 158 şəhid ailəsinə, 4370 məcburi köçkün ailəsinə dövlət hesabına mənzil verilib.2020-2022-ci illərdə 17 gənc ailə, 2020-2023-cü illərdə isə 23 çoxuşaqlı ailə dövlət hesabına mənzil alıb.Maraqlıdır ki,...
18 Sentyabr 2026, 14:50
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti...
18 Sentyabr 2026, 14:30